Nizami Tağısoy və onun "Meyxanənin
poetikası" kitabı
ONLAR
NƏ DEYİBLƏR : Rüstəm Kamal
Filologiya elmləri namizədi, dosent, folklorşünas.
Son dövrlərdə folklor poetikasına həsr
olunmuş araşdırmaların sayı artmışdır. Prof. Nizami
Tağısoyun “Meyxanənin poetikası” kitabı bu
araşdırmalar sırasında özünün metodoloji
yanaşması, materialın işlənmə, problemə dərindən
nüfuz etmə dərəcəsinə görə xüsusilə
fərqlənir. Meyxana folklor mərasim nitq
janrı kimi son vaxtlar yayılma hüdudlarını genişləndirmiş,
ənənəvi meyxana landşaftı olmayan ərazilərdə
belə kök salmağa başlamışdır. Buna səsəb, bir tərəfdən, meyxana
janrının demokratikliyi, sosial-ictimai həssaslığı,
meyxana mətnlərinin ritmik çevikliyi, digər tərəfdən,
TV-lərdə meyxana ilə bağlı müsabiqələrin
keçirilməsi, nəticədə həm də folklor mətnində,
ictimaiyyətdə meyxanaçı obrazının və
statusunun dəyişməsi baş vermişdir. Prof. Nizami Tağısoy Azərbaycan filoloji fikrində
ilk dəfə olaraq və sistemli şəkildə bu janrı
araşdırmaya cəlb etmişdir. Görkəmli tədqiqatçı
meyxana anlayışının, etimoloji yozumunun xüsusiyyətini açmış
, “bədihə”, “bədiyə” sözlərinin
semantikasını icələmiş, meyxananın meydan mərasim
diskursu ilə əlaqəsini göstərməyə müvəffəq
olmuşdur. Araşdırmanın müəllif tərəfindən
sinxron və diaxron səviyyədə aparılması tədqiqatçıya
XX əsrin əvvəllərində yaşayıb yaratmış meyxana ustadları (Hacı Əli Kərəm, Mirzə
Bağır, Əli Ağa Vahid, Əli İslam, Mirpaşa,
Ağahüseyn Əfsun, Hacı Kazım) ilə
yanaşı, XX1 əsrdə fəaliyyət göstərən
meyxanaçıların repertuarı,varislik və novatorluq məsələlərini
tipoloji müqayisə etməyə imkan vermişdir. Kitabın
qiymətli cəhəti ondadır ki, meyxana şifahi folklor
janrı olmasına baxmayaraq, müəllif buraya arxiv
materialları, yazıya alınmış meyxana mətnləri
və s. araşdırmaya cəlb etmişdir. Meyxana
mətnlərinin poetikası ritm-intonasiya, qafiyə-rədif, adresant-adresat,
auditoriya obrazı yüksək filoloji səviyyədə
öyrənilmişdir. Bu əsər yalnız meyxanasevərlər
üçün deyil, başqa poetik folklor mətnlərimizin
tədqiqatçıları üçün də dəyərli mənbədir.
–Təbii
ki,gözlənilən bir vəziyyətdir.Bəs
sonra işinizi necə davam etdirdiniz?
– Üz
tutdum M.F.Axundzadə adına Milli Respublika
Kitabxanasında işləməyə, tarixi, nəzəri,
metodik və praktik materiallar toplamağa başladım. İş prosesi bəzən üzücü, bəzənsə
həvəsləndirici olduğundan mövzuya intriqa daha da
güclənirdi. Burada digər bir səbəbi
də nəzərdən qaçırmaq olmaz. M.F.Axundov
adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı
İnstitutunun bazasında Bakı Slavyan Universiteti
yaradıldıqdan (2000) sonra mənim Universitetimizdə daha
davamlı olaraq tələbələrə “Türk xalqları
ədəbiyyatı” fənnindən mühazirələr
oxumağım və burada türk xalqlarının folklorunun
öyrənilməsinin də az rolu olmadı. Necə
deyərlər, “İştah diş altındadır”. İstəklə həvəsin birləşməsi
kitabın araya-ərsəyə gəlməsində mənə
yardımçı oldu. Qaldı ki, Siz
deyirsiz “meyxana tamamilə başqa bir dünyadır” bu mənada
mən Sizinlə razılaşıram. Ona
görə ki, meyxanəyə diletant kimi yanaşmaq onun əsl
mahiyyətinin nədən ibarət olduğunu göz
önünə gətirməz. Onu
ağıllı-başlı öyrənib
araşdırdıqda isə orada doğrudan da fərqli
etnik-milli, dini-sakral, mədəni-mənəvi dünyanın
necəliyi haqqında təsəvvür yürütmək
olar. Bax, elə “başqa dünya da” məni meyxanələri
az qala 20 ilə yaxın bir zaman kəsiyində
öyrənməyə məcbur etdi. Və mən
bu əziyyətdən qətiyyən peşman deyiləm,
çünki xalq sözünün qədrini bilənlər mənim
boşuna zəhmət çəkmədiyimi dəyərləndirərlər.
İlk növbədə biz meyxanələri Azərbaycan
folklorunun atılmış yetim uşaq həyatı
yaşaması statusundan xilas etdik. Bildiyimiz
kimi meyxanə xalqın şifahi təfəkküründən
qaynaq alıb gələn nümunədir və bu nümunənin
itib-batmasına yol verməyimiz xalq
yaradıcılığını adekvat dəyərləndirməməyimiz
kimi başa düşülərdi.
Keçən
həftədən yarımçıq qalan müsahibəmizə
davam edək: elə buna görə də xalq
yaradıcılığına qiymət verən bir sıra alimlərimiz fikirləşmişik
ki, meyxanələrin qeyri-maddi mədəni irs kimi qoruması
ilə bağlı Azərbaycanın birinci xanımı
Mehriban Əliyevanın köməyi ilə YUNESKO-da qeyddən
keçməsinə nail olaq. Xalq, məlum
olduğu kimi, təfəkkürünə, adət-ənənələrinə,
dini baxışlarına, həyat fəlsəfəsinə,
yaşam tərzinə, etnik psixologiyasına yad olan heç nəyi
yaddaşında saxlamır. Deməli,
meyxanə də digər çoxsaylı folklor, klassik ədəbiyyat
nümunələrimizlə birgə bizlərin qan
yaddaşıdır. Digər folklor
nümunələri yaradıcılığı kimi meyxanədə
fasiləsiz transferin süjet yaradıcılığı
prosesinin instiktiv düşüncə mərhələsindən
bizim dövrümüzə gəlib çatdığı
üçün, bu nümunələri yalnız yazıya
almaqla qorumaq mümkündür. Məlumdur
ki, kollektiv ifada iştirak edən fərdlərin özünəməxsus
yaradıcılıq ənənəsi, müşairəçilik,
improvizatorçuluq məharəti olmuşdur. Bu gün
texnoloji proses və amillərin folklora, geneoloji qaynaqlara necə
zərbə vurduğunu gördükdə Azərbaycan
etnik-milli təfəkkürünün məhsulu olan bu
nümünələri xalqın yaddaşında
möhürləməyə nə qədər böyük ehtiyac
olduğunu izah etməyə lüzum varmı?!
–Meyxananın
bir xalq malı olaraq daha hansı
üstünlükləri var?
– Meyxanənin
özü söz və bədii düşüncə kodudur. Onun da izahına (yəni dərindən
araşdırılmasına) mütləq ehtiyaclıyıq.
Son dövrlərdəki texniki tərəqqi,
yeni qanunların kəşfi, ictimai fikirdə və fəlsəfi
yanaşmada təbiət və cəmiyyət hadisələrinə
yeni baxışlar gündəmə gəlir, formalaşır
və bu, ənənəvi örnəklərdən xalqın
kənarlaşmasına, qloballaşma bəşər
övladının amorflaşmasına gətirib
çıxarır. Yadınızdadırsa,
bir zamanlar qloballaşmanı yeganə doğru-dürüst
yol seçən Avropa bu gün onun əlindən yaxa
qurtarmağa çalışır. Xalqlar
nivelirovkaya yox, orijinallığı qoruyub saxlamağa daha
çox meyl göstərirlər. Xalqımızın
mətbəxi, adət-ənənələri, muğamı,
musiqisi, rəqsi və digər nümunələri ilə
yanaşı bu milli ifadə özəlliyinin meyxanada da əks
olunduğunu alimlərimizin, mütəxəssislərimizin
qorumağa ehtiyacı vardır. Bax, meyxanələr məni bu baxımdan onları
öyrənməyə məcbur etdi. Bu nümunələrin
sahiblərinin məhz biz olduğumuzu sübut etməliyik.
–Bu vaxta qədər
bu sahədə heç olmasa qığılcımlar olsa da
vardımı?
–Tanınmış
meyxanəçi X1X əsrdə yaşamış Mirzə
Bağırın “Bakı və Abşeron toylarının təsviri”
adlı meyxanəsi var, orada meyxanələrdə ermənilərin
də iştirakından söhbət gedir. Meyxanələrə
yiyə durmasaq, bir gün göz açıb görəcəyik
ki, Qarabağ, Təbriz, Şirvan xalçaları və digər
nümunələrimiz kimi ermənilər meyxanələrimizi
də qeyri-maddi mədəni irs nümunələri
kimi YUNESKO-ya öz milli örnəkləri kimi təqdim ediblər.
Bu gün Rusiya, Avropa Azərbaycan mətbəxinin
çoxsaylı örnəklərini vaxtında onlara yiyə durmadığımızdan
erməni mətbəxi nümunələri kimi
tanımaqdadır.Rusiyada, Avropada türkə, Azərbaycana məxsus
olan, məsələn, “dolma” sözünün semantikası və
etimologiyası maraqlı deyil, onun ermənilərə məxsusluğunun
səslənməsi maraqlıdır. Bəli,
Tofiq müəllim, belə-belə işlər. İndi bildiniz mən nə üçün meyxanələri
belə ardıcıl və sistemli öyrənməyi zəruri
hesab etmişəm?!
–Kitab həqiqətən
son dərəcə böyük zəhmət hesabına
yaranıb və bizim meyxana tariximiz üçün məncə, ən dəyərli
və ən sanballı kitabdır. Kitab üzərində
iş necə gedib və bu nəhəng kitab neçə ilə
başa gəlib?
–Bu
sualınıza görə də çox sağ
olun! Bəri başdan söyləyək ki, kitab üzərində
iş doğrudan da uzun müddətli, üzücü və
yorucu olmuşdur. Burada onun yazılmasına kifayət
qədər obyektiv və subyektiv amillər öz təsirini göstərmişdir.
Obyektiv amillər sırasında meyxanələrə
dair tarixi, nəzəri, metodoloji materialların
qıtlığı, subyektiv amillər sırasında isə
bəzi diletantlar tərəfindən mənə olan təzyiqlər,
bu təzyiqlərin mənim kitabın yazılması ilə
bağlı əhval-ruhiyyəmə gətirdiyi bədbin
notlar idi. Bəzən bu təsirlər o qədər
güclü olurdu ki, hətta gördüyüm işi ya məhv
etmək, ya da yarımçıq saxlamağa məcbur olurdum.
Sağ olsunlar el sözünə, xalq sözünə, alim əməyinə,
zəhmətinə, onun ucalığına qiymət verən
alimlərimiz – bir daha qeyd edirəm, AMEA-nın müxbir
üzvü Nizami Cəfərov, yeri behiştlik AMEA-nın
müxbir üzvü Azad Nəbiyev, Folklor İnstitutunun sabiq
direktoru, prof. Hüseyn İsmayılov, indiki direktoru prof. Muxtar
İmanov, folklorşünas-ədəbiyyatşünas alim,
dos. Rüstəm Kamal, xalq yaradıcılığı
örnəklərimizin qeydinə qalan AMEA-nın Folklor
İnstitutunun şöbə müdiri Elxan Məmmədli,
AMEA-nın İncəsənət və Memarlıq
İnstitutunun baş elmi işçisi, sənətşünaslıq
üzrə fəlsəfə doktoru Qorxmaz Əlilicanzadə,
AMEA-nın Şərqşünaslıq İnstitutunun elmi
işçisi, filologiya üzrə fəlsəfə doktoru Kəminə
Məmmədova və başqa bu kimi dəyərli söz və
elm adamları. Onların mənəvi köməyi
sayəsində bu kitabı 18 ildən artıq bir zaman kəsiyində
yazıb ortaya qoymaq mənə nəsib oldu. Sizə məlum
olduğu kimi bu kitab 432 səhifə, yəni 28,5
çap vərəqi həcmindədir. Lakin məsələ
heç də həcmlə bağlı deyil.
–Mən əminəm
ki, bu monumental kitab bir çox mübahisələrə səbəb
olacaq.
–Kitabın
əhəmiyyəti ilk növbədə onun özündə
tarixi, nəzəri, metodoloji postulat və konsepsiyaları əhatə
etməsidir. Hər hansı yaxşı kitab
oxucunu, mütəxəssisi onunla mübahisəyə girişə
çağırmalıdır.
–“Meyxanənin poetikası” kitabında mən köhnə
əlifba ilə yazılmış nümunələr və
onların transliterasiyası ilə rastlaşdım. Bunlar nə
nümunələrdir?
–Bu nümunələr haqqında ayrıca danışmağa ehtiyac vardır. Əgər kitabda onlara nəzər saldınızsa, gördünüz ki, meyxanələrə aid bu nümunələr XX əsrin əvvəllərinə aiddir. Onlar “Meyxanə” adı altında iki hissədən ibarət, nasiri Abbas Mirzə Şərifzadə və Rza Darablı olmaqla (birinci hissə 20 may, ikinci hissə 20 oktyabr 1919-cu ildə) Bakıda “Elektrik” mətbəəsində nəşr olunmuş və bu dövrə qədər Azərbaycan Dövlət Tyatro aktyorları Əli İslam və Mirpaşa tərəfindən teatr səhnəsində söylənilmişdir. Digər bir nümunə yenə də Şəhri Baküdə (kitabın üstündə yazıldığı kimi) 1922-ci ildə Türk Dram Krujoku Nəşriyyatında Əli Ağa Vahid ilə Bağır Cabbarzadə tərəfindən söylənmiş meyxanə nümunələri; Satiragit Tyatrosunda deyilmiş Vahidin meyxanələri Süleyman Səfərov tərəfindən Bakıda 1925-ci ildə nəşr olunmuş örnəkdir. Bundan başqa yenə də Bakıda Əhməd Anatollunun və Bağır Cabarzadənin ifa etdikləri nümunələri 1925, 1927 və 1930-cu illərdəki kuplet və meyxanələri təqdim etmişik. Bu nümunələrin əksər hissəsi ərəb qrafikalı əski Azərbaycan əlifbasında olduğundan onların doğru-dürüst transliterasiyası iki baxımdan vacib idi. Birinci, meyxanədən xəbəri olmayanlara sübut etmək ki, “meyxanə” sözü XX əsrin 50-ci illərindən sonra yox, lap əvvəllərdən olub və onun yazılışı “meyxanə” kimi olmuş, ikinci, həmin kitablar pis vəziyyətdə tamam istifadədən düşüb yararsız hala gəldiyindən oradakı hərf və sözləri böyüdücülərin köməyi ilə düzgün oxuyub oxucuya adekvat oxunuşunu təqdim etmək zəruri idi. Çox sağ olsunlar Qorxmaz Əlilicanzadə ilə Kəminə xanım Məmmədova. Onların hər ikisi dəfələrlə Milli Kitabxananın xüsusi saxlancında mühafizə olunan bu nümunələri səbr və təmkinlə, ən başlıcası ilkin mənbəyə uyğun olaraq autentik transliterasiya etməklə mənə yardımçı oldular. Onlara ürəkdən minnətdaram.
(Hər iki hissə
davam edəcək)
Tofiq ABDİN
525-ci qəzet.-
2013.- 5 oktyabr.- S.23.