“Azərbaycan və Qazaxıstan dinlərarası
dialoqla bağlı dəyərli təşəbbüslər
irəli sürür”
Şeyxülislam Allahşükür PaşazadƏ
“Astana Qurultaylarının sivilizasiyaların
dialoqunda rolu” konfransında iştirak edib
Bu yaxınlarda Qafqaz Müsəlmanları İdarəsinin
(QMİ) sədri Şeyxülislam
Allahşükür Paşazadənin
rəhbərlik etdiyi nümayəndə heyəti
Qazaxıstanın paytaxtı
Astanada keçirilən
“Astana Qurultaylarının sivilizasiyaların
dialoqunda rolu” mövzusunda beynəlxalq elmi-praktik konfransdan qayıdıb.
QMİ-dən verilən
məlumata görə,
konfransdan öncə
QMİ sədri Şeyxülislam
A. Paşazadə Qazaxıstan
Parlament Senatının
sədri Kayrat Mami tərəfindən qəbul edilib. Qonağı səmimi salamlayan Senat sədri Azərbaycan və Qafqaz müsəlmanlarının
dini liderinə Astanada keçirilən Dünya və ənənəvi din liderlərinin
ilk Sammitinin 10 illiyinə
həsr olunmuş forumun işinə qatıldığı üçün
dərin təşəkkürlərini
bildirib. Prezident Nursultan
Nazarbayevin təşəbbüsü
ilə düzənlənmiş
Astana Qurultaylarının dinlərarası
dialoq işinə verdiyi önəm barədə danışan
cənab K. Mami Şeyxülislam A. Paşazadə
kimi dinlərarası əməkdaşlıq işinə
böyük əməli
töhfələr vermiş
bir dini liderin iştirakından məmnunluq duyduqlarını
deyib.
Azərbaycan dövlətinin və
onun rəhbərinin mədəniyyətlər və
sivilizasiyalararası dialoq
məsələlərinə xüsusi dəyər verdiyindən söhbət
açan Şeyxülislam
A. Paşazadə, həm
Qazaxıstan, həm də Azərbaycanın liderlərinin belə bir önəmli məsələyə yüksək
diqqət nümayiş
etdirmələrinin ölkələrimiz
və xalqlarımız
üçün xoş
nəticələrə vəsilə
olduğunu və dini lider olaraq
bunu mühüm amil kimi qiymətləndirdiyini
nəzərə çatdırıb.
Ulu öndər Heydər Əliyevlə Qazaxıstanın lideri Nursultan Nazarbayev arasında mövcud olmuş yüksək ehtiramlı münasibətlərin
bu gün də İlham Əliyevlə Qazaxıstanın
ağsaqqal rəhbəri
arasında davam etdirilməsindən söhbət
açan və bundan dövlətlərimiz
və xalqlarımız
arasında münasibətlərə
böyük fayda gəldiyini vurğulayan Şeyxülislam A.Paşazadə
bu dəyərli əlaqələrin hər
zaman inkişaf etməsi üçün
dualar etdiyini qeyd edib. O, qardaş
qazax xalqının ümummilli liderinin dünya çapında dinlərarası dialoq mühitinin formalaşdırılmasına
böyük töhfələr
verməsindən qürur
duyduğunu, Qazaxıstan
xalqına və onun rəhbərinə daha böyük uğurlar arzuladığını
bildirib. Bu ilin aprelində Bakıda keçirilmiş MDB Müsəlmanları
Məşvərət Şurasının
“MDB müsəlmanları sülh
və stabil inkişaf tərəfdarıdırlar”
mövzusunda Beynəlxalq
Konfransın xüsusi
əhəmiyyət daşıdığını
vurğulayan Qazaxıstan
Parlamentinin sədri K.Mami bu qurumun
rəhbəri kimi də Şeyxülislamın
qardaş xalqlarımız
arasında dini-mənəvi
əlaqələrin daha
da inkişaf etdirilməsi yolunda səylərini əsirgəməyəcəyinə
əmin olduğunu bildirib. Həmin tədbirdə Qazaxıstandan
böyük nümayəndə
heyətinin iştirak
etdiyini xatırladan K.
Mami Azərbaycanda onlara göstərilən qonaqpərvərlikdən, qardaş
ölkə başçısı
tərəfindən qəbul
edilmələrindən, həmçinin
birgə Ümrə ziyarətində iştirak
etmələrindən məmnunluqla
söhbət açıb.
Şeyxülislama xitabən: “Qazaxıstan
həm də Sizin evinizdir” deyən cənab K. Mami həmçinin, bu yaxınlarda Qəbələdə keçirilmiş
Türkdilli dövlət
başçılarının Sammiti barədə xatırladaraq mənəvi
sahədə də birgə əməkdaşlıq
münasibətlərinin inkişaf
etdirilməsi zərurətindən
danışıb. Həyatın bütün sahələrində
sürətlə inkişaf
edən Azərbaycana ən xoş arzularını ifadə edən cənab K. Mami səmimi salamlarını qardaş
Azərbaycan xalqına
yetirməyi Şeyxülislamdan
xahiş edib.
Şeyxülislam A. Paşazadə səfər
çərçivəsində Astana forumlarının Katibliyinin
XII sessiyasında iştirak
edib. Katiblik növbəti Qurultayın
keçirilməsinə dair
təşkilatı məsələləri,
gələcək prioritet
və perspektivləri
müzakirə edib.
Müzakirələr zamanı çıxış
edən QMİ sədri
qurumun işinin daha da təkmilləşdirilməsi
yönündə təkliflərini,
o cümlədən, ən
mühüm təkliflərin
reallaşdırılmasını təmin etmək məqsədilə xüsusi
fondun təsis olunmasına ehtiyac olduğunu bildirib. Sessiyada cari ilin aprelində
Bakıda keçirilmiş
MDB Müsəlmanları Məşvərət
Şurasının Konfransının
konstruktiv əməkdaşlıq
nümunəsi iştirakçılar
tərəfindən xüsusi
vurğulanaraq təqdir
olunub.
Şeyxülislam A. Paşazadə “Astana Qurultaylarının
sivilizasiyaların dialoqunda
rolu” mövzusunda beynəlxalq elmi-praktik konfransın açılış
mərasimində çıxış
edib. Şeyxülislam indiyədək keçirilən
4 Astana Qurultayının tarixi
əhəmiyyəti, onların
keçirilmə təşəbbüsünün
müəllifi Qazaxıstan
prezidenti N. Nazarbayevin dəyərli missiyası barədə fikirlərini
dilə gətirib.
Dinlərarası dialoqa
dair Azərbaycan və Qazaxıstan dövlət başçılarının
dünya çapında
dinlərarası dialoq
məsələlərində dəyərli təşəbbüslərlə
çıxış etmələrini,
multikulturalizm ideyalarına
sadiqliklərini olduqca
əhəmiyyətli hal
sayan A.Paşazadə yaşadığımız siyasi-mənəvi
ərazini məkanı
bütün dünyada
tolerantlıq məkanı
kimi tanıdılması
vacibliyindən çıxış
edərək, birgə
tədbirlər keçirilməsi
zərurətini xüsusi
vurğulayıb.
Şeyxülislam çıxışında mənəvi
dəyərlərə qayıdış
yaşandığı dövrdə
dövlətlərimizin rəhbərliyində
tolerantlığı yüksək
mədəniyyətin təzahürü
kimi dəyərləndirən
Heydər Əliyev və bu dəyərlərə
böyük önəm
verən Nursultan Nazarbayev kimi liderlərin mövcudluğunu
Azərbaycan və qazax xalqlarının səadəti kimi səciyyələndirib.
Öz çıxışında A. Paşazadə,
həmçinin, Qazaxıstan
xalqının, onun lideri-türk xalqlarının
ağsaqqalı N. Nazarbayevin
Azərbaycan xalqının
Qarabağ probleminin ədalətli həlli istiqamətində səylərinə
hər zaman beynəlxalq müstəvidə
dəstək nümayiş
etdirdiyini xalqımızın
yüksək qiymətləndirdiyini
deyib.
Səfər çərçivəsində A. Paşazadə Qazaxıstanın
Dini işlər üzrə Dövlət Agentliyinin rəhbəri cənab Kayrat Lama Şəriflə görüşüb. Azərbaycanla
Qazaxıstan arasında
tarixi dini-mənəvi
əlaqələrin inkişaf
etdirilməsində maraqlı
olduqlarını bildirən
Qazaxıstan rəsmisi,
bu işdə QMİ sədrinin də öz səylərini əsirgəməyəcəyinə əminliyini ifadə edib: “Mənəvi dəyərlərin dirçəldilməsi
dövrünü yaşadığımız
bir dövrdə nəinki Qafqaz, bütün MDB müsəlmanlarının
ağsaqqalı olaraq Şeyxülislam Allahşükür
Paşazadənin böyük
təcrübəsinə və
geniş dünyagörüşünə
böyük ehtiyac duyulur”. QMİ sədri konfransın kuluarlarında
bir sıra tanınmış din xadimləri,
o cümlədən, Vatikandan
təşrif buyurmuş
Papa yanında Dinlərarası
əlaqələr üzrə
Şuranın başçısı
kardinal Jan Lui Toran, iranlı Məhəmməd Bağır
Xürrəmşad, Məcid
əl-Turki və b. ilə səmimi görüşlər keçirib.
Konfransın gedişində Şeyxülislam
A. Paşazadə Qazaxıstanın
aparıcı KİV-lərini
maraqlandıran sualları
da cavablandırıb. Həmin
gün QMİ sədri
Şeyxülislam Allahşükür
Paşazadə Qazaxıstan
Müsəlmanları Ruhani
İdarəsinin sədri,
Müfti Yerjan Mayamerovla görüşüb.Astanada
yeni inşa olunmuş nəfis Həzrəti-Sultan məscidində
baş tutmuş görüşdə qardaş
xalqlarımız arasında
mövcud dini-mənəvi
əlaqələrin daha
da inkişaf etdirilməsi istiqamətində
perspektivlər müzakirə
edilib, həmçinin,
MDB Müsəlmanları Məşvərət
Şurası çərçivəsində
birgə əməkdaşlığın
inkişafı barədə
fikir mübadiləsi aparılıb.
Konfransda
Azərbaycanı təmsil
edən Şeyxülislam
A. Paşazadənin rəhbəri
olduğu nümayəndə
heyətində QMİ Xarici
Əlaqələr Şöbəsinin
müdiri Müqəddəs
Payızov və
QMİ Mətbuat Xidmətinin
rəhbəri Rəhimə
Dadaşova da olub.
S.ABDULLAYEVA
525-ci qəzet.-
2013. 8 oktybar.- S.6.