Torpaq hər
bir ölkənin böyük sərvətidir
Bibliyada
göstərildiyi kimi, Allah Moiseyə demişdi ki, sizi
münbit torpağa gətirmişəm, bu torpaqda çaylar və
bulaqlar vardır, burada buğda və arpa, üzüm, əncir,
nar, zeytun və bal istehsal edə bilərsiniz.
Moiseyin Xanaana göndərdiyi casuslar bunun həqiqət
olduğunu söylədilər. Onlar bu torpağa
üzüm yetişən vaxt qədəm
basmışdılar, qayıdarkən bir üzüm
salxımı çox ağır olduğundan, dirəkdən
asıb, iki adam onu çiyinlərində
gətirmişdi. Onlar buranı yəhudi dilində
“Üzüm salxımı” mənasını verən
Eşkol vadisi adlandırmışdılar. İndi mübaliğəsiz demək lazımdır
ki, İsrail ərazisi bütövlükdə bol məhsulun rəmzi
hesab edilən Eşkol vadisi adlana bilər.
Bəşəriyyətin əkinçilik təcrübəsi
barədə fraqmentar qaydada da olsa söhbət
aparıldı. Lakin torpağın mahiyyəti, onun
xüsusiyyətləri, əkinçilik metodları barədə
bir qədər geniş məlumata ehtiyac vardır.
Torpaq
Yerin litosferasının (torpaq qabığı və
mantiyanın yuxarı hissəsi daxil olmaqla Yerin zahiri “bərk”
sferası) səth təbəqəsi olmaqla münbitliyə,
çox funksiyalı heterogen açıq struktur sistemə
malikdir, dağ süxurlarının aşınması və
orqanizmlərin fəaliyyəti nəticəsində əmələ
gəlir. Torpaq biosfera, hidrosfera və Yerin
atmosferi arxasındakı qarşılıqlı fəaliyyəti
xüsusi təbii membran kimi nizamlayır.
Torpaq Yer atmosferi tərkibinin mühüm
nizamlayıcısı rolunda çıxış edir. Bu torpaq
mikroorqanizmlərinin fəaliyyətindən irəli gəlir,
onlar nəhəng miqyaslarda müxtəlif qazlar – azot və
onun oksidini, metanı və digər uçan birləşmələri
istehsal edirlər. Bu qazların əksəriyyəti
“istixana effekti” əmələ gətirir və ozon təbəqəsini
dağıdır, bu isə Yer kürəsində iqlimin dəyişməsinə
gətirib çıxarır.
Torpaq Yerin səthindəki, Yerin altındakı
suların və Yerin hidrosferasının tərkibinə və
xassələrinə mühüm təsir göstərir. Torpaq təbəqələrindən
keçən su ondan kimyəvi elementlərin xüsusi dəstini
götürür, su toplama əraziləri üçün bu, xarakterik hal sayılır. Torpaq səthinin pozulması suyun keyfiyyətinin dəyişilməsində
də özünü büruzə verir.
Torpaq Yer
kürəsinin quru hissəsinin səth təbəqəsi
olmaqla canlı və ölü orqanizmlərin
(bitkiçiliyin, heyvandarlığın və mikroorqanizmlərin)
təsiri altında dağ süxurlarının dəyişilməsi,
Günəş istisi və atmosfer
yağıntılarının bilavasitə təsir göstərməsi
nəticəsində əmələ gəlmişdir. Torpaq tam şəkildə xüsusi təbii varlıq
hesab olunur, yalnız özünə məxsus olan quruluşa,
tərkibə və xassələrə malikdir. Torpağın ən mühüm xüsusiyyəti
onun münbitliyidir, başqa sözlə, bitkilərin
böyüməsini və inkişafını təmin etmə
qabiliyyətidir. Bitki isə yeganə
canlıdır ki, torpaqdan mənimsədiyi qeyri-üzvi maddələri
Günəş enerjisinin və suyun köməkliyi ilə
üzvi maddəyə çevirir və canlı aləmin
yaşamasında mühüm amil rolunu oynayır. Elm bu sahədə çox çalışsa da,
süni qaydada qeyri-üzvi maddələrdən üzvi maddə
yaratmaq sahəsində hələ də olduqca utancaq
addımlarını atır.
Torpağın münbitliyi onun keyfiyyətini xarakterizə
edən əsas göstəricidir. Torpağın bu qabiliyyəti mədəni
bitkilərə məskunluq mühiti, həyatın Yer
faktorlarının (su, qida maddələri, torpaq
havasının təmin edilməsinin mənbəyi və vasitəçisi)
iqtisadi funksiyasını yerinə yetirən kimi xidmət edir.
Münbitlik torpağın bitkiləri
qidalandırmaq üçün zəruri olan kifayət
miqdardakı qida maddələrinə və su ehtiyatına
malik olmasıdır. Torpağın təbii
münbitliyi uzun müddət davam edən torpaq əmələ
gəlməsi prosesinin nəticəsidir. Onun
fiziki, kimyəvi, bioloji xassələri ilə xarakterizə
olunmaqla, Yerin iqlim xüsusiyyətləri ilə də sıx
bağlıdır.
Torpağın iqtisadi münbitliyi isə cəmiyyətin
məhsuldar qüvvələrinin inkişafı prosesində
insanın fəaliyyəti nəticəsində yaranır. Əkinçiliyin
başlıca vəzifəsi kompleks aqrotexniki, meliorasiya, təşkilati
və iqtisadi tədbirlərin həyata keçirilməsi yolu
ilə torpağın təbii münbitliyinin iqtisadi
münbitliyə çevrilməsidir, bu isə əkinçiliyin
ratsional sisteminin tətbiq edilməsi deməkdir.
Yaşıl
bitkilər torpağın münbitliyindən
istifadə
etmək, başqa sözlə, torpaqdan suyu, qidanın kül
elementlərini və azotu mənimsəmək, atmosferdən
karbon qazını assimlyasiya etmək, Günəşin kinetik
enerjisini tutmaqla dəyişdirmək və nəticədə
qeyri-üzvi maddələri üzvi maddələrə
çevirmək, başqa sözlə, zülallar, nişasta,
şəkərlər, piylər və digər maddələr
yaratmaq qabiliyyətinə malikdir. Bu maddələr
müxtəlif bitkiçilik məhsullarının tərkibinə
daxildir. Bitkilər torpaqdan qida maddələrini
mənimsəməklə onun münbitliyini
azaltdığından, onu bərpa etmək zərurəti
meydana gəlir. Ümumiyyətlə,
torpağın münbitliyi sabit şəkildə qalmır,
müxtəlif təsirlər altında dəyişilməyə
məruz qalır. Bir qayda olaraq, iqlimin,
relyefin, ilkin torpaq əmələ gətirən süxurun,
mikroorqanizmlərin, bitkilərin və heyvanların fəaliyyətlərindən
torpağın xüsusiyyətləri asılı olur.
Torpaq təbii
cisim olub, Yer səthində biotik, abiotik və antropogen
faktorların uzun müddətli təsiri ilə meydana gəlir,
bərk mineral və üzvi hissələrdən, spesifik
genetik-morfoloji əlamətlərə, xassələrə
malik olur və onlar da bitkilərin böyüməsi və
inkişafı üçün müvafiq şəraitlər
yaradır. İstənilən substrat sistemi
bitkinin “toxumdan toxum qədər” böyüməsini və
inkişafını təmin etməklə torpaq adlanır.
Torpaq horizontu onun profilaktik spesifik təbəqəsi
olmaqla, torpaq əmələ gətirən proseslərin təsiri
altında meydana gəlir. Torpaq səthi Yer
səthini örtən torpağın məcmuudur. Torpaq həm də yüksək dispersiya xüsusiyyəti
ilə seçilir, bu xassəsinə görə xeyli dərəcədə
məsaməliliyə malikdir. Torpağın
həcminin 50-60 faizini və kütləsinin 90-97 faizini mineral
komponentlər təşkil edir. Torpaq nə
qədər yaşlıdırsa, onun mineral tərkibi
yarandığı süxurun tərkibindən daha ciddi surətdə
fərqlənir. Minerallar süxurun
aşınması və torpaq əmələ gəlməsi
gedişində qalıq material olmaqla, ilkin adını
daşıyır. Torpaq həmçinin
ikinci dərəcəli mineralları da öz tərkibinə
daxil edir, onlar isə ilkin mineralların kimyəvi dəyişilməsi
nəticəsində meydana gəlir.
Karbonatlar torpaqda böyük rol oynayır. Quraqlıq
regionlarda bəzən torpaqda tez həll olunan duzlar
yığışır. Dənəvərli
tərkibinə görə torpaq suyu saxlamaq, bir neçə
mineralı bir yerə yığışmasına şərait
yaratmaq qabiliyyətinə malik olur. Ağır (gilli)
torpaqlarda isə havanı saxlamaq qabiliyyətində problemlər
ola bilər. Yüngül
(qumlu) torpaqlarda başqa, su rejimi ilə əlaqədar çətinliklər
yaranır.
Torpağın üzvi hissəsi onun saxladığı
üzvi maddələrin miqdarından asılıdır. Torflu
torpaqlarda bu göstərici yüksək olur. Üzvi maddələrin tərkibinə bitki və
heyvan qalıqları kimi humus adlanan bəzi kimyəvi birləşmələr
də daxil olur. Humin və fulvo
turşularındakı karbonun nisbəti torpağın humus vəziyyətinin
mühüm göstəricisi hesab olunur. Humus
latınca torpaq deməkdir, bitki və heyvan
qalıqlarının biokimyəvi çevrilməsi nəticəsində
əmələ gələn çürüntü olmaqla,
torpağın üzvi hissəsini əmələ gətirir.
Humusun miqdarı torpağın münbitlik
göstəricisidir. Humus
turşularının əmələ gəlməsi prosesində
əsasən torpaqdakı mikroorqanizmlərdən yaranan fermentlər
iştirak edirlər. Torpaqda humusun miqdarı 2.5-3.5 faizdən
az olmur, 2 faizdən az olduqda isə torpaq
“ölü” sayılır. Humus çox olduqca
torpağın münbitliyi artır.
Torpağın strukturu onun bərk hissəsindən və
məsaməli məkanından ibarət olan fiziki
quruluşdur.
Torpaqda əlaqəli və sərbəst suyu fərqləndirirlər.
Əlaqəli su Yerin cazibə qüvvəsi
qanununa tabedir. Əlaqəli su kimyəvi cəhətdən
bir sıra mineralların tərkibinə daxil olur. Əlaqəli suyu fiziki cəhətdən torpaq səthi
enerjisinin qüvvəsi saxlayır.
Torpağın səthinə rütubət
düşdükdə əvvəlcə çölün
rütubət tutumu vəziyyətinə qədər
torpağın su ilə doyması baş verir. Sonra isə
doymuş təbəqələr vasitəsilə kapilyar olmayan
buruqlarla filtrasiya baş verir. Torpağa
daxil olan rütubət öz yolunda aşağıdakı su
keçirən təbəqə ilə
qarşılaşdıqda, torpağın daxilində həmin
səthin üstü ilə onun enişi istiqamətinə
müvafiq olaraq irəliləyir. Torpağın
su udma kompleksi mühüm əhəmiyyətə malikdir.
Torpaqdakı
hava müxtəlif qazların qarışığından
ibarət olur, bura oksigen, karbonat turşusu,metan
və onun homoloqları, hidrogen, hidrogen-kükürd və azot
daxildir.
Torpaqda həmçinin orqanizmlər yaşayır, o
çox sayda mikroorqanizmlər üçün
yaşayış mühiti rolunu oynayır. Bakteriyalara
yosunlar, göbələklər, torpağın sularında məskunlaşan
birhüceyrəli orqanizmlər daxildir. Axı
torpaq həm də mikrosu hövzələri sistemidir.
Torpaq örtüyünün strukturu – nisbətən
kiçik ərazidəki torpaqların məkanda qanunauyğun
şəkildə yerləşməsidir.
Torpağı
əmələ gətirən faktorlara təbii mühitin
sistemləri: torpaq əmələ gətirən süxurlar,
iqlim, canlı və ölmüş orqanizmlər, yerin
yaşı və relyefi, həmçinin torpağın
yaranmasına mühüm təsir göstərən antropogen
fəaliyyət daxildir.
Torpağın tipi, torpaq əmələ gətirmə
rejimləri prosesləri ilə şərtlənən xassələrin
ümumiliyi ilə xarakterizə olunur. Torpaqların müxtəlif
növləri isə bütün torpaq profilinin dənəvər
tərkibi ilə müəyyən olunur.
Torpaqların coğrafi cəhətdən
yayılmasında iqlim ciddi faktor hesab olunur. İqlim
torpağın əmələ gəlməsində də
mühüm rol oynayır, xeyli dərəcədə Günəşdən
Yer səthinin qəbul etdiyi enerjinin miqdarı ilə müəyyən
edilir. Vyetnam sahilinə yaxın ada-qayalar əlverişli
istilik və rütubət rejiminə malik olduğuna görə
meşə örtüyünə
bürünmüşdür, bu da həmin qaydalarda
torpağın əmələ gəlməsinin intensiv qaydada
getdiyinə dəlalət edir. Torpağın
istilik və su rejimləri torpaqda gedən bütün fiziki,
kimyəvi, bioloji proseslərin xarakterinə və intensivliyinə
təsir göstərir. Dağ
süxurlarının aşınması, kimyəvi
reaksiyaların intensivliyi, torpaq məhlulunun
qıtlığı, bərk və maye fazaların nisbəti,
qazların mənimsənilməsi baş verir. Hidrotermik şəraitlər bakteriyaların biokimyəvi
fəaliyyətlərinin intensivliyinə, üzvi
qalıqların parçalamasının sürətinə və
orqanizmlərin həyat fəaliyyətinə təsir göstərir.
Öz biokütləsinə görə torpaq (Yerin quru
hissəsi) okeanı, demək olar ki, 700 dəfə
ötüb keçir, baxmayaraq ki, quru hissəyə Yer səthinin
1/3-dən azı düşür.
(Ardı var)
Telman Orucov
525-ci qəzet.-2013.-
26 oktyabr.- S.8.