Aldat məni, at məni- "Yüz Gözəl Sevgi Şeiri"

 

PƏRVİNin təqdimatında

 

 

 

Sönən ocağa tamaşa eləmək nədənsə çox kədərləndirir adamı. Halbuki, vaxt istəsən yenisini qalaya bilərsən, bunu anlayırsan. Amma yenə bomboz külə baxıb kövrəlirsən bəzən. Vay o gündən külək qalxa!!!

İnsan hissləri belədi... Dünən içində çatır-çatır yanan, qarşısına çıxan hər maneəni məhv edib böyüyən, artan, boy göstərən  duyğuların bu gün zəifləyir, avazıyır, sönür. Sən baxırsan, hərarətin enməsini canında, ruhunda... çox real, aydın hiss edirsən. Bir ocağın külə dönməsinə qəhərləndiyin kimi...qəhərlənir, kövrəlirsən! Səbəb axtarırsan,  bəhanə gəzirsən. Sevgininxəstələndiyigünü tapmağa çalışırsan... vaxt oldu axı? Dəlicəsinə sevdiyin adam gözünü ağardıbsəndən yaxşısını taparamdeyəndəmi, yoxsafilankəs ölür məndən ötrü, çırtma çalsam hüzurumda mil durarbəyanatından sonramı?! Sakitcə “tap məndən yaxşısını”, “o filankəsi çağır gəlsin...” – dedin, sonra qəhqəhəylə güldün ... , gülməliydi ona görə! Onda zarafata salmışdın bütün bunları, bəs indi olub?! Bəlkə o gecə çox düşündün?! Ziyan elədi sənə... Elə bil böyüdün o gecə, on yaş, yüz yaş böyüdün! Səhər şişib ağırlaşmış gözlərinlə baxdın özünə, yetər artıq, yaşamaq lazımdı, hər gün intihar elədiyim bəsdi dahadedin. Yox, yox... Ola bilməz. O boyda ocağı söndürə bilməzdi bu narın damlalar! Yadına saldıqların da hamısı boş, mənasız bəhanələrdi.

Əslində elə sevginin bitdiyi yerdə bəhanələr başlanır; filankəs gördü, vaxtım yoxdu, bu gün yorğunam, sabah xəstə olacam, birdən kimsə eşidib bilər...  qədər ki aşiqsənfilankəs, vaxt, bu gün, sabah, birdən...” hamısı heç olur, gözünə görünmür... Ancaq sevgi keçsə , xatirəsi durur. İndi yalnız xatirələrində xoşbəxtsən, bəxtəvər günlərin keçmişdə qalıb. Barışa bilmirsən bununla birdənbirə özündə güc tapır, sönən hisslərini yenidən alışdırmaq istəyirsən. Axı niyə ayrılmalıyıq?deyib üsyan edirsən. Görüşürsən, danışırsan, gülürsən, hələ xoş kəlmələr çıxır söz boxçandan. Amma kimi aldadırsan? Bunlar hamısı ötən günlərinin immitasiyasıdı...

Məmməd Araz azsaylı sevgi şeirlərindən ikisində məhz bu barışmazlığı, üsyanı, ağrını, təəssüfü ifadə edir. Əsasən ictimai, fəlsəfi, vətənpərvərlik mövzularında yazan şair bəzən sevdiyi xanımla da bu barədə, eyni dildə danışır. Onun lirikasında qəribə bir tərbiyəvilik var bu mövqeyi hamıya aiddi. Sevgilisi olanda olar, ona həyatın faniliyindən, Vətən göylərinin maviliyindən, yalanın hərəkətsizliyindən daha nələrdən danışmaq olmaz bəyəm?! Amma nədənsə bu seçdiyim sevgi şeirlərində aşiqin özü, dərdi, ağrısı daha qabarıq verilir. Görünür əzab o qədər böyükdü, başqa nələrinsə ifadəsinə yer qalmır. Ayrılıqdan ağır ola bilər ki?!

Eyni ildə, 1981-də yazılmış şeirlər bir-birinin davamıdı desək, yanılmarıq. Burada hansısa mücərrəd bir ağrı, əzab deyil, real insan hissləri: ümid, mübarizə, çarəsizlik, məğlubiyyət, təəssüf  təsvir olunub.

...Ayrılığın qaçılmaz olduğunu anlayan aşiq sevgilisinin minnətli görüşünə razıdı. Batanın saman çöpündən yapışmasına bənzəyir bu. Sanki bir görüşlə hər şey unudulacaq, iztirablar, soyuqluq keçib gedəcək, hisslər yenidən alışacaq! Bəlkə əvvəlkindən isti, hərarətli... Amma şair ürəksiz, sevgisiz, sözsüz, sualsız, gülüşsüz heç nəyin mümkün olmayacağını da bilir... Ona görə qəlbini, gülüşünü, insafını, ötən günü görüşə gətirdeyir.

Şeirdə qəribə bir ovqat var məncə bu ovqatı yaradan hər misrabaşı işlənən  qayıt”, “geri dönsözləridi. Şair sevdiyi xanımaqayıt”ı birbaşa demir, “geri döndeyə yalvarmır, lakin onu qaytarmaq arzusu, itirmək qorxusu açıq-aydın duyulur. Amma aşiqin sevgisinin böyüklüyü, saflığı daha çox sonuncu misralarda hiss olunur: “Məni inandır ki, məhəbbət budurSəadət başlanır bu ayrılıqdan...” Şair qadının xoşbəxtliyi naminə sevgisindən imtina etməyə, ayrılmağa hazırdı. Bircə onu inandıra bilsə...

Unut məni” şeirini oxuyanda adama elə gəlir ki, xanım şairi inandıra bilib və məhz sevgilisinin rahatlığı, səadətindən ötrü oUnut məni, aldat məni, at məni...” – deyir. Şeirdə insanı riqqətləndirən əsas cəhət aşiqin öz incikliyini, ağrısını son dərəcə poetik və zərif ifadə etməsidi. “Necə xoşdu – ürəyimi kəs elə, Qalan ömrə yarım ürək bəs elər...” misralarından yağan kədərlə yanaşı fədakarlıq da adamı təsirləndirir. Yollarını buz bağlamış aşiq nəyisə geriyə qaytarmağın mümkünsüzlüyünü anlayır və bir az küskün, bir az çarəsiz, bir az da qəzəbli sözlərlə danışır. “Kölgəndən də gərəksizdim yanında”, “Baxışların meylini tez dəyişdi” misralarında acıqlı insanın duyğuları sezilir. Ancaq burda “səndən yaxşısını taparamyox, məhz “Unut məni, aldat məni, at məni...” deyilməsi sevginin həqiqiliyinə, ilahiliyinə, ülviliyinə inandırır adamı.  

sonda Məmməd Araza xas, xarakterik təhlil: “Axır səni düzdə qoydu bu düzlük...” Şairin həqiqət danışanın düzdə qalmasını, səmimiliyin gətirdiyi fəlakətləri dərk etməsi və çox orijinal bir yollaBir az da yalan danış...”, aldat məni deməsi!

Hər iki, istər aşiqin nələrisə qaytarmağa cəhd etdiyi birinci, istərsə də əli-qolu boşalıb yanına düşərək təslim olduğu ikinci şeirdə bədbin ton, kövrək ovqat müxtəlif poetik priyomlarla əks olunub. Ancaq bütün bunların şeir olduğunu bir anlıq unudub hadisənin özünə daha artıq kədərlənirsən... Sönmüş ocağa kədərləndiyin kimi! Vay o gündən külək qalxa! 

 

Məmməd Araz: “ Ötən günü gətir görüşə...”

 

Bu da bir minnətdir, –

Görüş minnəti.

Yoruldun, yeridik ikicə addım.

On ildə bilmədik yol-yoxuş nədi,

Bir gündə on ilin yoxuşu çatdı.

 

Deyək keçməmişik bu yolu, neynək;

Bir an da gərəkdir xəstə adama.

Qəfləti üz-üzə gəlmişik deyək,

Deməyək qəfləti ayrıldıq amma.

 

Belə ikilikdə onsuz da təkik,

Ürəklər baş-başa deyilsə əgər.

Geri dön,

Qəlbini gətir görüşə.

Belə nifrətə nifrət deməzlər.

 

Bu gün dodaqların qaçsa da, gülmür:

Dönüb gülüşünü gətir görüşə.

Dilindən söz yağmır,

Sual tökülmür;

Qayıt, ötən günü gətir görüşə.

 

Qayıt, insafını gətir görüşə,

Yol üstdə bir tənha ağac san məni.

Barı inandır ki, təəssüf ilə

Kəsib, uçuruma atırsan məni.

 

Söz sözdə bişməsə, söz sözdən acı...

Məhəbbət büdrədi

Göz qapalıdır.

Küsün var açıq de, ərkin var açıq,

Yalan dil yarası,

Dil qabarıdır.

Zaman nərələri,

Qıyları udur,

Hər həşir-harayı eşitməz zaman.

Məni inandır ki, məhəbbət budur

Səadət başlanır bu ayrılıqdan...

 

Məmməd Araz: “Qalan ömrə yarım ürək bəs elər...”

 

Dilim dinməz, kirpiklərim səs elər,

Necə xoşduürəyimi kəs elə...

Qalan ömrə yarım ürək bəs elər,

Unut məni, aldat məni, at məni.

 

Enişi qar, yoxuşu qar bu yolun,

Yad nəfəsdən buz qayası su olu...

Yalan yolu beş addımlıq su yolu,

Aldat məni, unut məni, at məni.

 

Sən ömrünün atəşində yananda,

Kölgəndən gərəksizdim yanında.

Qiymətli bir itik saxla yadında,

Unut məni, aldat məni, at məni.

 

Gözdən gözə körpü salmaq nər işdi,

Baxışların meylini tez dəyişdi.

Təzə addım özü təzə döyüşdü,

Aldat məni, unut məni, at məni.

 

Bu sevdadan yetirdik, üzdük?!

Dalğasında qərq olduq, üzdük.

Axır səni düzdə qoydu bu düzlük...

Unut məni, aldat məni, at məni.

 

PƏRVİN

525-ci qəzet.- 2013.- 12 oktybar.- S.21.