Alternativ turizm
növlərini necə
inkişaf etdirməli?
AZƏRBAYCANDA
ALTERNATİV TURİZM NÖVLƏRİNİN DAHA DA
İNKİŞAFI ÜÇÜN BUDAQ BUDAQOV
İRSİNİN DƏRİNDƏN
ÖYRƏNİLMƏSİNƏ EHTİYAC VAR
İnsan taleyi bu müvəqqəti dünyada ölçülüb-biçilib deyirlər.Kimin ömrü nə qədərdir, nə zaman bitəcəksə,özü yox,yaradanımız bilir.Adama elə gəlir ki, Tanrı Budaq ömrünü əvvəlcədən səxavətlə vermişdir. O hər şeyi xalq üçün, millət üçün etdi... Təmənnasız.... Qarşılıqsız..... Bəlkə də bu millətin duaları sənə dəstək oldu:
"Allah səni min budaq
eləsin." Rahat uyu Budaq müəllim! Cünki Allah səni min budaq elədi. Son yarim əsrlik bir tariximizdə o,Azərbaycanın
inkişafı naminə əlindən gələni və hətta
əlindən gəlməyəni də etdi.
Onun yurdsevərliyi, torpağa
bağlılığı hər bir Azərbaycan
gənci üçün bir
örnək olmalıdır. Neçə-neçə tələbələr
alimlər yetişdirdi bu
insan. Yalnız qüdrətli Azərbaycan
naminə!!! Bü gün artıq sənin meyvələrin min budaq yox, on min budaq olub.
Rahat uyu Budaq müəllim!
Sən hələ 1951-ci ildə Moskvada SSRİ EA Coğrafiya
İnstitutunda aspiranturasına
daxil olanda artıq öz taleyini
və alin yazını müəyyən
etmişdin. Deyirlər ki, bir millətin aydınları,
zəkiləri Allah dərgahında
yeni doğulmuş usaq tək suçsuz
olurlar. Bu insanlar
millətin taleyüklü
məsələlərini öz
çiyinlərinə qatar kimi daşıyanlardır.
O yalnız coğrafiyaşünas
alim deyildi, o eyni zamanda təbiət
və poeziya vurğunu idi. Təbiət
və poeziya problemi onun publisistikasında
xüsusi yer tuturdu. Nizami Gəncəvi, Səməd
Vurğun, Məmməd
Araz və bir sıra digər
klassik şairlərin
yaradıcılığında təbiət mövzusundan
bəhs edərkən
oxuculara təbiəti
sevdirmək, elmi-texniki
tərəqqi dövründə
təbiəti qorumağa,
onun gözəlliklərini
artırmağa dəvət
etmək, təbii sərvətlərdən ağıllı
istifadə etməyə,
israfçılığa qarşı
mübarizə aparmağa
çağırış əsas qayəsi olmuşdur.
Ona görə də "Nizami əsərlərində
təbiət", "Yer
adları xalqın sərvətidir", "Toponimika:
keçilən yol və gələcəyə
baxış", "Bu qala
bizim qala", "Görən kim yaratmış bu təbiəti", "Pirşağının
ekoloji qayğıları"
və onlarca başqa məqalələri
rəğbətlə qarşılanmışdır.
Sən bir kitab idin,
zaman keçdikcə başqaları tərəfindən
səhifə-səhifə oxunurdun
.Nə qədər diqqətlə oxunsan da,açılmayan, oxunmayan səhifələrin
çox qaldı. Özün isə əksər
hallarda öz kitabını oxumaq və dinləmək imkanına və vaxtına malik olmadın.
Sənin üçün məmləkətimizin
hər qarışı
əziz və doğma idi. Qarış-qarış gəzmişdin bu torpağı. Sənin
üçün ancaq
bir anlayış vardı: AZƏRBAYCAN!
Hansı mahala, hansı əyalətə gedərdinsə
xalq sənin pişvazına çıxardı.
Səyahəti, gəzib dolaşmağı
çox sevərdin. Bu əzmkarlığı,bu enerjini təbiətdən, torpaqdan
alırdın. Azərbaycan
insanına sevgidən
alırdırdın
Hələ çox-çox əvvəllər
xarici səfərlərində,
elmi müdafiələrində
Azərbaycanın əlverişli
coğrafi mövqeyi, misilsiz təbiəti, iqlim müxtəlifliyi, adət-ənənə, milli
mətbəx zənginliyi,
qonaqpərvərliyi haqqında
mükəmməl təqdimatları
hər zaman həmkarlarının diqqətini
cəlb etmiş və Azərbaycana qarşı xüsisi maraq oyatmışdır.
Azərbaycanın bu sadalanan mükəmməl
üstünlükləri hər
zaman xarici səyahət sevənlərin
diqqət mərkəzində
olmuşdur. Bu gün
bu təbii və ekoloji faktorlarının uğurlu
təbliğatı vətənimizin
turizm cənnətinə
çevrilməsində həlledici
rol oynaya bilər. Azərbaycan ekoturizmin model ölkəsinə
dönməsi üçün
bütün amillər
vardır. Budaq Budaqov
irsinin dərindən öyrənilməsi Azərbcaycanda
müalicəvi, termal,
ekoloji, macəra, kənd və digər turizm növlərinin daha da inkişaf etdirilməsi üçün
geniş bir cəbhə açır.
Turizm - müasir
dünyamızın mürəkkəb
sosial-mədəni, iqtisadi
fenomenidir. Turizmin müxtəlif aspektləri
bir sıra elm sahələrinin maraq dairəsindədir. İqtisadçılar, coğrafiyaşünaslar, sosioloqlar,
pedaqoqlar, psixoloqlar, tarixçilər, mədəniyyətşünaslar,
sənətşünaslar və
hüquqşünaslar turizmin
nəzəriyyə və
praktikasını "öz
məsələləri" hesab edirlər.
Müasir elmi ədəbiyyatlarda turizm anlayışını
müxtəlif formada izah etməyə çalışırlar. Bu sahəyə coğrafi faktorlu yanaşmalar daha çox üstünlük təşkil
edir.
Fikrimi əsaslandırmaq
üçün yalnız
aşağıdakı məqalələri
qeyd etmək kifayət edər ki, gənc mütəxəssislərin
yeni elmi araşdırmalarına bir
zəmin yaransın.Onun
yaradıcılığında elmi-kütləvi, elmi-publisistik
məzmunlu məqalələr
geniş yer tutur. Onun "Ən yüksək zirvələrdə",
"Canlı adalar",
"Qərq olmuş dağlar", "İki
mərtəbəli çay",
"Üzən su anbarları", "Coğrafı
adlar tarixi abidədir", "Toxunulmaz
müqəddəslər" və s. bu səpkidə
yazdığı 180-dən artıq elmi-kütləvi
və publisistik məqalələri "Elm və
həyat", "Azərbaycan
təbiəti", "Azərbaycan
məktəbi", "Ulduz"
jurnallarında,
"Vətən səsi",
"Ədəbiyyat və
incəsənət" və
s. qəzetlərdə dərc
edilmişdir
Güman
edirəm ki, "Coğrafı adlar tarixi abidədir","Qərq
olmuş dağlar",
"İki mərtəbəli
çay" beynəlxalq
turizm marşrutlarının
yaradılması Azərbaycanın
ekoloji,mədəni-tarixi və
etnoqrafik irsinin dünyada tanıdılması
üçün
çox böyük
bir vəsilə ola bilər
Bu gün məktəblərdə
Turizm və səyahətsevərlər klublarının
yaradılmasına böyük
ehtiyac var. Gənclərə
təbiəti sevmək
hissləri aşılanmalıdır. Milli parklar
və füsunkar güşələrimizə intensiv
turlar təşkil olunmalıdır. Budaq
Budaqovun Azərbaycan, onun təbiəti, yerləşməsi, toponimləri,
flora və faunası ilə bağlı fikirləri kitabçalar,
broşuralar və digər çap məhsulları şəklində
istehsal olunmalı və hər bir yurdsevər vətəndaşımızın masaüstü məlumat vasitəsinə
çevrilməlidir.Budaq Budaqov irsi dünya
çapında tanıdılmalı,
gənc alimlərin bu istiqamətdə elmi fəaliyyətləri
stimullaşdırılmalıdır.
Çünki biz yeni nəslin qarşısında böyük
bir missiya durur. Onun yaratdığı
on min budağı , yüz min və daha çox
etməliyik....
Rahat uyu Budaq müəllim!
Yerin cənnətlik olsun!
Ruslan Quliyev
525-ci qəzet.-2013.-
29 oktyabr.- S.5.