Canlı və cansız təbiətin vurğunu olan Sirri-Xuda

 

 

 

Azərbaycanın ölkəmizin elm xəzinəsinə bəxş etdiyi dahilərdən biri Xudu Surxay oğlu Məmmədovdur.

Professor Xudu Məmmədov xarakterinə, səmimiyyətinə, insanpərvərliyinə, əxlaqına ən nəhayət, elminə görə böyük insanlardan biridir.

İnsanlar kəhkəşanlar içində bir cılız yolçuya bənzəyir. O kiminsə xeyirxahlığına, köməyinə möhtacdır. Yazıq miskin bir varlıq olan insan dünyanın intəhasız sarsıntılarına necə davam gətirməlidir? Elə ona görə onun həyatı səhvlər büdrəmələrlə, yanlışlıqlarla fanatizmlə dolu olur. İnsan öz həyatının çox hissəsini bu səhvlər məngənəsində çırpınmaqla, çox az, cüzi bir hissəsini isə bu səhvlərin həlli, onun təsiri düzəldilməsi yolunda sərf edir. Bəzən bu səhvlər o qədər şirin, aldadıcı olur ki, insan son günlərini, o səhvləri xatırlamaqla onun təsirindən xumarlanmış halda xəyallara dalmaqla yaşayır”.

Ancaq Xudu Məmmədov ömrünün son günlərinə qədər heç bir səhvə yol verməmişdir desəm, yəqin ki, yanılmaram. Onun qısa ömür yolunda insani paklığı, mənəvi cəhətdən təmizliyə, yüksək əməllər uğrunda mübarizəyə çağıran fikir mülahizələri həddindən çox olduğu üçün əlbəttə ki, Allah ona bir qədər ömür versəydi o, ancaq yaxşı əməllərini xatırlayardı. Belələri xalqın çətin anlarında çox işlər görüb. Onların elədiklərini zərgər dəqiqliyi ilə araşdırıb gələcək nəsillərə tanıtmalıyıq. Bu hər birimizin borcudur.

Xudu müəllim son dərəcə insaflı, səmimi mülayim adam idi.

Görkəmli kristalloqraf, təbii quruluş formaları ilə naxışlar arasında, elmi bədii yaradıcılıq arasında əlaqələrin böyük tədqiqatçısı Xudu Surxay oğlu Məmmədov 14 dekabr 1927-ci ildə Qarabağ mahalındaAğdamın Mərzili kəndində ziyalı ailəsində anadan olmuşdu.

Ağdamda orta məktəbi bitirən Xudu Məmmədov Azərbaycan Dövlət Universitetinin Geologiya-Coğrafiya fakültəsinin Geologiya şöbəsinə daxil olur, 1951-ci ildə təhsilini fərqlənmə diplomu ilə başa vurur müəllimi Heydər Əfəndiyevin təkidi ilə Azərbaycan Elmlər Akademiyasının Kimya İnstitutuna təyinat alır. Xudu Məmmədov daha sonra SSRİ EA-nın Kristalloqrafiya İnstitutunun aspiranturasına daxil olur. Namizədlik dissertasiyasının ilkin mövzusuBorosilikat-aksinit mineralının quruluşunun təyiniolmuşdur. Amma quruluşu açmaq üçün eksperimental materiallar alınması ərəfəsində (1952-ci il) yapon tədqiqatçıları bu mineralın quruluşunu təyin edirlər.

1953-cü ildə Londonda III Beynəlxalq sement simpoziumu keçirilmişdir. Simpoziumda Dünya sülh şurasının sədri olmuş, görkəmli fizik kristalloqraf Con Bernal çıxışında: “Sementin bağlayıcılıq bir sıra başqa xüsusiyyətlərini izah edə bilən mükəmməl nəzəriyyə yalnız sement silikatlarının quruluşu açıldıqdan sonra yarana bilər”, – söyləmişdir. Con Bernalın simpoziumda dediyi bu sözlərdən sonra dünyanın bir çox görkəmli alimləri dövrünün müasir cihazları ilə zəngin elmi-tədqiqat laboratoriyaları bu kristalın quruluşunu açmaq üçün sanki yarışa çıxmışdı. Məhz belə bir məqamda Xudu Məmmədovun elmi rəhbəri akademik N.V.Belov busement sehrininaçarını tapmağı çoxsaylı tələbələri arasında gənc Xuduya həvalə edir.

Dünyanın bir sıra ölkələrində görkəmli alimlərin həll edə bilmədiyi problemləri qısa bir müddətdə Xudu Məmmədov həll etdi. Bu yenilik o dövrdə kristalloqrafiya sahəsində böyük qələbə böyük elmi nailiyyət idi.

1955-ci ildə X.Məmmədov SSRİ EA-nın Kristalloqrafiya İnstitutunun elmi şurasındaKristalloqrafiya Kristallofizikaixtisası üzrəKsonolit vollastonit minerallarının kristal quruluşumövzusunda müvəffəqiyyətlə namizədlik dissertasiyası müdafiə edir.

1956-cı ildə Moskva şəhərində Beynəlxalq Sülh Konfransına gələn Con Bernal ixtirası ilə forumlardan tanış olduğu Xudu Məmmədovla görüşür. Kristalloqrafiya İnstitutunda görüşdən elmi söhbətlərdən sonra onu LondonaSement silikatlarının quruluşunun tədqiqielmi mərkəzinə dəvət edir.

Bu tanışlıqdan sonra Xudu Məmmədov bir neçə dəfə Con Bernalın qonağı olmuş, 1966-cı ildə isə təqribən bir il onun laboratoriyasında çalışmışdır. Con Bernal da, öz növbəsində, Bakıda Xudu müəllimin qonağı olmuşdur. Ona bağışladığı “Elm haqqındakitabında belə avtoqraf yazmışdı: “Canlı cansız təbiəti vəhdətləşdirən böyük alim Xudu Məmmədova”.

Beləliklə, silikat birləşmələrindən bir çoxunun quruluşunu müəyyənləşdirmiş, həmin birləşmələr sinfi ilə boratlar, karbonatlar, yarımkeçiricilər s. arasında kristallokimyəvi qohumluq olmasını aşkara çıxarmış, 50-dən çox üzvi liqandlı kompleks birləşmənin molekul kristal quruluşunu öyrənmiş, tədqiqatlarında elektronoqrafiya, rentgen-spektral analiz hidrotermal sintez üsullarından geniş istifadə edən, böyük şöhrət qazanmış Xudu Məmmədovu Moskva Leninqradın bir çox elmi-tədqiqat institutları ali məktəbləri işə dəvət edirlər. Ancaq Vətənə məhəbbət, doğma el-oba istəyi nailiyyətlərini, arzu istəklərini xalqının adı ilə bağlamaq, müasir yeni elmi istiqamətlərinin doğma Azərbaycanda məktəbini yaratmaq arzusu onu Bakıya Kimya İnstitutuna qaytardı.

Xudu Məmmədov bir neçə illik tədqiqatların yekunu olaraq, 1960-cı ildəKalsium-silikatları hidrosilikatları hidrosilikatların kristallokimyasımonoqrafiyasını yazır. Sement silikatlarının quruluşuna dair monoqrafiya yazılmasına London nəşirlərindən sifariş olsa da, ingilis dilini yaxşı bilməsinə baxmayaraq, bu monoqrafiyanı Xudu Məmmədov öz dilimizdə yazdı. Bu əsər Azərbaycan elm tarixində kristallokimyaya dair doğma dilimizdə ilk kitab idi. Monoqrafiya ingilis ya rus dillərində çap olunsaydı, dünya şöhrəti qazanmış gənc azərbaycanlı-türk alim Xudu Məmmədovun dünya elminə böyük töhfəsi olardı. AncaqMənim ilk oxucum öz millətim olmalıdırkəlamları bu insan haqqında çox söz deyirdi.

Xudu Məmmədovun kitabı haqqında görkəmli fəlsəfə tədqiqatçısı, AMEA-nın müxbir üzvü Ziyəddin Göyüşov belə yazırdı: “Təbiətdəki hər şey öz ahəngi, öz nizamı ilə onu, doğrudan da, heyran etmiş indi heyran edir. O, uzun-uzadı bu nizamın sirləri barədə düşünməkdən yorulmur. Xudu Məmmədovu təbiət şairi adlandırsaq səhv etmərik, onun həssas qəlbi gur qaynayan lirika çeşməsidir. Buna görə onun sənət məsələlərinə belə maraq göstərməsi, elmlə sənətin əlaqəsinə xüsusi bir əsər yazması çox təbii idi”.

Xudu Məmmədovun Azərbaycan televiziyasında uzun müddət aparıcısı olduğu “Elm həyatverilişi neçə-neçə gəncin elmə marağının formalaşmasında böyük rol oynamışdır. Bu veriliş elm adamlarının, ziyalıların mənəvi-intellektual ehtiyaclarını ödəmək baxımından bu gün TV kanalları üçün bir örnək, ən gözəl nümunədir.

 

O, 1957-ci ildən Azərbaycan Elmlər Akademiyasının Qeyri-üzviFiziki Kimya İnstitutunun struktur kimya laboratoriyasının müdiri vəzifəsində çalışmışdır. Əsas elmi işləri  kristallokimya sahəsindədir.

1969-cu ildə Xudu Məmmədov doktorluq dissertasiyasını müdafiə etmiş, 1970-ci ildə geologiya-mineralogiya elmləri doktoru, 1973-cü ildə professor elmi adlarına layiq görülmüşdür.

1976-cı ildən Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü idi.

Dostları onuSirri-Xuda”, “Sən dənizsən”, “Doyulmaz insan”, “Asan adam” və s. adlar qoymuşdular.

O, işi düz gətirməyən, ötəri uğursuzluqlarla üzləşən dost-tanışına: “Həyatın böyük çətinlikləri səni üzürsə, Füzulini oxu, ölməz “Koroğlunun uvertürasına qulaq as, muğamlarımızı, aşıq havalarımızı dinlə ki, sənə yenidən ayağa qalxıb irəli getmək, nəyisə əldə etmək həvəsi gəlsin”, – söyləyərmiş. Yüksəkixtisaslı elmi kadrlar hazırlanmasında müstəsna xidmətləri var. “Şərəf nişanı” ordeni və müxtəlif medallarla təltif edilmişdir. Böyük alimin zəhmətini qiymətləndirən rəhbərliyimiz onun adının əbədiləşdirilməsi üçün paytaxtımızın ən böyük küçələrindən birinə də Xudu Məmmədovun adını vermişdir. Lakin bu formal göstəricilər, görkəmli Azərbaycan alimiilk elmşünaslarımızdan biri Xudu Məmmədovun bu xalq üçün elədiklərinin bir qismidir. Bütün bunlarla yanaşı, Xudu Məmmədov həm rəssam, həm musiqiçi, həm jurnalist, həm də şair idi. “Naxışların yaddaşı”, “Qoşa qanadkimi məhşur kitabların müəllifidir. Ağdam şəhərinin mərkəzində yerləşən məhşur “Çay evinin (hal-hazırda ermənilər onu dağıtmışdır) ideya və layihəsi də bu böyük insanın hərtərəfli sənətkar olmasına bir sübutdur. Elə yazmaqla bitmək bilməyən yazımızı onun bir bənd şeiri ilə tamamlayaq.

 

Əlim köməyim olsun,

Dilim köməyim olsun.

Elimə yük olanda

Ölüm köməyim olsun.

 

Ömrü boyu canında-qanında, sözündə-söhbətində milli azadlıq, müstəqillik arzusu ilə yaşayan əvəzolunmaz insan geologiya-mineralogiya elmləri doktoru, AMEA-nın müxbir üzvü, professor Xudu Məmmədov 15 oktyabr 1988-ci ildə (61 yaşında) Bakı şəhərində vəfat edib. Bir Alim, Şəxsiyyət, Ziyalı nəhayət, Sirri-Xuda  kimi isə Xudu Məmmədovun mənəvi ömrü əbədidir.

 

 

Məleykə QASIMQIZI

525-ci qəzet.- 2013.- 12 oktybar.- S.19.