Dinin Azərbaycan mədəniyyətində və ədəbiyyatında yeri (davamı)

 

 

VII əsrdə İslamın zühuru onun tezliklə böyük coğrafi məkanda yayılması, İslam dövləti Xilafətin meydana gəlməsilə bir çox xalqları özündə birləşdirməsi ümümislam mədəniyyətinin formalaşmasına əsas yaratdı. Yaranan ortaq mədəniyyət ehtiva etdiyi xalqların ədəbiyyatına, bədii təfəkkürünə sirayət etdi. Yaxın Orta Şərqin üç böyük xalqıtürklər, ərəblər, farslar artıq yeni dəyərlər islami meyarlarla birləşdi. İslam dininin aşıladığı dini birlik bu xalqları yeni ədəbi-mədəni əlaqələrə daxil etdi. Beləliklə ədəbiyyat sahəsində qarşılıqlı olaraq mövzu, ideya, ədəbi formalar, janrlar, məcaz növləri, əruz vəzni sairənin mübadiləsi prosesi başlandı.

İslam dünyagörüşü özündən əvvəlki dinlərin mütərəqqi cəhətlərini qəbul etdiyinə görə bu dövrdə yaranan əsərlər artıq ümumbəşəri xarakter almağa başlayır. Türkçülüklə İslamın qarşılıqlı əlaqəsindən doğan yeni ideya ədəbiyyatımızın inkişafına güclü təkan verir. Bu baxımdan, qədim dövr Azərbaycan ədəbiyyatının qüdrətli nümayəndəsi Nizaminin yaradıcılığında türk-Azərbaycan təfəkkürünün İslamla qarşılıqlı əlaqəsi nəticəsində yaradılan sənət əsərlərinə rast gəlirik. Sənətkarın yaratdığı əsərlərində dövrünün mühüm ictimai-fəlsəfi məsələləri ilə yanaşı, İslama verilən yüksək dəyər hiss olunur. Nizami klassik dövrün ənənələrinə uyğun olaraq əsərlərinə Allahın birliyinin tərənnümü mövzusunda tövhid, Allahın fəzilətlərinin tərənnümü Allaha yalvarışı məzmununda olan minacat, Peyğəmbərin tərifi haqqında nətlə başlayır.Xəmsə”nin ilk peoması olanSirlər xəzinəsi”ndə tövhid, minacat, nət başlıqları altında Allahdan, peyğəmbərdən söz açan şair, onlara böyük ideallar naminə müraciət edir, düzlük, doğruluq, təmizlik dövrünün, İslamın ilk illərinin həyatını qaytarmağa çağırır. Məqalət hekayələrdən ibarət olan bu poemada şair hökmdarın xalqa rəftarı məsələsini müxtəlif aspektlərdən təsvir edir. Dahi sənətkar dövrünün hökmdarlarını gah axirətlə qorxudur, bu dünyada törətdikləri bəd əməllərin cəzasını o dünyada alacaqları ilə hədələyir, gah da onlara zülmlərinin bu dünyada gətirəcəyi zərəri xatırladır. Bu poemadaAdəmin yaradılmasına dair”, “İsa peyğəmbərin hekayəti”, “Yaradılışın hüsnünə dair s. hisslələrdə dini mövzular, dünya-axirət məsələləri yer alır. Azərbaycan xalqının tarixi ilə səsləşən, maraqlı məzmuna malikXosrov Şirinpoemasında yüksək bəşəri dəyərləri təbliğ edən Nizami dərin psixoloji surətlər yaradaraq insanın mənəvi təkmilləşmə prosesini göstərmişdir. Şair Şirin obrazında ismətli qadın qürurunu təsvir edir bu qadının hədsiz dərəcədə sevdiyi Xosrovla kəbinsiz evlənməyəcəyini bildirir. Nizami Xosrovun faciəsini İslam tarixindən götürdüyü tarixi hadisə ilə, Məhəmməd peyğəmbərin (s) Xosrova məktub yazıb, onu İslam dininə dəvət etməsi, şahın isə bu məktuba etinasızlıq göstərib, onu cırması ilə əlaqələndirir.

XIII əsrdən etibarən doğma dilimizdə gözəl sənət əsərlərinin yarandığının şahidi oluruq. Bu dövrdə sufi-mistik ideyalar ədəbiyyatda özünə yer alır. Anadilli ədəbiyyatımızın ilk nümayəndələrindən biri Şeyx Səfiəddin Ərdəbili sufizmin tanınmış təriqətlərindən olanSəfəviyyətəriqətinin banisidir. Səfəviyyə şiə təriqətidir. Səfəvi müridləri başlarına 12 imama işarə olan qırmızı zolaqlı yun papaq qoyardılar. Mürşid, dini rəhbər kimi fəaliyyət göstərən S.Ərdəbili bədii yaradıcılıqla məşğul olmuş əsərlərində sufi ideyalarını təlqin etmişdir. Onun poetik yaradıcılığında tövhid ideyalarına rast gəlinir:

 

 

Səhvsiz, yanlışsız camalın

                                    Quran olmuş,

Qəzavü qədər müşk ilə onu yazmış.

Gözün, ağzın vəqf ayəsi,

                                  qaş məddə tək,

Kirpik erab, xal yanağında nöqtə tək.

 

Göründüyü kimi sənətkar insanın üzünü Qurana, qaş, göz, xətt xalını isə Quran ayələrinə bənzədir ki, bu da İnsan varlığında İlahi hikmətin qəbulu ilə əlaqədar idi.

Dövrün digər qüdrətli nümayəndəsi Şeyx İzzəddin Həsənoğlu da sufi şeyxi olmuşdur. Qaynaqlarda o, qüdrətli şair olmaqla yanaşı, həm görkəmli təriqət şeyxi, ürfan başçısı, həqiqi salik tanınmış mütəsəvvüf kimi xatırlanır. ŞairinApardı könlümü...” qəzəlində dünyəvi eşqlə sufiyanə məhəbbətin qovuşuq şəkildə verildiyini, fəlsəfi-ürfani sevgisini görürük.

Nəimidən sonra hürufiliyin şeyxlərindən olmuş İmaməddin Nəsimi təkcə Azərbaycan ədəbiyyatında deyil, ümumiyyətlə İslam Şərqində ictimai-fəlsəfi şeirin ən görkəmli nümayəndələrindən sayılır. Nəsiminin təriqət poeziyasını hürufiyanə, sufiyanə şeirlər təşkil edir. Şair Adəm övladına ilahi varlığın bir zərrəsi bir sıra ilahi sifətlərin daşıyıcısı kimi baxır. İnsan-Tanrı münasibətləri onun yaradıcılığının ən başlıca təsvir tərənnüm obyektidir. Nəsimi insanı ilahi varlıqla eyniləşdirərkən tövhidi təsəvvür deyimlərdə yalnız Allaha aid edilən bir sıra termin səciyyəli ad anlayışlardan istifadə edir:

 

 

...Nəsiminin vücudi Fərdi-mütləq,

Bu tövhidin əhəddəndir əsasi.

...Mən Vücudi-mütləqəm,

                                     mütləq dedim

Həq tanıqdır, Həq bilir ki,

                                          Həq dedim.

 

Bəşəri həqiqətin mahiyyətcə ilahi həqiqət kimi dərki qəbulu Nəsimini son nəticədə ona gətirib çıxarır ki, elə insan özü Xaliq kimi səcdəyə layiq varlıqdır. İnsanın səcdəyə layiq olması fikri isə Quran ayələri, o cümlədən əl-Bəqərə surəsinin 34-cü ayəsindəki “Biz mələklərə: “Adəmə səcdə edin! dedikdə, İblisdən başqa hamısı səcdə etdihökmü xəbəri ilə möhkəmləndirilir. Səcdə olunmalı məbud yalnız Allahdır. Deməli, Xaliq bəşər övladını özünəbənzər, səcdə olunmalı varlıq kimi xəlq etmişdir.

NəsimiSözqəzəlində hürufilərin sözə münasibətini aydın göstərir. Qəzəldə Məhəmməd peyğəmbərin (s) “Möminin qəlbi Allahın ərşidirhədisini xatırladan Nəsimi Əli ibn Əbu Talibin Ya kafüha əuzu bikə” (“Ey yolgöstərən sənə sığınıram”) kəlamına da toxunur. Bunun səbəbi odur ki, şairə görə, peyğəmbər sözü könül aləmində bir xəzinə, İmam Əli isə onu yardım nicat vasitəsi hesab edirdi:

 

 

Ərşi rəhman dedi nəbi könülə,

Çünki gördü könüldə kandır söz.

Dedi: “ya kafüha, əuzu bikə”,

Çün Əli bildi müstəandır söz.

 

NəsimininDaim ənəlhəq söylərəm, həqdən çü Mənsur olmuşam  misrası ilə başlayan qəzəlində İslam peyğəmbəri ilə bağlı bir əhvalata işarə edilir:

 

İrdim qaşın meracına kim,

                        qabü-qövseyn oldurur,

Vüslət şəbindən gör məni,

                sər ta qədəm nur olmuşam.

 

Ən-Nəcm surəsinin 9-cu ayəsində toxunulduğu, həm dini əhvalatlarda deyildiyi kimi, İslam peyğəmbəri İsra deyilən gecədə Allah-Təalanın izniylə meraca-onun dərgahına getmiş, hətta onunla danışmışdır. Qayıtdıqdan sonra peyğəmbərdən soruşmuşlar ki, Allaha hansı məsafədə yaxınlaşa bilmişdi. O isəqabü-qövseyn” (“iki qövs məsafəsi”) cavabını vermişdi. Peyğəmbərdən həm soruşmuşdular ki, Allahı hansı şəkildə görmüşdür. Peyğəmbər cavabında “Mən nur gördümdemişdi.

 

(Ardı var)

525-ci qəzet.- 2013.- 6 sentyabr.- S.6.