Milli Kitabxanasının 90 illik yubileyi  ilə bağlı tədbirlər keçiriləcək

 

 

 

Sentyabrın 22-dən 25-dək Azərbaycan Milli Kitabxanasının 90 illik yubileyi ilə bağlı tədbirlər keçiriləcək.

Mədəniyyət Turizm İdarəsinin yaydığı xəbərə görə, yubiley tədbirləri çərçivəsində Bakıda Avropa Milli Kitabxanaları Konfransının (CENL) 27-ci illik görüşü Avrasiya Kitabxanalar Assambleyasının (BAE) XV iclası da gerçəkləşəcək.

Tədbirlərdə 40-dan çox ölkədən milli kitabxana direktorlarının, ümumilikdə 65 nəfər qonağın iştirakı gözlənilir.

Qonaqlar sentyabrın 23-də III Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının açılış mərasimində iştirak edəcəklər.

15-dən artıq ölkənin milli kitabxanası öz eksponatlarını sərgi-yarmarkada nümayiş etdirəcək.

Sərgi-yarmarkanın sonunda kitablar Azərbaycan Milli Kitabxanasına hədiyyə olunacaq.

Sentyabrın 25-də Azərbaycan Milli Kitabxanasının Rusiyanın B.N.Yeltsin adına Prezident Kitabxanası Serbiya Milli Kitabxanası ilə əməkdaşlığı barədə memorandumların imzalanma mərasimi, həmçinin Azərbaycan Milli Kitabxanasının «Nadir kitablar kitabxananın muzeyi» şöbəsinin açılış mərasimi olacaq.

M. F. Axundov adına Milli Kitabxana 1923-cü il mayın 15-də açılıb.

1939-cu ildə ona M.F. Axundovun adı verilib.

1961-cu ildən kitabxana Xaqani-29 ünvanında yerləşir.

Kitabxananın binası tarixi abidədir tanınmış memar Mikayıl Hüseynovun layihəsi ilə tikilib.

Hazırda Milli Kitabxanada 25 şöbə, 26 bölmə fəaliyyətdədir.

Kitabxana fondunda 4 milyon 513 min çap məhsulu qorunur.

2005-ci  ildən Milli Kitabxana Avropa Milli Kitabxanalar Konfransı Beynəlxalq Təşkilatına üzv qəbul edilib

 

Abdullayeva S.

525-ci qəzet.- 2013.- 5 sentyabr.- S.7