“Dişlərində səhər, dərisində gecə...”

 

 

  

Kubalı inqilabçı Çe Gevara 1967-ci ildə Bolivyada öldürüləndə cibindən tapılan gündəlikdə öz əliylə yazdığı şeirlərdən bir neçəsi ona məxsus idi. Onun Çe Gevaranın ölmünə yazdığı  Bolivyalı əsgərşeirinə musiqi bəstələndi bu mahnı uzun müddət öz populyarlığını itirmədi:

 

Bu ölü kimdir,

Bolivyalı əsgər?

Bu Çe Gevaradır,

Argentinalıydı, Kubalıydı.

 

Ən yaxşı dostundu,

Bolivyalı əsgər.

Şərqdən qərbəcən

Kimsəsizlərin dostuydu.

 

Bunu bil ki,

Bolivyalı əsgər,

İnsan insanı öldürməz,

Adam öz qardaşını öldürməz,

Bolivyalı əsgər.

 

Bu şairqara poeziya”nın tanınmış nümayəndəsi, 1902-ci ildə Kubada dünyaya gələn Nikolas Gillendir. Gənclik illərindən başlayaraq mətbuatda müxtəlif şeirləri ilə çıxış edib. 1937-ci il İspaniya Vətəndaş Müharibəsinin iştirakçılarındadır. Altı il doğma vətənindən sürgün olunub yalnız Kuba İnqilabı uğurla başa çatdıqdan sonra vətəninə qayıda bilib. Şeirlərində kapitalizmin ədalətsizliklərini göstərən, irqçiliyi pisləyən, yaradıcılığının ana xəttiniağlar-qaralarmövzusu təşkil edən  şairin damarlarından həm afrikalı, həm avropalı qanı axırdı. O, “Lenin Sülh Mükafatı bir neçə nüfuzlu ödüllərin sahibi olub, Kuba Yazıçılar Birliyinin sədri kimi yüksək  vəzifədə çalışıb. Nikolas Gillen 1989-cu ildə uzun sürən xəstəlikdən vəfat edib.

 

 

Edam                                              

 

Güllələyəcək əlləri bağlı  adamı,

Atəş açmağa sıralanmış dörd əsgər.

Dörd əsgər sükuta dalmış,

dörd əsgər əlləri bağlı,

öldürəcəkləri adam kimi

əlləri bağlı.

 

Sən qaça bilərsən?

Bacarmaram!

Tətiyi çəkəcəklər indi!

edə bilərik ki!

Bəlkə, boşdur silahları...

Altı güllə alıblar qana susamış rəhbərdən!

–Kim bilir, bəlkə heç atəş açmadılar!

Sən axmaqsan!

 

Atəş açıldı.

(Necə əlləri gəldi?)

Öldürdülər.

(Necə öldürə bildilər?)

Dörd əsgər sükuta dalmış.

Bir zabit qılıncıyla əmr verdi;

dörd əsgəriydi,

əlləri bağlı,

öldürdükləri adam kimi

əlləri bağlı.

 

Tapmaca

 

Dişlərində səhər,

dərisində gecə,

Kimdir, nədir o?

Zənci.

 

Qadındır, ancaq gözəl deyil,

istəsə elətdirər,

Kimdir, nədir o?

Aclıq.

 

Kölələrin köləsi,

ağaların ağası,

Kimdir, nədir o?

Şəkərqamışı.

 

Bir əlin verdiyini,

bilməməlidir o biri əl,

Kimdir, nədir o?

Sədəqə.

 

Bir vaxtlar öyrəşdiyi gülüşlə

indi ağlayan adam,

Kimdir, nədir o?

Mən.

Niyə səni sevmədiyimi

heç düşündünmü, əsgər?

 

Niyə səni sevmədiyimi heç düşündünmü, əsgər?

Məgər bir deyilik?

Sən mən.

 

Sən yoxsulsansa, mən yoxsulam,

Sən xalqın yanındasan, mən .

Eləsə, niyə səni sevmədiyimi

heç düşündünmü, əsgər?

 

Amma sən mənim kimliyimi

undursan hərdən;

əgər mən sənəmsə, sən mənsən.

 

Bundan ötrü kin saxlayacaq deyiləm;

əgər bir adamıqsa,

sən , mən .

Elədisə, niyə səni sevmədiyimi heç

düşündünmü, əsgər?

 

Rastlaşırıq bir-birimizlə

eyni küçədə,

eyni yolda,

çiyin-çiyinə dayanmışıq

sən mən.

Aramızda kin yox,

düşmənçilik yox,

ikimiz bilirik hara getdiyimizi;

sən , mən ...

Mən anlaya bilmirəm,

niyə səni sevmədiyimi düşünürsən, əsgər!     

 

Ölü əsgər

 

Kimin gülləsi öldürmüş onu?

Bilən yoxdu.

Haralıymış?

Jovellanosdanmış, deyirlər.

Harda tapıblar onu?

Yolun kənarında görüblər.

 

Öpür onu nişanlısı,

ağlayır anası,

sonra eşidilir komandirin qışqırtısı:                          

Basdırın!

 

Dan! Dan! Dan! 

Gedir ölü əsgər.

Dan! Dan! Dan! 

Yolun kənarında tapıblar onu.

Dan! Dan! Dan! 

Bir əsgərlə nolacaq ki.

Dan! Dan! Dan! 

Hələ qədər əsgərlər var bizdə.

Tər qamçı

 

Qamçı,

tər qamçı.

 

Günəş erkəndən oyandı.

Kürəyi qamçılanmış

meydanda tapdı ayağıyalın zəncini.

 

Qamçı,

tər qamçı.

 

Külək qışqıra-qışqıra əsdi:

Qara bir çiçəkdir hər yumruq!

Qan ona dedi, “gedək!”

O, qana dedi, “gedək!”

 

Al-qan içində getdi,

ayağıyalın.

Titrəyərək qamış tarlası

açıldıyol verdi ona.

 

Sonra səma səssizliyə büründü

səmanın altında

əl-ayağı sahibinin qanına bulaşmış

kölə göründü.

 

Qamçı,

tər qamçı,

Hər yanı sahibinin qanına bulaşmış bir kölə...

 

Tərcümə etdi: Ramil Əhməd

 525-ci qəzet.- 2013.- 5 oktyabr.- S.28.