Türkiyə qonaqlıqları: istəsən otur, istəməsən...

 

 

Biz azərbaycanlılar yemək üstünə gəlmiş qonağı süfrədə oturmağa razı salana qədər israr edərik. 4 il əvvəl Azərbaycanda çalışmış bir amerikalıdan müsahibə almışdım. Mədəniyyətlərimizdəki əsas fərq kimi ev sahibinin qonağının yemək yeməsində israr etməsindən bəhs etmişdi.

Azərbaycanlılar üçün bu, qonaqpərvərlikdir, amma bir amerikalı üçün rahatlığının pozulması, diskomfortdur”, demişdi.

Türklər isə xəbərsiz evə təşrif buyurmuş qonağa süfrədə oturmağı sadəcə təklif edərlərqonaq istərsə oturar, istəməzsə evin bir tərəfində oturub bu şəkildə ev sahibləri ilə söhbət edər.

Dəvət olunan qonağın qarşılanma formatı isə müxtəlifdir.

12 il əvvəl Türkiyədə çalışarkən bir qonşum məni evinə dəvət edərkənkahvemi içmeye gelindeməsi tipik azərbaycanlı kimi mənə qəribə görünmüşdü. Necə yəni, bir kofe içmək üçün qonaqmı gedilirdeyə düşünmüşdüm.

Artıq Türkiyəni uzun müddətdir, içəridən müşahidə edib tanıyandan sonra bu müxtəliflik mənə ironik yox, əksinə, sosial paylaşma üçün vacib amil kimi görünməyə başlayıb.

Türklər dostları ilə bir araya gəlmək üçün xüsusi bir səbəb ya bəhanə axtarmır.

Dostunun həyatında baş vermiş yaxşı ya pis bir hadisə ziyarətə səbəb ola biləcəyi kimi, bir araya gəlib kef-hal tutmaq, söhbətləşmək üçün dost ziyarəti olur.

Ən əsası, qarşı tərəfdən cavab ziyarəti gözlənilir. Bu məsələdə türklərin tələbkarlığından sözbazlığından keçilməz.

Mən Türkiyəyə köçəndən sonra bir dostum ailəsi ilə bizə qonaq gəlməsindən bir neçə müddət sonra inciklikəgözlədim, sən bizə gəlmədindemişdi.

Türkiyədə qonağa yeməkli dəvətin edilməsi az hallarda təsadüf olunur.

Normal ziyarətlərdə çay ya türk mədəniyyətinin vazkeçilməziqəhvə süfrəsi təqdim edilir.

Çay dəvətlərində börək çeşidləri ola bilər, şirniyyat da, meyvə .

Qəhvə isə əsasən tək verilir.

 

 

 

Xoşgəldin

Türk mədəniyyətində cox populyar olannəzakət ziyarətideyilən bir ünsiyyət vasitəsi var.

Bir görürsən ki, gündəlik siyasi həyatda bir-birinə qarşı ən sərt ittihamları yağdırmaqdan çəkinməyən liderlər önəmli bayram günündə qarşılıqlı ziyarət edərək bir-birini təbrik edirlər.

ya bir şəhərə, rayona yeni təyin olunmuş bir şəxsi həmin bölgənin məsul şəxslərindən tutmuş, sıravi sakinlərə qədər gəlibxeyirli olsuntəbriki edər. Belə təbriklər, adətən, fərdi yox, hər kəsə açıq qapı ilə toplu şəklində edilir.

Nəzakət ziyarəti məişət həyatını da təsirləndirib.

Binaya yeni kiracı ya ev sahibi gəlirsə, qonşular fərdi ya toplu şəkildəxoşgəldinziyarətinə gedər.

Tipik azərbaycanlı üçün türklərin dost ya qonşu ziyarəti bir az qəribə görünə bilər. Çünki biz azərbaycanlılar qonaq getdiyimiz zaman hədiyyə almağı özümüzə borc bilərik.

 

 

 

Hədiyyə yoxsa, çay

 

4 il əvvəl yeni ailə qurduğum günlərdə binamızdakı qonşu qadınlar həm evliliyəxeyirli olsun”, həm yeni sakin kimixoşgəldinziyarətinə gəldikləri zaman qonaqların hər birinin əlində bir poşet görüb yeni qonşuya bu qədər hədiyyə alınmasından az qala təsirlənmişdim.

Az keçdikdən, necə deyərlər, söhbət qızışandan sonra qadınlar hərəsi poşetindən hörgü ipi millərini cıxarıb danışa-danışa hörməyə başlayanda hədiyyə gözləməkdən vaz keçmişdim.

Övladın ali məktəbə daxil olması, əsgərlikdən dönməsi, yaxının həbsxanaya düşməsi, evdə xəstə yatmaq, xəstəxanadan çıxmaq, yeni evlilik, yeni uşağın doğulması, məktəbdə oxuyan övladının korne almasıyəni bir rübdən digərinə keçməsi daha bir çox hadisələr ziyarət səbəbi ola bilər.

Bu cür ziyarətlərə gələnlərə isə yalnız çay ikram edilir.

Oğlumun doğum günündə evdə bir qonaqlıq keçirməyi düşünürdumyemək çeşidlərinin bol olacağı bir qonaqlıq ağlımdan keçirmişdim. Türk rəfiqəmlə nələri bişirə biləcəyim haqda söhbət edəndə bütün planlarımı dəyişdirməli oldum.

Məlum oldu ki, türklər doğum günündə, əsasən, tort, uzağı qəlyanaltılıqları hazırlayıb evdə dostların təbrikini gözləyərlər.

Öncə nə hazırlayacağımı bilmədim. Xüsusilə anam tortbir neçə soyuq yeməklə evə qonaq çağırmağı, az qala yolverilməz sayırdı.

Evdə sıxdığım təbii meyvə şirələri, rusların burda da məhşur olanpaytaxt salatı”, “siqara börək”, rəfiqəmin evdən gətirdiyi yarpaq sarması, tort və çayı evin bir tərəfində qoyduğum masanın üstünə düzüb isveç süfrəsi hazırladım. Hər kəs istəyinə uyğun qablarını doldurub evdə sərbəst hərəkət edərək sevincimizi bölüşdü.

İnanmazdım ki, evdə qazan-qazan yemək bişirmədən belə bir önəmli məclis keçirmək olarmış.

 

 

 

İlhamə Qasımlı

Ankara

525-ci qəzet.- 2013.- 4 oktyabr.- S.5.