Əliabbas Müznibin “Türkcə qəzəllər” antologiyası

 

 

 

Görkəmli şair, nasir, publisist ədəbiyyatşünas, Stalin repressiyaları qurbanı Əliabbas Müznib (1883-1938) özündən sonra böyük bir irs qoyub getmişdir. Onun ədəbiyyatımız, ədəbiyyat tariximiz qarşısındakı xidmətləri son illərdə, Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra hərtərəfli tədqiq edilir, əsərləri üzə çıxarılaraq nəşr edilir. AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Müznibin zəngin ədəbi irsi, XX əsrin əvvəllərində çapdan çıxmış kitabları (tədqiqatçıların bildirdiyinə görə, ötən əsrin əvvəllərində onun altmışa qədər kitabçası nəşr edilib), ədibin əli ilə müxtəlif mənbələrdən köçürüb tərtib etdiyi topluları saxlanmaqdadır. Klassik ədəbiyyatımızın gözəl bilicisi, tariximizin, ədəbiyyat tariximizin araşdırıcısı Ə.Müznibin tərtib etdiyi bəzi toplular əski dövrlərdə əlyazma şəklində yazılıb yayılan çüng, məcmuə bəzən təzkirələri  xatırladır. Yazıçının arxivində öz əli ilə yazdığı iki hissəliBakıkitabı şəhərin tarixinə dair müxtəlif mənbələrdən toplanmış məlumatlar toplusudur. Son dövrlərdə müəyyən edə bilmişik ki, 1928-ci ildə Azərnəşrdə  çap edilmişNatəvan Xurşudbanukitabının müəllifi Ə.Müznibdir (redaktor ön söz müəllifi Hənəfi Zeynallıdır). Bu kitabı onun həcmcə  daha böyük olan ikinci nəşrinin əlyazmasını müəyyən mənada cüng, antologiya kimi nəzərdən keçirmək olar. Burada Natəvanın şeirləri, həyat yaradıcılığı, ədəbi aləmdə nüfuzu, əsərlərinə yazılan nəzirələr barədə məlumatlar toplanmışdır (1934-cü ildə tamamlanmış bu əlyazmanı kitab halında nəsr etdirmişik). Toplu barədə dediklərimizə onu da əlavə etmək istərdik ki, müəllifin araşdırma xarakterli qeydləri ona həm bir tədqiqat əsəri kimi baxmağa imkan verir. Yazıçının tərtib edərək 1928-ci ildə Azərnəşrdə nəşr etdirdiyiAşıq Pəri müasirləri (XIX əsrin birinci yarısı)” kitabı da orta əsrlər antologiyalarını-cüngləri xatırladır.

Əliabbas Müznibin tərtib edərək 1917-ci ildə Orucov qardaşlarının elektrik mətbəəsində nəşr etdirdiyiTürkcə qəzəllər (əski ədəbiyyatımız nümunələri)” kitabı bir neçə baxımdan diqqətə layiqdir.  Müəllif özü kitabın cildində yerləşdirdiyi məlumatda toplu haqqında yazır: “Bu kitabda Əmir Əlişir Nəvai, Füzuli, Cənnəti, Abbasqulu ağa Qüdsi, Növrəs Osmani, Hüdayi, Mikayil Seydi, Mirzə Abbas Şahin, Ağa Kərim Salik, Məhəmməd ağa Cürmi, Ağadadaş Müniri, Nabi, Cənab Şihabəddin, Məzaqi, Ağadadaş  Sürəyya, Asi, Seyid Əzim, Raşid, Səid, Qasım bəy Zakir, Məhəmməd Bəliğ, Nişati, Əsmət, Rüşdi, Məhəmməd Ehsan, Zakir, Natəvan, Vəhdəti, Vəfa, Baki sair bunlar kimi qəzəlsəralıqda məşhur olan yüzdən ziyadə şairlərin qəzəlləri dərc edilmişdir”. Kitabı nəzərdən keçirdikdə görürük ki, Ə.Müznib burada orta əsrlərdən son dövrlərə qədər davam etmiş cüng, məcmuə tərtibi ənənəsini uğurla davam etdirmişdir.

Qeyd etmək istərdik ki, şeir toplularıcünglər, məcmuələr, bəyazlar bütün dövrlərdə şairlər, yazıçılar, ədəbiyyatşünaslar, ədəbiyyat həvəskarları tərəfindən yüksək dəyərləndirilmiş, bu antologiyalardakı klassik poeziya haqqında məlumatlar ədəbi zövqləri inkişaf etdirmişdir. Müasir tədqiqatçılar bu topluların köməyi ilə müxtəlif dövrlərdə ədəbiyyat haqqında təsəvvürləri, ədəbi əlaqə ədəbi zövqləri öyrənmək imkanına malikdirlər. Orta əsr şeir toplularından XVII əsr şairimiz Mürtəzaqulu xan Zəfərin 1994-cü ildə aşkar edilimiş, türk, fars qismən ərəb dilində tərtib edilmiş cüngünü nümunə göstərə bilərik. 2004-cü ildə faksimilesiJünge-Mürtəzaqulu xan Şamluadı ilə Tehranda nəşr edilən, 650 səhifədən ibarət bu kitabın tərtibinə II Şah Abbas dövründə, 1658-ci ildən Mürtəzaqulu xanın rəhbərliyi ilə başlanmışdır. Ön sözdə verilən məlumata görə, bu qiymətli əlyazmanı vaxtı ilə təbrizli Əsədulla Naziməddövlə İstanbulda İran səfiri olduğu zaman, 1892-ci ildə almışdır. Əlyazmalar İnstitutunda Mir Möhsün Nəvvabın, M.Məxfinin, İsgəndər bəy Rüstəmbəyovun, Hüseyn əfəndi Qayıbovun bir sıra digərlərinin şeir topluları mühafizə edilir. Buraya onu da əlavə etmək istərdik ki, Ə.Müznibin şəxsi arxivində türkcə farsca şeirlərdən ibarət əlyazma halında şeir toplusu vardır. Bəzi şeir topluları hələ XIX əsrdə çap edilmişdir. Məsələn, Mirzə YusifinMəcmueyi-divani-Vaqif digər müasirinkitabı 1856-cı ildə Teymurxanşurada, Adolf BerjeninQafqaz Azərbaycanda məşhur olan şüaranın əşarına məcmuədirkitabı 1867-ci ildə Leypsiqdə çapdan çıxmışdır.

Türkcə qəzəllərdigər şeir məcmuələrindən bəzi cəhətləri ilə fərqlənir. M.Füzulinin şeiri ilə başlanıb Sabirin şeiri ilə qurtaran bu kitabda türkdilli ədəbiyyatda sələf-xələflik məsələləri, türk xalqları ədəbiyyatları arasındakı əlaqələr, bütövlükdə türk ədəbiyyatına ümumi bir baxışla baxmaq meyli ilkin diqqəti cəlb edir. Böyük Azərbaycan şairi, ədəbiyyatşünası rəssamı Sadiq bəy Sadiqi (1533-1610) Ə.NəvaininMəcalisin-nəfaisadlı təzkirəsini örnək götürərək yazıb 1607-ci ildə tamamladığıMəcməül-xəvastəzkirəsində Azərbaycan, osmanlı cığatay şairləri haqqında məlumat, əsərlərindən nümunələr verilmiş, professor Turxan Gəncəyinin sözləri ilə desək, “siyasi hüdudları sülalələr arasında ixtilafları bir tərəfə buraxaraq, türk dili ədəbiyyatını bir bütün halında götürmüşdür”. Ə.Müznibin S.Sadiqinin irsindən dərəcədə xəbərdar olduğunu bilməsək , deyə bilərik ki, onun toplusu da elə həmin məqsədlə tərtib edilmişdir. Məlum olduğu kimi, orta əsrlər sonrakı dövrlər türk xalqları ədəbiyyatına Nəvai Füzulinin çox güclü təsiri olmuşdur. Füzuli ədəbiyyata gəlib geniş miqyasda tanındıqdan sonra Nəvai təsiri müəyyən qədər zəifləsə , bəllidir ki, hətta XX əsrin əvvəllərində Azərbaycanda Nəvai şeirlərinə nəzirə təxmislər yazılmışdır.

Topluda diqqəti cəlb edən cəhətlərdən biri Nəvai-Füzuli əlaqələrinə xüsusi fikir verilməsi, bu iki şairdən (əsasən Füzulidən) bəhrələnən sənətkarların əsərlərindən nümunələr verilməsidir. Məsələn, bir yerdə Nəvainin

 

Bu ki, hər yandan gögərdibdir

yüzini kaci-vərd,

Cism evi taqini altun birl

qıldım lacivərd.

mətləli qəzəli verilir ardınca Füzulinin ona nəzirə olaraq yazdığı

Gərmdir şamü səhər mehrinlə

çərxi-lacivərd,

Gəh sirişki-al edər izharü

gəh rüxsari-zərd.

beyti ilə başlanan şeiri nümunə gətirilir.

 

Təəssüf hissilə qeyd etməliyik ki, indiyə qədər bizdə Ə.Nəvainin külliyyatı nəşr edilməyib, ümumiyyətlə böyük şairin heç bir lirik şeirlər toplusu işıq üzü görməyib. Nəvai şeirlərindən xəbərsiz olsaq, onun əsərlərindən neçə şairimizin bəhrələndiyini bilməyəcəyik, bütövlükdə ədəbiyyat tariximiz barədə təsəvvürlərimiz natamam olacaqdır.

Başqa bir maraqlı cəhət: məcmuə divanlar kimi əlifba sırası ilə düzülmüşdür. Hardasa əvvəldə Füzuli şeirini, ona yazılan nəzirələri və ya onun təsiri ilə yazılan şeiri oxuyuruqsa, ortada, sonda da bunu görürük. Nəvai, Füzuli ədəbiyyat tariximizdə olduğu kimi, bu toplunu da əvvəldən axıra qədər müşayiət edir. Ədəbiyyatımızın inkişafında ən diqqətəlayiq cəhətlərdən biri odur ki, orta əsrlərdən XX əsrə qədər yüzilliklər ərzində Türkiyə, Azərbaycan və Orta Asiya xalqları ədəbiyyatları heç bir vaxt bir-birindən təcrid olunmamışdır. Aralarında müharibə gedən dövrlərdə belə, bu xalqların ədəbiyyatları sıx əlaqələrini itirməmişdir. Təəssüf ki, bir sıra ədəbiyyat dərsliklərində, tədqiqatlarda biz bu mənzərəni görmürükbu da ədəbiyyat tariximizin bəzi məqamlarının obyektiv işıqlandırılmamasından xəbər verir. Kitabda üç qardaş türk xalqının – Türkiyə türklərinin, azərbaycanlıların və özbəklərin poeziyası bir şeir toplusu-divan kimi tərtib edilmişdir. Üç qardaş türk xalqının ədəbiyyat tarixini əhatə edən antologiyanın bir şeir toplusudivan kimi tərtib edilməsi maraqlı ideyadır. Kitaba osmanlı şairlərindən Baqi, Nədim, Bəliğ, trabzonlu Fəhmi, Növrəs Osmani, Bağdad valisi Əli paşa, Rüşdü Qədim, Bursalı Nüzhət, Kazım paşa, Xəlil Ədib, Cənab Şihabəddin və başqalarının şeirləri daxil edilmişdir. Buraya Azərbaycanın müxtəlif bölgələrini təmsil edən sənətkarların – Qarabağdan Molla Zeynalabdin Sağəri, Qasım bəy Zakir, Abdulla bəy Asi, Növrəs, Mir Mehdi Xəzani, Məhəmmədəli bəy Məxfi, Mehdiqulu bəy Vəfa, İbrahim Tahirin, Bakıdan Məşhədi Azər, Ağadadaş Sürəyya, Ağadadaş Münirinin, Şamaxıdan Seyid Əzim Şirvaninin, Cənubi Azərbaycandan Zikri, Əttar Ərdəbili, M.M.Şükuhinin şeirləri salınmışdır.

Və əlbəttə ki, diqqətəlayiq cəhətlərdən biritoplunun Füzuli şeiri ilə başlanıb Sabir şeiri ilə qurtarmasıdır. Kitab çap edilərkən Sabir artıq altı il idi ki, vəfat etmişdi. Toplunun daha əvvəllərində şeiri verilmiş Əliağa Vahid isə şeir-sənət aləmində ilk addımlarını atan gənc idi. Ədəbiyyat tarixini gözəl bilən, özüSabirin təsiri ilə satirik şeirlər yazan Ə.Müznib Ə.Vahidin klassik poeziya ənənələrini davam etdirdiyini, Sabirin yaradıcılığının isə ədəbiyyatımızın yeni səhifəsini təşkil etdiyini yaxşı başa düşürdü. Antologiyanın üzərində “Birinci kitabyazan tərtibçi yeni kitaba ən müasir poeziya nümunələrini salmağı planlaşdırmşdı. Onun məntiqinə görə, Sabirin simasında ədəbiyyatımız klassik dövrü ilə vidalaşaraq müasir dövrünə qədəm qoyur. Beləcə, bir antoloyada, sadəcə müxtəlif şairlərin əsərlərini düzməklə Ə.Müznib ədəbiyyat tariximiz barədə bu yazıda qeyd etdiyimiz və etmədiyimiz fikirlərini söyləmişdir. Ümidvarıq ki, M.Füzuli adına Əlyazmalar İnstitutunun elmi işçisi Samirə Gəncəlinin nəşrə hazırladığı, son günlərdə işıq  üzü görmüş bu kitab (redaktoru: Arif Ramazanov) XX əsrin əvvəllərində Azərbaycan ziyalılarının ədəbiyyat, poeziya barədə fikirləri, bədii zövqü haqqında müəyyən təsəvvür yaratmağa kömək edəcəkdir.

 

 

Paşa ƏLİOĞLU

AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun direktor əvəzi

525-ci qəzet.- 2013.- 12 oktybar.- S.22.