NOTRDAM
KİLSƏSİ
Kinolarda
görmüşdüm
Kitablardan sevmişdim
Göy
üzü tək gurlayan
Kilsənin
zəng səsini -
Notrdam kilsəsini.
Zamandan
qalan izdi,
Üstü dumandı, sisdi.
Möhtəşəm
divarları
Hörülüb
mərhəmətdən,
Baxdıqca
adam doymur
Ondakı əzəmətdən.
Gündə
neçə min adam,
Dilək
diləyir ondan
Dünyanın
gərdişini,
Xeyir-şər hər
işini,
Saysız
hökmdarların
Hikkəsini
hökmünü
Görüb
müqəddəs kilsə,
Qucağında
ovudub
Kim onu deyib, gəlsə.
Mən də
sevdim təzədən
Tanıdım
Jan Valjanı,
Gördüm
Viktor Hüqonu
Bonapart
Napalyonu.
Tarix yenə
dilləndi,
Divardakı
naxışlar,
Mələk-mələk
baxışlar
Sanki
üstümə gəldi,
Məsciddə
olduğu tək
Duydum haqqın səsini.
Allah evi tək
sevdim
Notrdam kilsəsini.
Paris, iyul
2011
GECƏ
DÜŞÜNCƏLƏRİ
İndi anlayıram sənsizlik nədir?
Üstümə şığıyan bu təklik nədir?
Necəymiş
qurd kimi ulayan otaq,
Necəymiş
buz kimi soyuyan yataq,
Diksinmək
nə imiş hər qəfil səsdən,
Əl işdən soyuyur, könül həvəsdən.
Xəyalım
yollardan çəkilib getmir,
Getdiyin səfərin heç sonu bitmir?
Sərt imiş dünyanın dəyişən
üzü,
Gah sevincə
çəkir, gah qəmə bizi,
Ağladır,
güldürür bir uşaq kimi,
Əlində
oynadır oyuncaq kimi
Məni
anlayanı itirmişəmsə,
Mənzilsiz
yolları bitirmişəmsə,
Dünyada
artığam özüm bilirəm,
Yaşaya-yaşaya demək ölürəm.
Daha bu
ağrıma çarə bilinməz,
Alnıma bəxr yazan gözə görünməz.
Ümid
yollarına çıxmağım hədər,
Təklik sıxır məni sonsuzluq qədər.
Necə də yaxınsan mənə bu axşam.
Ruhunun hənrini bəlkə almışam?
Əl-ələ
tutuşub, boş otaqları,
Gəzib dolanırıq bu gecə yarı.
Yuxu
dünyasından ayılt səsinlə,
Oyanıb məst olum təbəssümünlə.
Baş-başa
sonacan vursaq gecəni,
İnan ki, qorxutmaz bu təklik məni.
May 2013
İNTİZAR GECƏLƏR
Ulduzlar
asılıb kipriklərimdən,
Xatirəm gecəyə bürünür yenə.
Ümidsiz
bir eşqin səhralarında,
Xəyalın gözümə görünür yenə.
Nə
gözəl təsadüf, nə şirin görüş,
Dayandıq üz-üzə, nəfəs-nəfəsə.
Sənin sevgi
dolu baxışlarından,
Rəngbərəng
duyğular verdi səs-səsə
Sevinc
yanağımda açıldı gül-gül,
Bu bir həqiqətmi yoxsa yuxudu?
Pəncərəmin
altda kövrələn eşqin
Xatirəsi vardı, özü yoxuydu.
DAHA
Gedim də,
qalım da Tanrı işidir,
Xəzan gözün tikib, gülümə daha.
Min nəğmə
qoşsa da könlümün sazı
Bir ağı tuş gəlib dilimə daha.
Yarımçıq
qırılan duyğu hədərdi,
Gedilən
hər yolun sonu kədərdi
Mənimsə
dözümüm ömrüm qədərdi
Heyif ki, vər düşüb ilimə daha.
Bu
ağrım çətin ki, ovuna, keçə,
Sənsizlik
talayır məni
hər gecə
Qayıdıb
gələsən, bir gün gizlicə,
Onda inanmaram ölümə daha.
ÖTƏN ÇAĞIMDI
Gün-günə
dayaqdı, aylarda
ilə,
Təbiət
canlanar fəsillər ilə
Karvanım
yüklənib, üzü mənzilə,
Ta izi
yollardan, itən çağımdı.
Ömür
çiçəkləməz, dörd tərəf qardı,
Könlümü
üşüdən
ayrılıqlardı.
Nə
yaxşı yaşanan o illər vardı,
Xatirə dadıma, yetən çağımdı.
Bir dolu
bulaqdım, suyu bal olan,
Yamyaşıl
çəməndim, gülü al-əlvan
Bir quru
kolam ki, küləklər qovan,
Bozaran çöllərdə bitən çağımdı.
Payız
havasıtək bozarıb üzüm,
Dolan buludlara dar gəlir gözüm.
Dünyadan
tutmağa qalmayıb lüzum,
Pəncərədən baxıb, ötən
çağımdı.
BU BAHAR MƏNƏ GƏLMƏYİB
Otağımız
soyuq, kirpiklərim nəm,
Soyuq
divarlarda gəzir kədər, qəm
Üzümdə
donubsa sonuncu nəğmən,
Bu bahar mənə gəlməyib.
Səni
bitirmirsə çiçəkli çöllər,
Səni gətirmirsə açılan səhər.
Mən necə yaşayım bu yaz bir təhər?
Bu bahar mənə gəlməyib.
Bu sonuncu
bahar, axırıncı köç,
Bir çıxar taleyi təzədən
ölç-biç.
Mən
öz qismətimdən yarımadım heç,
Bu bahar mənə gəlməyib.
Səni
yaz həvəsli illərdən sordum,
Bizə soyuq əsən yellərdən sordum.
Fikrimin
karvanın yorduqca, yordum
Bu bahar mənə gəlməyib.
KÖÇƏNLƏR OLUB
Bu qədər
dərd çəkmə, vəfalı könlüm,
Dərdin düyünündən keçənlər
olub.
Bu qəm
dediyimiz dibsiz dəryadan,
Payına bir badə içənlər olub.
Hər
maraq dalında bir şeytan yatır,
Həqiqət yanında şər-böhtan yatır.
Ağıldan
dayazlar kürsüyə çatır,
Ömrü el yolunda biçənlər olub.
Mənzilə
bir yetər düz də, yalan da,
Haqqı büdürləyib atdan salan da.
Şöhrət
zirvəsinə söz ucalanda,
Söz içindən sözü seçənlər
olub.
Aldanıb
dövlətə, uymayıb vara,
Dabandan soyulub, çəkilib dara.
“Haqq” -
deyib köksündən alıb min yara,
Dünyadan mərdanə, köçənlər olub.
ƏLVİDA!
Xəstəliyinin ümidsizliyini həkimdən
özü eşidən atası Hüseynin dilindən
qızı Fərəhə
Xəyalım
qarışıb, dönməyir dilim,
Bəlkə
görüşmədik yenə, əlvida!
Tanrının
hökmünü mən hardan bilim,
Qorxuram
rüzgarım dönə, əlvida!
Oğul əvəziydin
sən, həm də qızım,
Açılan
səhərim, hər gələn yazım
Sinəmdə
təzəcə göyərən arzum,
Heyif ki,
tutmadı binə, əlvida!
Torpaq həsrətilə
hördüm ömrümü,
Özümdən yan keçən gördüm
ömrümü.
Ay
qızım, kim bilir öldüyü
günü,
Yaşanmayan
aya, günə əlvida!
Vəsiyyət
yüngüllük, nəsihət inam,
Harda sahil
tutam, harda dayanam,
Canımdan
qanımdan yaranan balam,
Sonda da
demərəm sənə əlvida!
BU GÖZƏL
Öz
toyunda oynayan qıza
Bu qız
bürünübdür al, yaşıl tülə,
Tül ona yaraşır, özü də gülə.
Dolanır
məclisdə belədən-belə
Qol açıb, arada süzür bu gözəl.
Bu
qızı bir eşqin havası vurub,
Sağında, solunda mələk oturub.
Sanki yerlə-göylə
davaya durub,
Telinə gül-çiçək düzür bu
gözəl.
Gör
necə dolanır hallı-havalı
Atadan, anadan xeyir dualı?
Kəklik
tək ayağı əli xınalı
Sanki dağda-daşda, gəzir bu gözəl.
Üzündən,
gözündən məhəbbət yağır,
Hərdən də boylanıb ahu tək baxır.
Subayların
bağrın yandırıb yaxır,
Könüllər talayır, əzir bu gözəl.
Həyat
da, sevgi də elə gözəldi,
Bunun hansı axır, hansı əzəldi?
Horovlu, gəncliyin
özü gözəldi,
Sevgi ümmanında üzür bu gözəl.
TORPAĞI ÇƏKİR
Yenə
yaz özünə toy-büsat qurub,
Mənisə elimin yaylağı çəkir.
Fikrimin,
duyğumun yorğun vaxtında,
Şirin xatirəmin ilk çağı çəkir.
Xəyal
qanadlanır dağlar boyunca,
Yaşıl ətəyində gəzəm doyunca.
Qayalar
dünyanın yaşından qoca,
Zirvədə
qartalın oylağı çəkir.
Axtarsan
taparsan məni hər yerdə,
Baykalda,
Urmuda, mavi Xəzərdə.
İstəyən
ovunsun yad ölkələrdə,
Ruhumu Arazın qırağı çəkir.
Kölgə
tək sürünüb, qanad taxana,
Çəpiklə , alqışla taxta çuxana.
Əsir
obalar gendən baxana,
Anamın dilindən bir ağı çəkir.
Nə qədər
görmüşəm qansız yağını,
Söndürüb
evimin od-ocağını,
Gülüstan
etsələr qürbət bağını,
Məni doğma yurdun torpağı çəkir.
QIŞ TUTUB
Gözümə
yığdım yolları
Öldüm
ölümümə sarı,
Sordum dolan
buludları
Gördüm, gözümü yaş tutub.
Dərd məni
çəkdi təkinə,
Gördüm
boşuna, bərkinə
Səbrə
yükünə-yükünə
Gördüm, yolumu daş tutub.
İllər
bir birin kiritdi,
Ömrümü
dözüm əritdi,
Gənclik
nə vaxt gəlib getdi,
Gördüm, saçımı
qış tutub.
MƏNİM DÜNYAM
Əzəlki
dünyamı gəzdim,
Həsrətə dözdükcə, dözdüm.
Onu əlçatmaz
bilməzdim
Demə,
bacamızın qara
Tüstüsüymüş, mənim dünyam.
Ömür
su tək axıb getdi,
Ətəyini
yığıb getdi
Dünyam
gendən baxıb, getdi
Mərcan
gözlü bulaqların
Bəstəsiymiş, mənim dünyam.
Küskün
qaldı bənövşəlik,
Yaşıl tala, göy meşəlik.
Dünyam
oldu bölük-bölük,
Xan
çinarın həmişəlik
Kölgəsiymiş, mənim dünyam.
Yol
dolaşıq, mən yorğunam,
Vaxt ötür, hələ durğunam.
Mən
öz dünyama vurğunam,
Öz
anamın qucağının
İstisiymiş mənim dünyam.
AĞLADIM
Cəbrayılın işğalı
günündə
Söz
demədim, adım olsun ya varım,
Bəs
eyləyər əyilməyən vüqarım,
Geri
dönməz vaxtsız ötən baharım,
Qəhr eləyib, yerə-göyə, ağladım.
Ağrılarım
ərşə-kürşə çəkəndə,
Sevincimi həsrət qəmə bükəndə.
Gül
bağımda yağı tikan əkəndə,
Torpaq, Vətən deyə-deyə, ağladım.
Qardaş
dedim Ərdəbilə, Təbrizə,
Doğmalar tək heç durmadıq üz-üzə.
Ayrılıqdan
don biçəndə yad bizə,
Araz qəmin geyə-geyə, ağladım.
Heç
bilmədim dağ nəyimiş, dərə nə,
Qürbət eldə bağ necəymiş, bərə nə.
Becərdiyim
qismət oldu dərənə,
Mən dərdimi yeyə-yeyə, ağladım.
Bir
könülə dəyməmişəm dünyada,
Özgə budağ əyməmişəm dünyada.
Ata yurdum əsir
düşəndə yada,
Dizlərimə döyə-döyə, ağladım.
23 avqust
1993-cü il
UZAQ DÜŞMƏYİM
ÖZÜM-ÖZÜMDƏN
Hərdən
ərşə çəkir məni ürəyim,
Ağrı-acısını
aça bilmirəm
Hamı dərdli
gəzir, qəmli dolanır,
Bu giley-güzardan qaça bilmirəm.
Hardan
düşdü aramıza bu yadlıq
Hərə suyu çəkir öz axarına.
Aşdığı
bu kiçik cığır bəsimdir,
Duyğumu yönəldib, söz axarına.
Yamyaşıl
baharlı torpağımızda,
Soyuqluq tökümü əkdilər hardan?
Ruhumuzda
birlik oyanan kimi
Doğmalıq, qohumluq tez çıxdı yaddan.
Mən
yad toyuğuna kış deməmişəm,
Başıma ələnən bu daşlar nədir?
Birinə
atından düş deməmişəm,
Haqsızın köhləni, məndən öndədir.
Mənə
yuxarıdan baxan, qardaşım,
Baxışın biganə, ruhun özgədir.
Gəl
torpaq dərdini birlikdə çəkək,
Qan-qanı çəkəndə soyuqluq nədir?
Hər
soyuq baxışdan ruhum əyilməz,
Nə mənsəb,
nə şöhrət keçməz gözümdən
Dünyacan
dərd ola yenə dözərəm,
Kaş uzaq düşməyim,
özüm-özümdən.
Şövkət
Zərin Horovlu
525-ci qəzet.-2013.- 30 oktyabr.- S.7.