Yaxın-uzaq türk elləri: Qırğızıstan

 

 

Sovetlər Birliyi dağılandan Orta Asiya respublikalarına yolum düşməyib. Vaxtı ilə Türküstan adlandırılan bu torpaqlarda dörd(Telman bəy, bu günkü Qazaxıstanın bir hissəsi Türküstana daxil idi) dövlətimiz var. Türk soyuna məxsus bu yerlərdə tarixən igidlərin nərəsi, qılınc-qalxan səsi, at kişnərtisi hakim olub. Bu gün isə sivil dünyanın bir parçasına çevrilib. Nəhəng dövlətlərin cəngində yumşalaraq sakit bir diyara çevrilib ana Türküstan... Yolum Qırğız ölkəsinədir. Ölkənin paytaxtı Bakıya qədər yaxın olsa da, yolu çox uzaqdır. Aviaşirkətlərdən iki istiqamət üzrə uçmağı məsləhət bildilər: Bakı-Moskva-Bişkek, Bakı-İstanbul-Bişkek. Birinci yol daha uzaq, daha bahalı yoldur. Həm də Moskvadan Bişkekə getmək mənəvi tərəfdən də insana ağır gəlir. İstanbula, oradan da Bişkekə uçmağı üstün tutduq. Ulu babalarımız bu yerləri biz türklərə Vətən seçib. Bakı-İstanbul-Bişkek xətti İstanbula, oradan Azərbaycan üzərindən keçməklə Bişkekə uçur. Yollar, xəttlər qardaş ölkələri səma vasitəsi ilə birləşdirir. İstanbuldan beş saat yarıma “Boinq”lə uçduq. Təyyarə Bişkekə enəndə sübh yenicə ağarırdı. Tyanşandan axıb gələn təmiz dağ havası ciyərlərimizdə hiss olunur. Bizi otelə aparan sürücü, Qırğızıstan Meşə İşçiləri Həmkarlar Komitəsi sədrinin müavini  Niyaz Çalilov ölkəsinin durumu haqqında məlumat verir. Müstəqillik illərində ard-arda iki dəfə hakimiyyət dəyişikliyi olmasına baxmayaraq son illər sabitlik yaranıb, insanlar rahat nəfəs almağa başlayıblar. Ölkədə quruculuq işləri aparılır. Elə biz qaldığımız “Dostluqotelison illərin tikililərindəndir.

İştirak edəcəyimiz Konfransın proqramı əvvəlcədən məlum idi. Səhər saat 10-da məşhur “İsık-kul”a gedəcəyik. Yolüstü Qaraxanlılar dövlətinin paytaxtı olmuş Borana şəhərinin qalıqları yerləşən səma altında tarixi məkanı – muzeyi ziyarət edəcəyik. Qüdrətli türk dövləti olmuş Qaraxanlıların soy-kökü, dövlət quruluşu, inkişaf və iflası gözümün önündən gəlib keçdi:

X-XII əsrlərdə Qaraxanlı xaqanlığı Tyanşanda çiçəkləndi.  “Qaraxanlılar” termini elmə sülalənin ilk hökmdarı, islamı qəbul etmiş Satuk Abd al-Kərim Qaraxanlının adına görə daxil edildi. “Qara-xan” və yaqara-xaqantitulunu bu sülalənin bir çox nümayəndələri daşıyırdılar. Təəssüflə qeyd etməliyəm ki, bir çox rus mənbələrində “qarasözü “çernıy”mənasında işlədilib. Bu isə “qarasözü ilə əlaqədar olan tayfa, yer, dövlət adlarının rəngə görə məna kəsb etməsi anlamını verir. Lakin qədim türk dilində “qara  böyük, möhtəşəm və ali mənalarını daşıyır. “Qaraxan” dedikdə böyük, ali xan mənasında başa düşülməlidir. Bundan əlavə olaraq, “buğra” və “arslankimi terminlərin “xansözü ilə birləşməsi  Qaraxanlılar hökmdarları arasında ən geniş yayılmış və hörmətli adlar sayılırdı.  Yazılı mənbələrə əsasən, X əsrdə Mərkəzi TyanşandaYeddisuda karluk, yaqma, çiqil, turgeş, oğuz-türkmən, qıpçaq, kənjək, yabak, qırğız, türkləşmiş soqdilər və arqu  tayfalarından olan türklər yaşayırdılar. İlk dörd tayfa 940-cı ildə Qaraxanlılar dövlətinin yaradılmasında daha böyük rol oynamışdı.

Qaraxanlı hökmdarları sülaləsi Türgişlər nəslindəndir. Türgişlər isə Göytürklərin ən güclü boylarından olub. Qaraxanlı dövlətinin banisi Satuk Abd al-Kərim Qaraxanlı ərəb xilafətinin zəifləməsindən istifadə edərək türk dili və mədəniyyətinin inkişafına nail oldu.

Daha sonra Qaraxanlılar dövlətinin sərhədləri qərbə Amudəryaya kimi uzandı. 1041-42-ci illərdə Qaraxanlılar öz hökmdarı və paytaxtı olan iki müstəqil xaqanlığa bölündü. Şərq xaqanlığının paytaxtı Balasaqun , Qərb xaqanlığının paytaxtı isə əvvəlcə Uzkənd, sonra isə Səmərqənd oldu. 1069-cu ildən bağlanmış sülh sazişinə əsasən, Xocənd şərqi və qərbi Qaraxanlılar arasında sərhədə çevrildi. Bundan sonra Fərqanə vadisi və Sırdərya ərazisi şərqi Qaraxanlılar hökmdarının hakimiyyəti altına düşdü.

... Bir neçə saat istirahət və səhər yeməyindən sonra yola düşdük. Bişkekin yüz kilometrliyində yerləşən Burana şəhərinə çatdıq. Gözümüzün önündə məşhur “Burana möcüzəsi” ucalır. Orta əsrlərin əvvəlində bu yerlərdə Balasaqun adlı məşhur şəhər yerləşirdi. Çin, ərəb və fars dillərində olan bir çox yazılı mənbələr Böyük İpək Yolu üzərində salınmış möhtəşəm yaşayış məkanından söz açırlar.Buranatoponimi X-XII əsrlərdən yadigar qalmış minarənin adından götürülüb. Qaraxanlılar dövləti yaradılan vaxtdan bu şəhər qonşu xalqlar tərəfindən Kuz Ordu, Kuz Balık, Ordukənd, Qobalık, Monara kimi də tanınıb.

Burana” minarəsi qaraxanlıların müsəlman olmalarından xəbər verir. 943-cü ildə Qaraxanlı dövlətinin ünlü hökmdarı Satuk-Abd al-Kərim Qaraxan islamı ilk olaraq qəbul etdi. İslamın intişar tapması Balasaqunda böyük mədəni və iqtisadi sıçrayışa səbəb oldu. Ələlxüsus memarlıq sənəti inkişaf etdi. Yeni tikinti materialı- kərpic istehsalı və ondan inşa edilən tikililər şəhərlərə ecazkarlıq gətirdi. Müqəddəs müsəlman böyüklərinin qəbirləri üzərində movzeleylər inşa edildi. Yerli əhali əcdadlarının qəbirləri üzərində gümbəzlər və digər tikililər ucaltdılar. Lakin şəhərə daxil olan yolların hər birindən rahat görünən minarə ona xüsusi əzəmət verirdi. “Burana” minarəsinin hal-hazırkı hündürlüyü 24.6 metrdir. O dövrdə isə 40 metrdən hündür olub. Minarənin içərisindəki dairəvi pilləkan onun başına qalxmağa imkan verir. Yazılı mənbələrdə göstərilir ki, minarənin ətrafında böyük məscid və mədrəsə olub. Minarədən azan verilərmiş. Gecələr isə onun başında alovlanan məşəllər yolçuların bir növü mayakına çevrilibmiş.

Balasaqun adı həm də türk xalqlarının görkəmli tarixi şəxsiyyətləri ilə də bağlıdır. İslamın geniş yayılması və intibah dövründə bu yerlərdə də ədəbiyyat formalaşaraq ən yüksək inkişaf mərhələsinə çatdı. Türklərin ərəb əlifbasını qəbul etmələri, elmin, fəlsəfənin inkişafına səbəb oldu. Məhz bu dövrdə XI əsrdə Yusif Balasaqunlu tərəfindən yazılmış “Kutadqu bilik”, Mahmud KaşğarininDivani lüğət-ət türk” əsərləri kimi mükəmməl yaradıcılıq abidələri yazıldı. Bu güntürk xalqları dünya sivilizasiya məkanında həmin möhtəşəm əsərlərlə qürurlanırlar.

Mahmud Kaşğari öz Divanında göstərir ki, mənim əcdadlarım ən təmiz dildə danışan türklərdir. O türklər ki, əsillərinə görə birincidirlər. Türkmən, oğuz, çıqıl, yaqma kimi türk dillərini yaddaşıma həkk etmişəm... və bu kitabı uzun araşdırmalardan və axtarışlardan sonra ən mükəmməl şəkildə və aydın dildə yazmışam.

Mahmud Kaşğari öz əsərində Qaraxanlı dövlətinin dairəvi xəritəsini də çəkib.

Yusif Balasaqunlunun 900 il bundan əvvəl yazdığı “Kutadqu bilik” əsəri qədim türk dilində yazılmış və bizə gəlib çatmış ilk əsərdir ki, haqlı olaraq bütün türk xalqları onu öz ədəbiyyatlarının mənbəyi hesab edirlər. Abidə 13000-dən çox sətirdən ibarətdir. Məşhur türkoloqların təsdiq etdikləri bu yazılı abidəmiz haqqında bu günelmi araşdırmalar aparılır.

...“Burana” minarəsi önündə tariximizin bir parçası beləcə gözlərimiz önündən keçdi. Ulu əcdadlarımızın müqəddəs ruhlarını yad etdik.

Maraqlı təəssüratlarla yolumuza davam etdik. Yolumuz Tyanşana doğrudur. Məşhur “İsık-kula” – “İsti-gölə” tərəfdir. Çingizin, Batının, Teymurun atlarının ayaq izlərinin qaldığı torpaqlarla irəliləyirik.

Bu yerləri görmək, ulu əcdadlarımızın yaratdıqları abidələrlə qürur duymaq hər bir türkün müqəddəs borcudur.

 

Telman Quliyev

Azərbaycan Jurnalistlər Birliyinin üzvü.

525-ci qəzet.- 2013.- 5 oktyabr.- S.14.