Torpaq hər bir ölkənin böyük sərvətidir

 

 

Torpaq digər əksər canlılar kimi insan nəslinin boy atdığı, inkişaf etdiyi bir məkan olmaqla, hər bir ölkənin iqtisadi qüdrətinin möhkəmlənməsində mühüm yer tutur. Torpaqdan düzgün, təsərrüfatçılıqla istifadə etdikdə əhalinin qida maddələri ilə təchizatı yaxşılaşır, ən azı ölkənin ərzaq təhlükəsizliyinə təminat yaranır. Azacıq qulluq edildikdə onun istehsal gücü meydana çıxır, əmtəə yaratmaq xüsusiyyəti isə müqayisə edilməyənə çevrilir. Ona görə Birləşmiş Ştatların bani-atalarından biri olan, dahi Bencamin Franklin torpağı əməklə birlikdə sərvətin, var-dövlətin mənbəyi adlandırmışdı. Karl Marks onun bu ifadəsini özününKapitaləsərinin birinci cildində təkzibolunmaz arqument kimi gətirmişdi.

Torpağa qayğı təkcə bugünkü vəzifələrin həllinə deyil, həm xalqın gələcəyinə, ölkənin ardıcıl olaraq çiçəklənməsinə göstərilən ən düzgün münasibətdir. Onun münbitliyinin qorunub saxlanması, mümkün qədər yaxşılaşdırılması hər bir nəslin ümdə vəzifəsinə çevrilməlidir. İnkişaf etmiş aqrar bölmə ərzaq problemini həll etməyə xidmət etməklə yanaşı, həm sənayenin bir sıra sahələri üçün xammal istehsal edir. Dilimizdəki torpaq məfhumu həmquru”, “yer”, həm bitki aləmi üçün zəruri məkan rolunu oynayanmünbit torpaqmənasını verir. Axırıncı, bitkinin böyüməsi, inkişafı üçün şərait yaradır. Münbit torpaq yoxdursa, deməli, bitki yoxdur. Ona görə , torpaq hətta becərilmədikdə belə ən azı alaq otu əmələ gətirir. Torpaqşünaslara bioloqlara görə, alaq bitməyən torpaq əslində torpaq deyildir, canlı aləmlə əlaqəsi olmayan suxurdur.

Torpaq öz yararlılığında heç illərə, yaşa tabe olmur, onun məhsul vermək xüsusiyyəti əsla müvəqqəti xarakter daşımır. O, əbədi olmasa da, daimidir, ardı-arası kəsilməyən nəsillərə öz töhfəsini verməkdə davam edir. Elə ölkələr vardır ki, orada əkinçiliyin beş min ildən artıq bir tarixi vardır, həmin ərazinin qədim sakinlərinə xidmət etdiyi kimi, indiki nəslin ehtiyaclarını da ödəməkdə davam edir, gələcək nəsillər üçün özünün bəlkə xeyli artacaq istehsal qabiliyyətini əsirgəməyəcəkdir. Çində tarixin başlanğıcından əkinçiliklə məşğul olunmuşdu. Mesopotamiyada (Dəclə Fərat çayları arasında olan, indiki İraq ərazisində) torpaqların kütləvi becərilməsinə keçid eyni qədimlikdəki dövrə gedib çıxır. Ona görə Karl Marksın dediyi kimi, biz heç torpağın mülkiyyətçiləri deyilik, onun müvəqqəti sahibləriyik, onu ən azı qəbul etdiyimiz səviyyədəki keyfiyyətdə (münbitlikdə) gələcək nəsilə təhvil verməliyik. Bu estafetin başlanğıcı olsa da, sonu görünmür, bəşəriyyət mövcud olduqca torpaqları icarəyə götürən nəsillər bir-birini əvəz edəcəkdir. Torpağın mülkiyyətçisi isə xalqdır. Xalq isə heç vaxt hansısa bir nəsildən ibarət olmur, öz böyük ya kiçik tarixinə malik olur, öz adı altında çox sayda olan, əslində tükənməyən nəsilləri birləşdirir.

Torpaq bizi əhatə edən ekosistemdə mühüm yer tutur. Ona görə təbiətə göstərilən qayğı hökmən torpağa olan qayğını da əhatə etməlidir. Rus yazıçısı M.M.Prişvinin dediyi kimi, təbiəti sevmək isə Vətəni sevmək deməkdir. Torpaqdan düzgün istifadə edilməməsi, daha çox gəlir gətirmək məqsədilə onun vəhşicəsinə istismarı nəinki səmərə vermir, hətta bir sıra hallarda əks effekt verir. Torpaq ona göstərilən münasibətə, qayğıya adekvat da cavab verir. Əkinçilik mədəniyyətinə məhəl qoyulmadıqda isə, torpaq ondan istifadə edənlərə böyük fayda vermək əvəzinə, belə əkinçilərdən səhvlərinə görə rüsum tələb edir. Pis qulluq edilən torpaq münbitliyini bərpa etmək naminə meliorasiya (latın dilindəyaxşılaşmademəkdir) tədbirlərinrə ehtiyac duyur, bu isə ağır xərclər sərf etmək hesabına başa gəlir. Bu xərcləri əslində fermer ya təsərrüfat üçün cərimə, rüsum hesab etmək olar.

Torpaq üstündə özündə yetişdirilən məhsulları ilə insanları heyvanları qidalandırdığından körpəyə qayğı göstərən anaya bənzəyir. Təsadüfi deyildir ki, bəzi hallardatorpaqifadəsinəanasözü əlavə olunur. Axı torpaq canlıların əksəriyyətinin mənbəyi rolunu oynayır. Əgər körpə bir-iki il ana döşünü əmib qidalanırsa (qədim köçəri xalqlarda uşağın döş əmməsi dörd-beş il davam edirdi döş südü ilə belə uzunmüddətli qidalanma qadının doğub törəmə qabiliyyətini xeyli ləngidirdi), torpaq ondan istifadə etməyi bacaran insanları isə lap qədim dövrlərdən indiyə qədər qidalandırmaqda davam edir, onu özününsüdütükənməyən döşü iləəmizdirir”. Qədim Romada kənd təsərrüfatı ensiklopediyasının müəllifi Kolumella özünün 12 cildlik əsərində torpağın bu xüsusiyyətini başqa canlılara məxsus olanla fərqləndirərək, onun əvəzsiz olduğunu qeyd edir. Bütün canlılarda analar balalarını yalnız bir müddət döş südü ilə qidalandırır, körpəlik ötüb keçdikdən sonra ananın öz bədəni hesabına balanı qidalandırması kəsilir. Torpaq isə bəşər övladını qidalandırmasını heç vaxt dayandırmır.

Bundan başqa qadının, dişi heyvanların doğmaq, nəsil vermək qabiliyyəti müəyyən müddətlə məhdudlaşır, yaşa dolduqda, qocalanda onların hamilə, boğaz olması və bala doğması kəsilir. Torpaq isə tam unikal anadır, o, məhsul verməsini heç vaxt dayandırmır, kəsmir, min illər keçsə də, onun törəmə qabiliyyətində fasilə baş vermir. İnsanların günahı ucundan, yaxud da müharibə dövründə döyüş gedən ərazilərdə torpaqlar bir müddət becərilmədiyindən onlar məhsul vermir. Lakin belə fasilələrdən sonra torpağa azacıq qulluq edildikdə o, yenidən bəhrə verməyə başlayır. Digər analardan fərqli olaraq, torpaq qətiyyən mütləq qocalmır, sıradan çıxmır (əlbəttə, düzgün istifadə edildikdə), gənc qadın sağlam uşaqlar dünyaya gətirdiyi kimi, o da yaşından asılı olmayaraq (hətta min illərlə istifadə edilsə də), bəhrəsi timsalındakı uşaq doğmaqdan qalmır, həm də heç vaxt qadınlara nəsib olan nənəyə çevrilməni yaşamır, bütün nəsillər üçün qida sayılan məhsulları aramsız olaraq istehsal etməkdə davam edir. Ona görə də öz gəncliyini əbədi etməklə, onun sağlamlığına (münbitliyini qoruyub saxlamasına) heç bir şübhə yaranmır. Tək-tək qadın və dişi heyvan ekizdaha çox balalar doğduğu halda, torpaq əkinçilik qabiliyyətindən, texnologiya səviyyəsindən, becərilən bitkinin cinsindən asılı olaraq məhsuldarlığını bir neçə dəfələrlə artıra bilirbu xüsusiyyətinə görə də bütün anaları geridə qoyur.

Orta əsrlərdə Avropada səpilən taxıl toxumunun miqdarından yalnız iki-üç dəfə artıq məhsul götürülürdü. Xristofor Kolumb Amerikanı kəşf etdikdən sonra Yeni Dünyadan Avropaya gətirilən qarğıdalı toxumundan isə on dəfələrlə çox məhsul götürülürdü. Soxa əvəzinə metal kotanlardan istifadə də Avropanın şimalındakı ağır torpaqların şumlanmasında daha yaxşı effekt verdiyindən məhsul istehsalının yüksəldilməsinə şərait yaranırdı.

Quraqlıq zonalarda isə suvarılma tətbiq edilmədən əkinlərdən dəmyə qaydada məhsul almaq müşkül məsələ hesab olunurdu. Arid ərazilərdə yalnız ciddi aqrotexniki tədbirlər həyata keçirildikdə dəmyə əkinçilikdə məhsul istehsalı mümkün olurdu. Bu tədbirlərə şumun herik altında saxlanması, əkin dövriyyəsində torpaqların dincə qoyulması mühüm şərt  hesab olunur. Amerika Birləşmiş Ştatlarında dövlət torpaqların münbitliyinin qorunub saxlanması üçün fermerləri maddi cəhətdən həvəsləndirir. Bu ölkədə torpağın beşdə birini dincə qoymağa görə fermerə başqa sahələrin hər hektarından əldə etdiyi gəlirə müvafiq olaraq maddi yardım göstərilir.

Əkinçiliklə məşğul olan qədim xalqlar bu sahədə böyük təcrübə qazanmaq və nailiyyətlər əldə etməklə bəşəriyyətə əvəzsiz xidmət göstərmişlər. Qədim çinlilər irriqasiyanın böyük faydasını dərk edərək, Yantszı çayından ölkənin şimalınadək kanal çəkmək istəyirdilər. Bu möhtəşəm layihə ilk imperiator Şi Xuan-dinin Böyük Çin səddini tikib tamamlamaqla, birləşdirilməsi kimi nəhəng miqyaslı əhəmiyyətə malik olan bir tədbir olacaqdı. Mərkəzi və Cənubi Amerika xalqlarının isə əkinçilikdə əldə etdiyi təcrübələr heyrətamiz hesab edilməlidir. Bu ölkələrin əkinçilik üçün o qədər də əlverişli olmayan dağlıq ərazilərində onların yaratdığı sivilizasiya əsasən inkişaf etmiş əkinçiliyə əsaslanırdı. Yalnız bitkiçilik məhsulları həmin ərazilərin sakinlərinin əsas qida ratsionunu təşkil edirdi. Şimali Amerikanın hindu tayfaları isə ovçuluqla, əsasən bizonkaribu əti istehlakı hesabına dolanır, su hövzələrindəki yabanı çəltiyin məhsulunu, qozatoxum toplayırdılar. Asiyada yaşayan köçəri xalqlar isə heyvandarlıqla məşğul olmaqla, ətlə və sud məhsulları ilə qidalanırdılar. Monqollar torpağı nəinki şumlamağı, hətta ona əzab verməyi qəbahət sayırdılar.  Amerikanın Atlantik okeanının sahilindəki ərazilərdə məskunlaşan hindu tayfaları isə oturaq həyat keçirir, balıq ovu ilə yanaşı, əkinçiliklə də məşğul olur, qarğıdalı və tütün becərirdilər. Qədim Misirdə 3,5-4 min il əvvəl, nəhəng piramidalar tikintisində işləyənlərin əksəriyyətini təşkil edən kəndlilər əsasən çörəklə, sarımsaq və soğanla qidalanırdılar. Həmin dövrdə ölkədəki varlılar, həm də kasıblar adətən həmin ərzaqlardan istifadə edirdilər. Onlar pivə içirdilər, varlıların ratsionunda ət də olurdu. Bitkiçilik məhsulları ümumiyyələ oturaq həyat keçirən bütün xalqların qidasında xüsusi əhəmiyyət daşıyırdı.

Amerika kəşf edildikdən və burada avropalılar məskunlaşandan sonra bütün dünyada istehsalı yayılan kartof, pomidor, qarğıdalı, bostan bitkiləri, tütün (müasir dünyada axırıncının istifadəsinə münasibət diametral qaydada dəyişsə də), oranın aborigen sakinləri olan hindu tayfalarının bəşəriyyətə bəxş etdiyi ən böyük töhfə hesab edilməlidir. Xristian dini Bibliyaya məlum olmayan bitkilərin Avropada yayılmasına qarşı çıxırdı. Həmin qidanın istehlakına da mənfi münasibət bəsləyirdi. Lakin Avropa xalqları dinin əks-təbliğatına məhəl qoymayaraq, həmin bitkilərin becərilməsini və onların məhsullarının istehsalını və istehlakını getdikcə genişləndirirdilər.

Bunu indi dünyanın mülayim iqlimi olan bütün regionlarında becərilən kartofun Avropaya gətirilib yayılmasında aydın görmək olar. Kartof hələ bizim eradan əvvəl 200- ci illərdə Cənubi Amerikada Kolumbiyadan Şimali Argentina və Çiliyədək And yüksəkliklərində becərilirdi. İndi minlərlə növü olan bu bitkinin mənşəyi yabanı şəkildə olan 160 saydakı sadə növlərə malik olmasına borcludur. İlk dəfə 1565-ci ildə İspaniyaya gətirilməklə Avropada meydana çıxmışdı. Ser Uolter Reli 1584-cü ildə Amerikaya səyahət etdikdən sonra  kartof İngiltərə kraliçası I Elizabetə bir ekzotik hədiyyə kimi təqdim edilmişdi. Hazırda bir çox ölkələrdə “ikinci çörək” kimi qəbul edilən kartof əsasən öz uğurlu taleyinə belə başlamışdır. Lakin o faciə mənbəyi rolunu oynamamış da keçinməmişdir. 1845-1847-ci illərdə kartof xəstəliyi ( yarpaqqrin saralıb tökülməsi) ucbatından İrlandiya kəndliləri arasında geniş yayılan aclıq baş vermişdi. Aclıq nəticəsində adamlar  doğma yurdlarını tərk edib, BritaniyayaAmerikaya mühacirət etmiş, ölkə əhalisinin sayı beş il ərzində 25 faizə düşmüşdü.

 

(Ardı var)

Telman Orucov

525-ci qəzet.- 2013.- 12 oktybar.- S.14.