Vyanada gənc azərbaycanlı rəssamın sərgisi  açılıb

 

   Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində gənc Azərbaycan rəssamı İslam Həsənəlizadənin rəssamlıq və heykəltəraşlıq əsərlərindən ibarət sərgisi açılıb.

qhtxeber.az-ın məlumatına görə,vernisajın açılışında Avstriya parlamentinin deputatları, hökumət təmsilçiləri, Vyanada akkreditə olunmuş diplomatik korpusun və beynəlxalq təşkilatların nümayəndələri, bu ölkədə yaşayan həmvətənlərimiz və incəsənətsevərlər iştirak ediblər.

Sərginin açılışında çıxış edən Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova mərkəzin mütəmadi olaraq Azərbaycan mədəniyyətinə, ədəbiyyat və musiqisinə həsr olunmuş tədbirlər keçirdiyini diqqətə çatdırıb. Qeyd edilib ki, bu sərgi mədəniyyət mərkəzinin təsis edildiyi vaxtdan bəri təşkil olunan ilk sərgidir. Sərgidə gənc rəssamın əsərlərinə yer verilməsi təsadüfi deyilsimvolik xarakter daşıyır. Mərkəzin məqsədi istedadlı rəssamlardan ibarət gənc nəsli Avstriya ictimaiyyətinə tanıtmaq, müasir Azərbaycan incəsənətini Avropaya təqdim etmək olub.

Tədbirdə diqqətə çatdırılıb ki,  mədəniyyət mərkəzi Azərbaycan mədəniyyətinin Avstriyada tanıdılması məqsədi ilə müxtəlif səpkili tədbirləri davam etdirəcək və bu istiqamətdə avstriyalı tərəfdaşları ilə əməkdaşlığı genişləndirəcək.

Rəssam barəsində qısa məlumat verən L. Qasımova indiyədək İslam Həsənəlizadənin Azərbaycanın hüdudlarından kənarda – Rusiya, İtaliya, Fransa, Böyük Britaniya, Almaniya, Gürcüstanbaşqa ölkələrdə əsərlərinin nümayiş olunduğunu nəzərə çatdırıb. Vyanada təşkil olunmuş sərgi isə rəssamın fərdi sərgisi olduğuna görə xüsusilə diqqətəlayiq hadisə kimi qiymətləndirilib.

Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilov öz çıxışında Azərbaycan Mədəniyyət Mərkəzinin yarandığı qısa müddət ərzində müxtəlif tədbirlər təşkil etməsini təqdirəlayiq hal kimi dəyərləndirib, sıx əməkdaşlıq şəraitində bundan sonra da Azərbaycanın təbliği istiqamətində sanballı tədbirlərə imza atılacağına ümidvar olduğunu bildirib.

Qeyd edək ki, sərgi oktyabrın 22-dək davam edəcək.

 

S.Abdullayeva

 525-ci qəzet.- 2013.- 5 oktyabr.- S.17.