Azərbaycan nəşrləri Moskvadakı
böyük kitab sərgisində maraqla
qarşılandı
Dünyanın 50 ən böyük
sərgi mərkəzindən
biri sayılan Moskva Ümumrusiya Sərgi Mərkəzində
möhtəşəm kitab
sərgisi fəaliyyətə
başlayıb. Sentyabrın
4-dən 9-na kimi davam edəcək bu sərgidə dünyanın
bir çox ölkələrində, o cümlədən
Azərbaycanda, Rusiyada,
Türkiyədə, Qırğızıstanda,
Çində, Misirdə,
İranda, Türkmənistanda
və digərlərində
yayınlanan kitablar təqdim olunur. Azərbaycanı təmsil
edən nümayəndələrin
- Mədəniyyət və
Turizm Nazirliyinin sektor müdiri Çingiz Əlioğlunun
və bölmə məsləhətçisi Faiq
Xudanlının verdikləri
məlumata görə,
sərginin hələ
ilk günlərindən kitablarımız
buraya gələn qonaqların, eləcə də Rusiyada yaşayan həmvətənlərimizin
böyük marağına
səbəb olub.
Sərgidə qardaş Türkiyədən
gələn təmsilçilər
də bir çox yayım evlərinin nəşri olan kitabları nümayiş etdirirlər. Onların
sırasında istedadlı
türk yazarı İmdat Avşarın yazdığı və çevirdiyi kitablar - Azərbaycan xatirələrini
əks etdirən “Azərbaycan" adlı kitab, həmyerlimiz, Avrasiya Yazarlar Birliyinin üzvü şairə Afaq Şıxlının “Dostlarım
bana da bahar
gönderin!” şeirlər
toplusu, tanımış
yazıçı Əjdər
Olun “Komutanın maymunu” kitabı xüsusi yer tutur.
Türkiyəni təmsil edənlərdən
Ankara Qazi Universitetinin
müəllimi, Avrasiya
Yazarlar Birliyinin üzvü Hüseyn Demirtola, Moskvadakı Türkiyə səfirliyinin
mədəniyyət üzrə
attaşesi Celal Kılıçın, müavini
İlker bəyin, Türkiyə Mədəniyyət
və Turizm Nazirliyinin əməkdaşı
Demet Koç və başqaları Azərbaycan və Türkiyə əlaqələrinin
daha da möhkəmlənməsində
ədəbiyyatın və
incəsənətin mühüm
rol oynamasından danışıblar. Rusiya dövlət
radiosunun “Rusiyanın səsi” redaksiyasının
türk bölməsinin
müxbiri Tatyana Şuvalova
şirin türk ləhcəsində müxtəlif
suallar verərək bu sərgi haqqında
iştirakçıların fikrini öyrənib.
Sərginin ilk gününə xatirə
fotoşəkillərinin çəkilməsiylə
yekun vurulub.
525-ci qəzet.-
2013.- 6 sentyabr.- S.7.