Dinlərin tarixi və mahiyyəti haqqında sanballı nəşr

 

 

İDRİS ABBASOVUN “DİN TƏHLÜKƏDİR, YOXSA CƏMİYYƏT TƏHLÜKƏLİDİR?” KİTABI İŞIQ ÜZÜ GÖRÜB

Bu günlərdə filologiya üzrə fəlsəfə doktoru, dosent İdris Abbasovun sayca dördüncü – “Din təhlükədir, yoxsa cəmiyyət təhlükədədir?” kitabı işıq üzü görüb. Kitab min illər boyu bəşəriyyəti düşündürən fundamental bir mövzuyadinin cəmiyyətdə rolu məsələsinə həsr edilib. Bu çətin, mürəkkəb problemin öhdəsindən gəlmək üçün müəllifin həm ciddi nəzəri-elmi bazası, həm praktiki təcrübəsi var: o, Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin Ərəb filologiyası şöbəsini fərqlənmə ilə başa vurub. Dünyanın mötəbər elm ocaqlarından sayılanƏl-ƏzhərUniversiteti nəzdində ərəb dili İslam elmləri üzrə beynəlxalq elmi kursu bitirib, Qahirə Universiteti Mərkəzində Ərəb dili İslam mədəniyyəti üzrə Treyninq Proqramının uğurlu iştirakçısı olub. Üst-üstə on beş ildən artıq elmi-pedaqoji fəaliyyətlə məşğul olan İ.Abbasov on ildən artıq Naxçıvan Muxtar Respublikasının Dini Qurumlarla İş üzrə İdarəsinin rəhbəri vəzifəsində çalışıb. Bu müddət ərzində dini məsələlərlə bağlı mətbuatda müntəzəm çıxış edib. Naxçıvan Dövlət TeleviziyasındaTanrı yolu, haqq yoluİslam olduğu kimiproqramlarının aparıcısı olub. Vaxtaşırı beynəlxalq konfranslarda iştirak edib, o cümlədən Avrasiya İslam Şurası Təşkilatının altıncı yeddinci konfranslarında məruzələrlə çıxış edib, xarici mətbuata telekanallara müsahibələr verib. OnunDini-elmi-əxlaqi söhbətləradlı kitabı işıq üzü görüb”.

Kitaba önsöz yazmış tənqidçi Əsəd Cahangir bu əsəri İdris Abbasovun çoxillik elmi praktik fəaliyyətinin məntiqi yekunu kimi dəyərləndirib: “Texnogen sivilizasiya üçün səciyyəvi olan mənəvi-əxlaqi deqradasiyaya qarşı çoxəsrlik dini ideallar mövqeyindən çıxış edən müəllif zəngin dini-elmi-fəlsəfi mənbələrə istinadən dini inancın mahiyyəti, ayrı-ayrı dinlərin tarixi, dinlərin təsnifatı, çoxsaylı məzhəb təriqətlər haqqında zəngin məlumat verir. Dini inanc kimi həssas bir mövzudan bəhs edən müəllifin məsələyə yanaşmasında iki cəhət diqqəti cəlb edir: birincisi, hər hansı konkret dini inanc mövqeyinin fövqünə qalxaraq fərqli dinlərə tolerant münasibət bəsləmək. İkincisi, polemikalardan yan keçərək yalnız faktların dili ilə danışmaq nəticəni oxucunun öz öhdəsinə buraxmaq.

Sadə, aydın bir dildə, elmi üslubda yazılmış bu kitabın sivilizasiya mədəniyyətlərin toqquşduğu çağdaş dünyada oxucunu həm etik-mənəvi, həm intellektual cəhətdən zənginləşdirəcəyi, ona dini inanc kimi ciddi həyati bir məsələdə düzgün seçim etməkdə kömək edəcəyi şübhəsizdir”.

Müəllif İ.Abbasov özü isə kitabda vurğulayır: “Yadda saxlamaq lazımdır ki, dindar olmaq tərki-dünya olmaq demək deyildir. Cəmiyyətin rifah rahatlığı üçün liberal baxış tərəfdarı olarkən dinamikliyi funksionallığı itirməmək lazımdır. Azad düşüncəyə sahib olmaqla konkret bir günaha batmamaq üçün vicdanlı yanaşma ortya qoyulmalıdır. Laqeyd, məsuliyyətsiz həyat tərzi qəbuledilməzdir. Nəcib insan olub qərarsız olmaq olmaz, qərarlı olub mövhumatçı olmaq qəbuledilməzdir. Sərbəst düşüncəli insan olmaq xoş qarşılanır, fəqət sərbəst düşüncəli olub qeyri-ciddi olmaq xoş deyildir. Xeyirxah adamın lovğa olması əxlaqla uzlaşmır. Bəşəri qərarsızlıq daimi stabilliyə zəmanət vermir. Bir kəsin azadlığı başqalarına ziyan verməməlidir bir şəxsin varlanması başqalarının həyat şansına qənim kəsilməməlidir. Beləliklə, bütün bəşəriyyət ləyaqətli nizamlı cəmiyyətdə yaşamaq arzusundadır. Bir sıra müasir müəlliflər hələ ateizmi canlı tutaraq dini inancları ittiham edir, dini bütün şər işlərin mənbəyi, nağıl, əfsanə, təmas etdiyi hər şeyi zəhərləyən, istər fundamentalist, istərsə liberalist səviyyələrdə cəmiyyət üçün təhlükəli hesab edirlər. Bu qəlibdən olan alimlər marksizmə Darvinin insanın meymundan əmələ gəlməsi ilə bağlı təkamül nəzəriyyəsinə səcdə edərək dinə mif, magiya ya primitiv təfəkkürün qalıqları kimi baxmaqdadırlar. Amma bütün bunları deyərkən onlar elmi faktlara istinad etmədiklərindən gətirdikləri arqumentlər özünü doğrultmur. Britaniyalı filosof ilahiyyatçı alim Keys Vardın fikrincə, bizim Allah haqqında düşüncələrimiz xarici aləmdə dərk edilmiş bir obyekt yox, bəlli bir təsəvvürün təzahürüdür. Bəşər təsəvvürü məhdud xarakter daşıyır. Məsələn, riyaziyyatçılar riyaziyyatı icad etmələrinə inanmırlar. Onlar mümkün qədər öz kreativ təxəyyüllərini tətbiq etməklə obyektiv həqiqətlər təmayülünü kəşf etdiklərini qəbul edirlər. Bu minvalla da dindar insanlar heç qeyri-adi reallığı kəşf etdiklərini sanmırlar, fəqət öz inanc təcrübələri əsasında axtarır, kəşf edir onunla təmas qururlar”. 

Şübhəsiz ki, dini mətnlərdən sui-istifadə etmə hallarına tez-tez rast gəlinir. Bu cür yanaşanlar yüksək bəşəri ideyaları – Allah sevgisini, mərhəməti, şəfqəti, qarşılıqlı yardımlaşmanı, birlik bərabərliyi, sosial ədaləti s. – təbliğ edən maddələri, surə ayələri bir tərəfə qoyub, ayrı-ayrı ayələri kontekstdən kənara çıxaraq tarixi mənası olmayan, yaxud interpretasiyanın ümumi ənənələrinə riayət etmədən tətbiq etməyə çalışırlar. Ekstremistlər öz fanatizmlərinə haqq qazandırmaq üçün həqiqətin açarı olan kompleks yanaşmadan boyun qaçıraraq müqəddəs kitablardan əxz etdikləri ayələrə kontekstdən kənar yanaşırlar. Halbuki tolerantlıq, sülh, sevgi, qarşılıqlı hörmət ehtiram, təvazökarlıq, mərhəmət anlaşmaya dəvət edən ilahi dinlərin səmavi kitabların mahiyyətinə göz yumurlar. Qəribə olsa da, günümüzün müasir ateistləri dini gözdən salmaqla faktiki olaraq fanatiklərə yardım edirlər”.

Alim qeyd edir ki, dinin zərərli olub-olmamasına gəlincə, unutmamaq lazımdır ki, təkcə dini inanclardan deyil, ümumiyyətlə, bütün inanclardan potensial şəkildə sui-istifadə edilə bilər, yəni az qala bütün bəşəri inanclar institutlar nifrət ədalətsizliklər naminə pis məqsədlər üçün səfərbər edilə bilər: “Zərərli dini inancların zərərli qeyri-dini inancların olduğu məlumdur. İnancları zərərli edən din yox, nifrət, cahillik, tamahkarlıq, güc səlahiyyət arzusu, başqalarına qarşı etinasızlıqdır. Din dözümsüzlüyü təbliğ etmir, əksinə, dözümsüzlük özünün real səbəblərini ört-basdır etmək ona saxtaəxlaqi” don geyindirmək üçün dindən istifadə edir”.

Kitabın müəllifi bu qənaətə gəlir: “Beləliklə, insan fitrətinin ayrılmaz hissəsi olan, birbaşa qəlblərə xitab edən yüksək bəşəri idealların carçısı olan din mənəvi saflıq, ucalıq, kamillik rəmzi kimi  cəmiyyətin mövcud olma şərtidir. Deməli, din təhlükə deyildir, əksinə, dinsiz ya dindən sui-istifadə edən cəmiyyətlər potensial təhlükə altındadır”.

Kitabdakı materiallar 14 bölümdə təqdim olunub. İlk bölümdə dinlərin təsnifi yer alıb. Sonrakı bölmələrdə din elmləri, ibtidai qəbilə, milli ilahi dinlər mövzuları geniş tədqiq olunub.

Nəşrdə həmçinin yəhudilik xristianlığın tarixi, məzhəbləri, xristianlığın başqa dinlərə münasibəti məsələləri öz əksini tapıb.

İslam dini ilə bağlı da geniş araşdırma materialları oxuculara təqdim edilib. Kitabda İslam məzhəbləri- xaricilik, şiəlik, ismaililik, zeydilik, mötəzililik , dürzilik sair, eləcə islam təriqətləri cüneydilik, qadirilik, bektaşilik, ələvilik, mövləvilik, nəqşibəndilik, xəlvətilik, bayramilik, hürufilik, qızılbaşlıq haqqında maraqlı məlumat faktlar yer alıb. On üçüncü bölümdə isə islam dünyasında bəzi dini-siyasi sinkretik cərəyanlarvəhhabilik, babilik bəhailik sair mövzular dərindən işlənib.

Müəllif həmçinin kitabda bəzi dini-elmi istilahların şərhini verib. 

 

Sevinc MÜRVƏTQIZI

525-ci qəzet.- 2013.- 9 oktybar.- S.6.