Türkiyə efirində “Azərbaycandan əsən
rüzgarlar”
Oktyabrın 9-da axşam saatlarında qardaş Türkiyənin ekranlarında Azərbaycanın
musiqi mədəniyyətindən
bəhs edən yeni 2 saatlıq canlı televiziya proqramı yayıma başlayıb. Kifayət qədər geniş
auditoriyaya malik “Ekim TV” ilə yayımlanan proqramın qonağı Əməkdar
artist Gülyanaq Məmmədova
olub. Telekanalın yayım koordinatoru
Zafer Tokakın verdiyi məlumata görə, tamaşaçılar
yeni proqramı coşqu ilə qarşılayıb və
verilişin ilk yayımı
çox yüksək
reytinq toplayıb.
“Biz bu proqramla Türkiyə tamaşaçılarını
Azərbaycan musiqisinin
ən parlaq nümunələri ilə
tanış edəcəyik. Həm xalq, həm klassik, həm də estrada
musiqisinə geniş yer verəcəyik. Aşıq musiqisinin isə ayrıca yeri olacaq” – deyə, verilişin aparıcısı
Xumar Qarabağlı bildirib. Onun sözlərinə görə,
proqramın yaradıcıları
bu televiziya layihəsinin Azərbaycanla
Türkiyə arasında
yeni bir mədəniyyət körpüsü
olacağına, sənətçilərimizin
isə özlərini
qardaş ölkədə
tanıtma meydanına çevrilicəyinə
ümid edirlər. Biz verilişimizin hasilə gəlməsi üçün Azərbaycandan
bizə yardım edən hər kəsə, o cümlədən,
proqramımızın orijinal
formatını hazırlamış
professor Qulu Məhərrəmliyə
təşəkkürümüzü bildiririk. X.Qarabağlı
İstanbulda yaşayan
soydaşlarımızın bu proqrama göstərdikləri
maraqdan da bəhs
edib. Qeyd edək ki,
“Azərbaycandan əsən
rüzgarlar” proqramı
ötən mövsümdə
qısa müddətdə
“Fləş TV” kanalında
efirə getmişdi.
Hazırda Star, ATV, Show TV kimi
nüfuzlu telekanalların
da ciddi maraq göstərdiyi proqram hər çərşənbə günü
Bakı vaxtı ilə saat 19-da “Ekim TV” ilə canlı efirə çıxır.
S.ABDULLAYEVA
525-ci qəzet.- 2013.- 11 oktybar.- S.7.