Nyu-Yorkda "Azərbaycan-tolerantlıq
məkanı” sərgilənib
Ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq tədbirlərin
birində Azərbaycan
Prezidenti İlham Əliyev hazırda mütərəqqi dünyada
demokratik dəyərlərdən
biri kimi qəbul edilən etnik-dini tolerantlığın
Azərbaycan cəmiyyətinin
nümunəvi normalarına
çevrildiyini vurğulayıb:
“Azərbaycanda tarixən
heç vaxt milli və dini
zəmində ayrı-seçkilik
və qarşıdurma
baş verməyib, qarşılıqlı etimada
və hörmətə
əsaslanan mütərəqqi
milli mədəni və dini münasibətlər
mövcud olub. Qloballaşma
şəraitinin sürətləndiyi
müasir dünyada gedən mürəkkəb
etnosiyası proseslərdə
dinin yeri və rolu, beynəlxalq
münasibətlərdə və cəmiyyət həyatında din amili və bəşəriyyətin
gələcək taleyi
naminə mədəniyyətlərarası
dialoq kimi qlobal məsələlərin
müzakirəsi xüsusi
əhəmiyyət kəsb
edir. Zəngin mədəni-mənəvi irsə,
çoxəsrlik tolerantlıq
ənənələrinə, nümunəvi dövlət-din
münasibətləri modelinə
malik olan və fərqli sivilizasiyaların qovşağında
yerləşən Azərbaycanın
belə müzakirələrə
ev sahibliyi
etməsi təsadüfi
deyil. Ayrı-ayrı etiqad və
inanclara malik etnosların yüz illərlə əmin-amanlıq
şəraitində yaşamasında,
etnik mədəni müxtəlifliyin günümüzədək
qorunub saxlanmasında bizim xalqımıza xas olan humanizm
və multikultiralist dəyərlərin müstəsna
rolu vardır. Çoxmillətli və çoxkonfessiyalı
dövlət kimi Azərbaycan Respublikası
bu gün dünya birliyinə hərtərəfli inteqrasiya
siyasəti həyata keçirir, beynəlxalq aləmlə qarşılıqlı
münasibətlərin, üçtərəfli
və çoxtərəfli
əməkdaşlıq əlaqələrinin
inkişafına mühüm
əhəmiyyət verir.
Azərbaycan hökumətinin din siyasəti demokratik dövlət quruculuğu kursuna, eləcə də dövlət-din münasibətlərinin milli-mənəvi
və hüquqi müstəvidə tənzimlənməsi
prinsiplərinə əsaslanır.
Ölkədə mövcud ictimai
sabitlik, vətəndaş
həmrəyliyi və
etnik dini dözümlülük mühiti
mütərəqqi tarixi
ənənələrdən bəhrələnən milli
siyasətin məntiqi
nəticəsidir”.
Xalqımız milli kimliyimizin tərkib hissəsinə çevrilən, millətimizin
ruhuna oturuşmuş tolerantlıq
keyfiyyəti ilə özünün sülhməramlı,
xoşniyyətli, xoşgörülü
olduğunu həmişə
sübut edib.
Bütün bunlara-deyilənlərə və
həyata keçirilən
əməli işlərə
təbii ki, beynəlxalq ictimaiyyət də yaxından şahiddir. BMT-nin Nyu-Yorkda yerləşən
mənzil-qərargahında Heydər Əliyev Fondunun təşəbbüsü,
BMT-nin Sivilizasiyalar Alyansı və Azərbaycan Respublikası
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin
birgə təşkilatçılığı
ilə “Azərbaycan-tolerantlıq
məkanı” mövzusunda
fotosərginin açılış
mərasimi keçirilməsi
də bunun isbatıdır.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən verilən
məlumata görə,
bir həftə davam edəcək fotosərgidə Heydər
Əliyev Fondunun “Azərbaycan – tolerantlıq
ünvanı” layihəsi
çərçivəsində ölkəmizə dəfələrlə
yaradıcı səfərlər
etmiş dünya şöhrətli fotoqraf
Reza Deqatinin ölkəmizdə
dini tolerantlığı
əks etdirən fotoşəkilləri sərgilənəcək.
Sərginin açılışı və BMT-nin Sivilizasiyalar Alyansının
Dostları Qrupunun ali səviyyəli iclası münasibətilə
təşkil olunmuş
rəsmi qəbulda çıxış edən
BMT baş katibinin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nassir Əbdüləziz
əl-Nasser bu il Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü
ilə Bakıda keçirilən ikinci Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumunun gedişində bir daha ölkəmizin mədəniyyətlərarası dialoq və dini tolerantlıq sahəsində dərin ənənələrə malik
olduğunu, bu ənənələrin qorunması
istiqamətində Azərbaycan
dövlətinin davamlı
fəaliyyətinin şahidi
olduğunu bildirib. Birləşmiş Millətlər
Təşkilatı baş
katibinin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi
bugünkü sərginin
BMT Baş Məclisinin
68-ci sessiyası çərçivəsində
açılmasının dünya
birliyinin Azərbaycan dövlətinin multikulturalizm
və tolerantlığın
təmin olunması sahəsindəki fəaliyyətinə
verdiyi yüksək qiymətin bariz nümunəsi olduğunu vurğulayıb. O, BMT-nin Sivilizasiyalar Alyansı ilə Azərbaycan arasında əlaqələrin
yüksələn xətlə
inkişaf edəcəyinə
ümidvar olduğunu bildirib.
Sərginin açılış mərasimində çıxış
edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov
tədbirə toplanmış
BMT-nin üzv ölkələrini təmsil
edən nümayəndə
heyətləri rəhbərlərini
səmimi salamlayaraq, ölkəmizdə dini tolerantlığın çoxəsrlik
tarixindən danışıb:
“Multikulturalizm və milli-dini azlıqlara hörmət Azərbaycan xalqının milli xüsusiyyətidir. Son illərdə
Azərbaycan dövlətinin,
həmçinin Heydər
Əliyev Fondunun prezidenti, UNESCO-nun və
İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə
keçirilən irimiqyaslı
beynəlxalq tədbirlər
Azərbaycanı mədəniyyətlər
və dinlərarası
dialoqun tanınmış
beynəlxalq mərkəzinə
çevirib”.Komitə sədri
ümumilikdə Azərbaycanda
dini durumun stabil olduğunu, dövlət-din münasibətlərin
sağlam bir zəmində qurulduğunu
vurğulayıb: “Bu, birinci
növbədə dövlətin
dini etiqad azadlığını tam şəkildə
təmin etməsi ilə bağlıdır.
Azərbaycanda məlumdur ki,
din dövlətdən ayrıdır.
Ancaq dünyəvi dövlətin
də bir neçə formaları, modelləri var. Son zamanlar bizim cəlb etdiyiiz xarici mütəxəssislər, tədqiqatçılar
dəfələrlə qeyd
edirlər ki, Azərbaycanda qurulan model pozitiv modeldir”.
Müstəqillik tarixində ölkəmizin tolerantlıq ənənələrini BMT-də tərənnüm edən bu ilk sərgi bir həftə davam edəcək. Sərginin Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 68-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorka toplaşmış ali səviyyəli nümayəndə heyətləri, həmçinin BMT-nin nəzdindəki diplomatik missiyaların təmsilçiləri, bu beynəlxalq qurumun qonaqları və beynəlxalq media təmsilçiləri tərəfindən ziyarət edib.
Təntənəli mərasimində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə həyata keçirilən “Photolerance” (“Fotolerans”) adlı Beynəlxalq gənclər fotomüsabiqəsinin təqdimat mərasimi baş tutub. Müsabiqənin məqsədi müasir dünya gənclərinin foto sənəti vasitəsilə əks olunan tolerantlığa baxışlarını beynəlxalq ictimaiyyətin diqqətinə təqdim etmək və bu yaradıcı üslubla dini və mədəniyyətlərarası tolerantlığı dünya miqyasında təşviq etməkdir.
Layihənin beynəlxalq təqdimatını həyata keçirən dünya şöhrətli fotoqraf Reza Deqati belə bir beynəlxalq təşəbbüsün məhz dünyada sülhün və inkişafın təmin edilməsi məqsədilə yaradılmış BMT-nin mənzil-qərargahında keçirilməsinin böyük məna daşıdığını bildirərək, BMT-nin Sivilizasiyalar Alyansı və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə layihəyə verdikləri dəstək üçün öz təşəkkürünü bildirib. Müsabiqənin 18-25 yaşlı gənclər auditoriyası üçün nəzərdə tutulduğunu bildirən sənətkar, bu nəcib təşəbbüsün vasitəsilə dünya gənclərinin milli, irqi və dini zəmində baş verən münaqişələrə qarşı mövqe nümayiş etdirmələri üçün təsirli vasitə olacağına öz inamını ifadə edib. Layihənin əhəmiyyətini qeyd edən BMT baş katibinin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nassir Əbdüləziz əl-Nasser təmsil etdiyi qurumun bu təşəbbüsün dünya miqyasında tanıdılması və uğurla həyata keçirilməsi üçün çalışacağını vurğulayıb: “Photolerance” müsabiqənin qalibləri 2014-cü ildə BMT-nin Sivilizasiyalar Alyansının növbəti qlobal forumunda elan ediləcəklər”.
S.MÜRVƏTQIZI
525-ci qəzet.-
2013.- 3 o9ktyabr.- S.6.