Əbülfəs Qarayev Koreyanın nüfuzlu televiziya şirkətinin prezidenti ilə görüşüb

 

 

Azərbaycan Respublikasının mədəniyyət turizm naziri Əbülfəs Qarayev ilə Koreya RespublikasınınArirangTeleviziya Radio şirkətinin prezidenti icraçı direktoru Sohn Jie-Ae arasında görüş keçirilib. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, görüşdəArirangTeleviziya Radio şirkətinin Xəbərlər departamentinin müdiri Kim Joong Shik, Koreya Respublikasının Azərbaycandakı səfiri Choi Suk-inn iştirak ediblər.

Azərbaycan Respublikası ilə Koreya Respublikası arasında mədəniyyət turizm sahəsində əlaqələrin inkişafı, Koreya Azərbaycanın mədəniyyət turizm potensialının qarşılıqlı şəkildə mədiada işıqlandırılması iki ölkə arasında müvafiq sahələrdə əməkdaşlıq perspektivləri müzakirə olunub.

Ə.Qarayev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin məqsədyönlü xarici siyasəti nəticəsində Azərbaycan-Koreya əlaqələri yüksələn xəttlə inkişaf edir.

Qarşılıqlı olaraq son illərdə Koreya Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı müxtəlif aksiyalar keçirilib bu tədbirlər iki xalqın yaxınlaşmasında mühüm rol oynayıb.

Azərbaycanın inkişafına heyran olduğunu bildirən Sohn Jie-Ae ölkəmizin inkişafının onda böyük təəssüratlar yaratdığını, Koreya Azərbaycan xalqları arasında bir sıra oxşar cəhətlərin olduğunu bunun da əməkdaşlığın daha da yaxşı inkişafı üçün zəmin yaratdığını qeyd edib.

Görüşün sonunda müzakirə olunan məsələlərin konkret layihə şəklində hazırlanaraq mübadilə olunması barədə razılığa gəlinib.

 

S.ABDULLAYEVA

525-ci qəzet.- 2013.- 5 sentyabr.- S.7.