Niyazinin arxiv materiallarının kataloqu hazırlanıb

 

  

Dahi dirijor, bəstəkar musiqiçi, ictimai xadim Niyazinin anadan olmasının 100 illiyi münasibətilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi tərəfindən arxiv materiallarından ibarət xüsusi kataloq tərtib edilib.

Niyazinin arxiv materialları Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində  adlanan kataloq Mədəniyyət Turizm Nazirliyinin dəstəyi ilə nəşr olunub. Layihənin rəhbəri elmi redaktoru Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Alla Bayramova, tərtibçi redaktoru Rza Bayramovdur. Kataloqun hazırlanmasında muzeyin təcrübəli əməkdaşları Alla Fyodorova, Xanım Abdinova, Ülviyyə Mehdiyeva Ofelya Babayeva yaxından iştirak ediblər. Belə qiymətli nəşrin ərsəyə gəlməsi Niyazınin bioqrafiyası biblioqrafyasının professional səviyyədə tərtib olunması istiqamətində yeni uğurlu addımın atıldığını deməyə əsas verir.

Muzeyin direktoru, layihənin rəhbəri A.Bayramova kataloqa yazdığıÖn söz”də bildirir ki, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin kolleksiyasında saxlanan 50 mindən artıq materialın 6200 nüsxəsi Niyaziyə aiddir. Muzeyin filiallarından biri olan Niyazinin mənzil-muzeyində Maestronun həyat yaradıcılığına, coxşaxəli fəaliyyətinə aid olan minlərlə nüsxədə müəllif (not) əlyazmaları, məktublar, fotolar, sənədlər, proqramlar, afişalar, kitablar, vallar, rəsm heykəltəraşlıq nümunələri, hədiyyələr, şəxsi geyimlər, əşyalar qorunub-saxlanır. Kataloqa bu muzey eksponatlarından arxiv fondundan yalnız 458 ədəd material daxil edilib. “Not əlyazmaları”, “Sənədlər”, “Proqramlar”, “Afişalar  bölmələrində materiallar xronoloji ardıcıllıqla təqdim olunub.

Kataloqla ilk tanışlıq Niyazinin mənzil-muzeyinin açılışını fəaliyyətini əks etdirən foto materiallardan başlayır. Ulu Öndər Heydər Əliyevin mənzil-muzeyin açılış mərasimində iştirakından, dünya şöhrətli musiqiçilərin, o cümlədən, M.Rastropoviçin, B.Davidoviçin F.Bədəlbəylinin, X.Qasımovanın, F.Əlizadənin başqalarının muzeyi ziyarətindən, muzeydəki tədbirlərdənbəhs edənfotolar, eyni zamanda dahi sənətkara əbədi ehtiramı əks etdirirlər.

“Not əlyazmalarıbölümü, əslində, Niyazinin müəllifi olduğu, orkestrləşdirdiyi, işlədiyi musiqi əsərləri, bu əsərlərin yaranma tarixi, həcmi haqqında qiymətli məlumatlar toplusudur. Məsələn, bu bölümdə NiyazininAlmaz”,  Kəndlilər”,  Səfər”, “Fətəli xankino-filmlərinə bəstələdiyi musiqinin not əlyazmaları, onun fortepiano üçün, səs ilə orkestr üçün, xor ilə orkestr üçün, eləcə simfonik xalq çalğı alətləri üçün müxtəlif illərdə yazdığı əsərlər, “Xosrov Şirinoperasının, “Çitrabaletinin əlyazmaları, Ü.HacıbəylininArşın mal alanmusiqili komediyasının simfonik orkestr üçün orkestrləşməsi xronoloji qaydada təqdim olunur.

Məlumdur ki, Niyazi xalq musiqisinə dərindən bələd olmuş, sevmiş, yaradıcılığında muğamlara, xalq mahnılarına rəqslərinə həmişə müraciət etmişdir. Kataloqla tanışlıqdan məlum olur ki, Niyazi onlarla xalq mahnılarını, rəqsləri orkestr, ayrı-ayrı alətlər, səs ilə orkestr üçün işləmişdir. Nəşrdəki maraqlı faktlardan biriNiyazinin şikəstələri, o cümlədən, “Kəsmə şikəstə”ni simfonilk orkestr üçün işləməsidir.  Qeyd edək ki, Niyazi 1930-cu illərdə və ondan sonra da muğamların, zərbi-muğamların, şikəstələrin nota yazılmasında və işlənilməsində böyük əmək sərf etmişdir. Xüsusilə, Cabbar Qaryağdı oğlunun ifasından muğamları nota yazması, bu əlyazmaların indiyə qədər qorunması musiqişünaslıq elmi üçün yeni tədqiqat mövzuları deməkdir. Mütəxəssislər kataloqda bu barədə də konkret mənbələrlə tanış ola bilərlər.

Kataloqun “Sənədlər”, “Proqramlar”, “Afişalarbölümü Maestronun həyatı, yaradıcılığı, konsertictimai fəaliyyəti haqqında zəngin muzey materialları ilə yaxından tanışlıq imkanı verir. Materialların məzmunu XX əsr musiqi mədəniyyətimizi, demək olar, yetərincə əhatə edir. Bu bölmələrdəki maraqlı və qiymətli faktlar XX əsrin musiqi həyatı haqqında  geniş təsəvvür yaradır. Nəşrdəki konsert porqramları və afişaları Niyazinin XX əsrdə Azərbaycanın konsert həyatında, musiqi əlaqələrinin inkişafında, xarici ölkə və rus bəstəkarlarının Azərbaycanda tanıdılmasında müstəsna xidmətləri haqqında dəyərli sənəd kimi maraq doğururlar.

Niyazinin not əlyazmalarının, müxtəlif sənədlərinin, diplomlarının, konsert proqram və afişalarının foto-şəkilləri də kataloqa daxil edilmişdir ki, bunlar da nəşri daha baxımlı, oxunaqlı və maraqlı edir, onu musiqi mədəniyyətimizin sənədli toplusu kimi səciyyələndirir.

Ümumiyyətlə, Niyaziyə aid əlyazmaların, proqramların, afişaların, sənədlərin, foroların bir kataloqda cəmlənməsi, çoxlu sayda muzey materiallarının müəyyən qaydada tərtib edilməsi muzey incəsənətinin və turizminin müasir tələblərinə cavab verməklə, Niyazi yaradıcılığını təbliğ etməklə yanaşı, əslində, musiqişünasların yeni tədqiqatları üçün real faktları və mənbələri  də açıqlayır.

Musiqi Mədəniyyəti Dövlət Muzeyinin layihəsi kimi nəşr olunan kataloq professional musiqiçilər, musiqişünas-tədqiqatçılar, mütəxəssislər tərəfindən maraqla qarşılanmış və müsbət qiymətləndirilmişdir. Bu maraqlı layihədə əməyi olan bütün muzey əməkdaşlarına musiqi ictimaiyyəti adından təşəkkürümüzü bildiririk.

 

Ariz ABDULƏLİYEV

Ü.Hacıbəyli adına BMA-nın dosenti

525-ci qəzet.- 2013.- 6 sentyabr.- S.7.