Sözün də şəklini rənglərlə
çəkə bilən rəssam
“Adamın inanmağı gəlmir!”. Son zamanların ən zəhləm gedən sözünə çevrilib
bu! Bir doğmamızı,
dostumuzu, yoldaşımızı
qəfil, yəni xəstə olmadan, itirəndə beynimizə,
dilimizin ucuna ilk gələn bu ifadə olur: “Adamın inanmağı gəlmir!”
Elə ki, dəqiqləşdirirsən və
əmin olursan ki, O, doğurdan dünyasını dəyişib. Və səbəblərini araşdıran
da kədər səni üzür...
Onun da qəfil ölüm xəbərini Ədalətdən
aldım (Əslində
köçkünlərin yas
məclislərində toplaşması
da bir müşgülə
çevrilib bu gün-ölüm, itim xəbərlərini gec eşidirsən. Eşidəndə də çox
gec olur, nə dəfn, nə da yas
məclisində iştirak
edə bilirsən. Yenə yaxşı ki,
bəzi dostlarımız
eşidəndə, biləndə
xəbər eləyir).
Vaxtında xəbər tutmaq
üçün dostlara,
adətən, qısa
bir mesaj yazan Ədalət Məhərrəmov deyirəm.
Həmin
gün də ondan belə bir mesaj aldım:
“Natiq müəllim vəfat edib!”
Dərhal
Ədalətə zəng
elədim...
Özündə deyildi! Havalıydı!
İlk dəfəydi onu belə, çaşqın, başını
itirən duyurdum...
Bəli, Natiq Ağayevi itirmişdik. Rəssam Natiq Ağayevi...
Dərd-səri Ağdam, Qarabağ
olan rəssam
Natiq Ağayevi
çoxdan tanıyan bir insan kimi
onun həmişə işğalda qalan Ağdamla, Qarabağla bağlı nigarançılığını
açıq-aydın görürdüm. Çox narahat
idi Qarabağ məsələsindən. Dəqiq bilirdim ki, əksər
dostlarımız kimi,
onun da şəxsi,
ailə, məişət
qayğıları var
idi. Amma bir dəfə
də onları kimsənin yanında dilinə gətirməzdi.
Heç
gətirmədi də.
Elə Qarabağdan nigaran idi...
Görüşəndə, hər imkan düşəndə
cavabını özü
hamıdan yaxşı
bilsə də eyni sualları
verirdi:
– Torpaqlardan, nə deyirlər, ay Rey?!
Mən də, gözünün dərinliyində həmişə
kədər boylanan rəssama, sadəcə, onun bildiklərini təkrarlayırdım...
Böyük şairləri mənə
daha da sevdirən
rəssam
İmkan düşən kimi, baxmazdı, xeyir, yoxsa yas məclisləridir,
mənə Qarabağdan,
torpaqdan astaca şeir də deyərdi. Əslində beləcə halını,
ovqatını dərdini
danışardı.
Hələ qiymətlərini yetərincə
ala bilməyən böyük
şairimiz Famil Mehdidən, Şahmar Əkbərzadədən, Ramiz
Rövşəndən şeir
deyərdi. F.Mehdinin can verən anasını
görüb yazdığı
şeirini elə həyəcanla deyirdi ki...
Mənim
qaçqın anam Bakıda öldü,
öldü “Ağdam”
deyə, “Qarabağ”deyə.
Bakı
da həmin o Bakı deyildi,
Bəs niyə
yanmadı qarabəxtliyə?
Əlimi
qoymuşdu döşünün
üstə,
ürəyi şişirdi, bişirdi, Allah...
Əlimin altında, o dar qəfəsdə
ürəyi sinəsini deşirdi, Allah...
Qaçqın analarını Bakıda, Sumqayıtda, Şəkidə, Gəncədə və digər yerlərdə itirən bütün balalar üçündür bu şeir, bu əsər...
Şəhidləri, qaziləri çəkən rəssam
Onu həm də neçə-neçə şəhidin, şəhid atasının, anasının rəsmlərini çəkən rəssam kimi tanıyırdım.
O rəsmlər elə bil danışır. Natiq müəllim o əsərlərdə sanki
sözün şəklini
çəkib, özü
də rəngli şəklini...
Vaxt gələcək
o rəsmlərin hər
biri böyük əsərə çevriləcək. İşğaldan
azad edəcəyimiz Qarabağdakı muzeylərdə
onun sərgisi keçiriləcək...
Şəklini fırça ilə
çəkə bilməyəcəyimiz
rəssam
Niyə dostlarımızın vaxtsız, erkən ölümlərinə inanmamalıyıq ki? Əslində azacıq vicdanı, namusu, mənliyi, kişiliyi olan, yurdu işğalda qalan hər kəs elə bu qədər yaşa bilər.
Qarabağsız, Ağdamsız yaşamaq çətin idi ona. Çox çətiniydi.
Ona görə də aramızdan tez getdi...
Gedişin bizə çox ağır oldu, Natiq müəllim!
Təəssüf ki, sənin şəklini nəinki, sözlə, heç fırça ilə də çəkə bilməyəcəyik...
Baxmayaraq ki, sən sözün rəngli şəklini çəkə bilirdin...
Ruhun şad olsun!
Rey KƏRİMOĞLU
525-ci qəzet.-
2013.- 11 oktybar.- S.7.