Dinin Azərbaycan mədəniyyətində və ədəbiyyatında yeri (davamı)

 

 

İslamın gəlişi ilə bütün müsəlman ümməti iki mühüm bayramı qeyd etməyə başladı. Bu bayramlar Orucluq Qurban bayramlarıdır. Azərbaycan cəmiyyətində həmin bayramlar qeyd edilir. VII əsrdən bəri keçirilən müqəddəs bayramlar yeni adətlərin yaranmasına da yol açmışdır. Məsələn, adətə görə bəzi yerlərdə qurbanlıq qoyun yuyulur, xınalanır, ona bəzək-düzək vurulur. Qurban bayramı ərəfəsində nişanlı oğlanın ailəsi qız evinə qurbanlıq qoyun göndərir. Bundan başqa, orucluğun qeyd edildiyi Ramazan ayı, eləcə Qurban bayramının keçirildiyi ayda adətən toy edilmir.

İslam aləminin tarixi-faciəli hadisələrindən olan Kərbəla hadisəsi ictimai-siyasi mənşəyi etibarilə İslam mədəniyyətinə, onun adət-ənənələrinə təsir etməklə yanaşı, müxtəlif ideoloji istiqamətlər formalaşdırmışdır. İslam tarixinin ən faciəli hadisələrindən olan Kərbala vaqiəsinin yad olunduğu Məhərrəm ayı müddətində toy digər şadlıq mahiyyətli ictimai mərasimlər keçirilmir.

Azərbaycanda professional teatrın yaranmasma güclü təsir göstərmişşəbihdini tamaşalarının kökündə Kərbəla vaqiəsindən götürülmüş hadisələrin təsviri dayanır.Şəbihərəb sözü olub, “bənzətmə”, “oxşatma”, “tay”, “surətkimi mənaları ifadə edir. Şəbih tamaşalarında əski tarixi hadisələrin surəti yaradılmışdır. Bütün şəbih tamaşalarının əsası məzmununu İmam Hüseynin faciəli aqibəti təşkil etmişdir. Bu tamaşalar vasitəsilə Kərbəlada baş vermiş müsibət faciəli tərzdə mədh edilmiş, ağı deyilmişdir. Orta əsrlərdən başlayaraq Azərbaycandan şəbih tamaşaları geniş yayılıb. Məhərrəm ayında, Aşura günü bu tamaşalar daha kütləvi xarakter almış, İmam Hüseynin onun ailəsinin başına gətirilən faciəli hadisələr bu tamaşalarda canlandırılmışdır.

Musiqi tariximizdə dini musiqi məxsusi yer tutur. Dini oxuma qanunlarının konservativliyi yaddaşa həkk olunmuş avaz modellərinin nəsillərdən nəsillərə keçərək şifahi yaşamaq qüvvəsi, ibadət musiqisinin bu günə qədər gəlməsi üçün imkan yaratmışdır. İslamın ilk illərindən etibarən musiqi incəsənətin növləri kimi yeni çalarlar almış, yeni musiqi janrlarının yaranmasına təkan vermişdir. İslam dini sayəsində musiqi yalnız yas mərasimlərinin, saray əyləncələrinin tərkibi olaraq qalmayıb, müsəlman xalqlarının estetik şüurunun təzahür formasına çevrilmişdir. İslam dini oxumalarının professional sənət nümunəsi olmasına dəlalət edən bir sıra əlamətlər vardır. Onlar içərisində ən ümdəsi odur ki, heç vaxt məişət ehtiyacı ödəməmiş, özündə sırf estetik funksiya daşımışdır. İkinci vacib əlamət dini oxumalar obraz intonasiya quruluşu baxımından xalq ənənələrindən fərqlənən reqlamentləşmiş ifa tərzidir.

Hələ İslamdan əvvəlki Şərqin, o cümlədən Azərbaycanın dini məbədlərində mərasimlər musiqinin, rəqsin müşayiəti ilə, təmtəraqlı keçirilirdi. İslam meydana çıxdığı gündən milli xüsusiyyətlərə nüfuz etmiş, beləliklə dini musiqi müxtəlif yerli mərasimlərdə, “şəbihtamaşalarında, dərviş zikrlərində yeni formada təzahür tapmışdır.

Bu gün Azərbaycan mədəniyyətinin fəxrinə çevrilən qədim tarixə malik muğam özündə orta əsr əlamətlərini, islam mədəni normativlərini daşıyır. Dahi bəstəkar Üzeyir HacıbəyovAzərbaycan musiqisinin əsaslarıişində musiqimizin muğam ladlarına əsaslandığını sübut edərək, məhz islam dövrünü nəzərdə tutur.

İslam xalqımızın tarixinə, mənəviyyatına həkk olunmasının, milli-mənəvi sərvətimizə çevrilməsinin ən bariz nümunələrindən biri üçrəngli bayrağımızda islamlaşmağın simvolu olan yaşıl rəngin olmasıdır.

Tarixən Azərbaycan ərazisində intişar tapan müxtəlif dinlər xalqımızın bədii təfəkkürünün məhsulu olan ədəbi nümunələr üçün yeni ideyaya, mövzuya çevrilmişdir. Mənəviyyatımızın zəngin qaynağı olan folklorumuz milli-əxlaqi dəyərlərimizi, adət-ənənələrimizi mənimsəyib dərk etməyimizdə, xalqımızın keçdiyi tarixi yolu öyrənməyimizdə müstəsna əhəmiyyətə malikdir. Əcdadlarımızın həyat təcrübəsinin araşdırılması baxımından məişət mərasim nəğmələri diqqətəlayiqdir. Belə ki, Xıdır Nəbi mərasim nəğməsi digər xalq tamaşaları vasitəsilə qədim inanclarla bağlı keçirilən ayin mərasimlər haqqında məlumat əldə etmiş oluruq. Xalq yaradıcılığının digər növü olan miflər isə tarixilik baxımından daha qədim dövrləri əhatə edir. Folklorumuzda dünyanın, insanın yaranması, Nuhun tufanı, dirilik suyu, əcdadlarımızla bağlı xeyli miflərə rast gəlinir. Coğrafi məkanlar, tarixi şəxsiyyətlərlə şifahi şəkildə yayılan rəvayətlər folklorumuzun maraqlı nümunələrindəndir. Bibiheybət, Əshabi-Kəhflə bağlı yaranan rəvayətlər geniş yayılmışdır.

Atalar sözü məsəllər folklorumuzun ən dəyərli incilərindəndir. Milli təfəkkürümüzdən xəbər verən bu örnəklər xalqımızın müşahidələrini, təsəvvür təfəkkür tərzini, onun dünyagörüşünü, inam etiqadını əks etdirir. Atalar sözlərində Allah – Tanrı, din, peyğəmbərlə bağlı kifayət qədər məsəllərə rast gəlmək mümkündür: “Tanrı dəvəyə qanad versəydi, yıxmadığı dam qalmazdı”, “Allah bir, söz bir”, “Allah bir qapını bağlayanda bir qapını açar”, “Allah bu əli o ələ möhtac eləməsin”, “Allah demiş: səndən hərəkət, məndən bərəkət”, “Allah deyən namurad qalmaz”, “Allah min dərd verib min bir dərman”, “Allah var, rəhmi var”, “Allahdan gəlsə xoşdur”, “Dini dinara satan molla dindən olar, dinardan da”, “Dinsizin ağzını imansız yumar s.

Azərbaycan yazılı ədəbiyyatının ən qədim nümunələrindən hesab edilən, Zərdüştliyin müqəddəs kitabıAvestaxalqımızın monoteist dünyagörüşü, xeyirlə şərin mübarizəsi haqqındakı təsəvvürlərini əks etdirir. Bu möhtəşəm abidədə həmçinin xalqımızın dünyanın yaranması, ilk insanın meydana çıxması, ilk günah Tanrının qəzəblənərək insanlara narahatlıq, xəstəlik, bəla göndərməsi haqqında mifoloji motivlər yer almışdır. Avestada aşılanan dini, fəlsəfi, humanist fikirlər Şərq ədəbiyyatı onun ayrılmaz tərkib hissəsi olan Azərbaycan ədəbiyyatına dərin təsir göstərmiş, Xeyirlə Şərin, İşıqla Qaranlığın mübarizəsi yaranan yeni əsərlərin əsas motivini təşkil etmişdir.

Azərbaycanda tanrıçılığa, Tanrı dininə söykənən inanclar yayılmışdır. Ölkəmizin yerləşdiyi regionun hələ eramızdan əvvəldən ümumtürk məkanının mühüm tərkib hissəsi olması Azərbaycanda türklüyün sosial, siyasi, mədəni mövqeyini gücləndirərək Azərbaycan ədəbiyyatının ideya istiqamətlərinə əsaslı təsir göstərmişdir. Türk mədəniyyətinin şah əsərlərindən olanKitabi Dədə-Qordudeposu Azərbaycanda müxtəlif türk etnoslarının qaynayıb-qarışması nəticəsində vahid xalqın formalaşdığı dövrdə ortaq, ümumi dastan şəklində təşəkkül tapmışdır. Tariximizin bədii inikası olan dastanda Azərbaycan türklərinin öz əski etiqadlarından İslama keçməsinin işartıları hiss olunur. Dastanın bəzi boylarında qayanın qaplanının erkəyində”, “ sunqur quşunun erkəyindəkökləri olduğunu unutmayan oğuzlara saqqallı mollanın azan çəkməsisaqqallı uzun tat ərinin banlamasıkimi görünür. Duxa Qoca oğlu Dəli Domrul isəyaxşı igidlərin canını alanƏzrayılla döyüşə girir. Lakin zaman keçdikcə oğuzlaradı gözəl Məhəmməd diniyolunda döyüşlərə başlayırlar.

 

lələkli iri oxunu ver mənə,

Atıb sancım istədiyin düşmənə.

Ala gözlü üç yüz igidi qoş mənə,

Məhəmməd dini yolunda döyüşüm mən.

 

Bundan başqa dastanda Dədə Qorqudun özünün Məhəmməd peyğəmbərin zamanına yaxın yaşaması (“Rəsul əleyhissalam zamanına yaxın Bayat boyundan Qorqud Ata derlər bir ər qopdu”) qeyd olunur.

 

(Ardı var)

525-ci qəzet.- 2013.- 5 sentyabr.- S.6.