Dinin Azərbaycan mədəniyyətində və ədəbiyyatında yeri (davamı)

 

 

XIV əsr anadilli ədəbiyyatımızın Nəsimidən sonra ikinci böyük sənətkarı hökmdar-şair Qazi Bürhanəddindir. Hənəfi məzhəbinə meyl göstərən Qazi yaratdığı dövləti ədalətlə, şəriət qaydalarına fiqhə (müsəlman hüququna) uyğun qanunlarla idarə etməyə çalışmışdır. Qazinin təriqətə rəğbəti, təriqət ideya görüşlərinin yaradıcılığında təcəssümü görülür. O, ərəbcəİksir əs-səadət fi əsrar əl-ibadət” (“İbadətin sirlərində səadət iksiri”) Tərcih ət-tavzih” (“Aşkarın üstünlüyü”) adlı əsərlər yaratmışdır. Üç hissədən ibarət birinci əsər din ibadətlə bağlıdır. Təlvih” (“Nizamnamə” – Səd əd-Din Taftazi) əsərinin tənqidinə həsr olunmuş ona cavab kimi qələmə alınmış ikinci əsəri isə fiqhin qanunları barədədir. Q.Burhanəddinin divanında az da olsa, dini məzmunlu poeziya nümunələriilahilər  vardır. Bilirsin ki, günahum çox, ilahi”, “Ya ilahi, ya ilahi, ya ilahmisraları ilə başlayan qəzəllər bu mövzuda qələmə alınmış şeirlərin mükəmməl örnəklərindən sayıla bilər. Tanrıya müraciətlə yazılmış həmin əsərlərdə başlıca məzmun ideya yaradıcı idarəedici qüvvə kimi Xaliqə yalvarış ondan kömək ummaq istəyi ilə əlaqədardır. Təbii ki, bu ilahilərdə Allah-bəndə münasibətləri, bəndənin acizliyi, çarəsizliyi, günahların bağışlanması diləyi, Yaradanın qüdrətinə sığınmaq istəyi öz bədii ifadəsini tapmışdır.

Bu dövrdə anadilli ədəbiyyatımızın nümayəndələrindən olan Nəsir Bakuvinin yaradıcılığı haqqında çox məlumat olmasa da, onun Elxani hökmdarı Sultan Məhəmməd Ulcaltuya həsr olunmuş müxəmməsi bizə gəlib çatmışdır. Elxani hökmdarı Qazan xanın İslamı rəsmi dövlət dini elan etməsilə qeyri-müsəlman əhalinin böyük bir hissəsinin, o cümlədən Sultan Məhəmməd Ulcaytunun da İslam etiqadını qəbul etməsini alqışlayır.

XIII əsr Azərbaycan poeziyasının ən gözəl nümunələri sırasına daxil olanDastani Əhməd Hərami”də əsas diqqət ictimai-tarixi mühitə deyil, daha çox qəhrəmanların xarakterində cəmlənir. Bu zaman şair İslam dininin yüksək humanist dəyərlərini bədii təqdimat obyektinə çevirir  belə qənaət hasil olunur ki, insan yalnız əxlaqi-mənəvi dəyərləri, xoş əməlləri ilə ucalır, şər, fitnə-fəsad yolunu tutanların sonu bədbəxtliklə bitir.

Bu dövrdə anadilli poeziyamızın digər nümunəsi Qul Əlinin QurandakıYusifsurəsi ilə bağlı olanQisseyi-Yusifpoemasında İslami dəyərlər nəzərə çarpır. Müəllif insanları İslam şəriətinin əsasını təşkil edən xeyrə, ədalətə, insansevərliyə, düzlüyə, insaf etiqada dəvət edir, insana yaraşmayan mənfi sifətlərdən çəkindirir. Bu  əsərdə  doğruluq səmimilik kimi insani keyfiyyətlər təbliğ edilir, son nəticədə bunların insana gətirəcəyi xeyir açılıb göstərilir.

XIV əsrdə Suli Fəqih Mustafa Zərir kimi Azərbaycan şairləri Quran motivləri əsasında qurulmuşYusif Züleyxamövzusunda ana dilində əsərlər yaratmışlar.

XVI əsr Azərbaycan ədəbiyyatının görkəmli siması olan Şah İsmayıl Xətai siyasi mədəni tariximizin ən parlaq səhifələrindən birinin yaradıcısı kimi tanınır. Lirik şair olan Xətainin şeirlərinin, xüsusilə qoşma gəraylılarının ana xəttini şiə-qızılbaşlıq təriqətinin tərənnümü təşkil edir. Hökmdar şair şiəliyi təbliğ etməklə dövlət qurmaq, onun siyasi-ideoloji əsaslarını möhkəmləndirmək, ölkə əhalisini vahid bayraq bir ideya ətrafında birləşdirmək məqsədi duyurdu. Belə ideya isə Şah İsmayılın nəzərində qızılbaşlıq idi. Bu təriqət zülmə, əsarətə, ədalətsizliyə qarşı etiraz, haqqa, doğruluğa, bərabərliyə çağırış rəmzi kimi tərənnüm edilirdi.

Qızılbaşığı təbliğ edən şeirlərində Xətai imam Əlini təriqət mürşidi, mərdlər şahı adlandıraraq, Allahdan Məhəmməd peyğəmbərdən sonra ən böyük qüdrət sahibi hesab edir.

Xətainin şeirlərinin mühüm hissəsi sufilik görüşlərinin təbliğinə həsr olunmuşdur. Sufi ideyaları onun əsərlərinə dərin humanist məzmun gətirmişdir. Xətaiyə görə, insanın güzgüsü-daxili aləmi təmiz olmalıdır. Güzgüsü saf olan insan ən yaramaz insandır, onun yaxşılığına, insan adını doğrultmasına heç bir ümid yoxdur. O, ən yüksək insani keyfiyyətləri sufilərdə axtarır. Şair müridlərini əsl sufi kimi hərəkət etməyə, sufi adını uca tutmağa çağırır:

 

 

 

Sufi isən, alıb-satma,

Halalına haram qatma,

Yolun əyrisinə getmə,

Doğru yola nəzər eylə.

 

 

 

Azərbaycan, eləcə də Şərq xalqlarının ədəbiyyatına qüvvətli təsir göstərən Məhəmməd Füzuli İslam mədəniyyətinin hər üç aparıcı-işlək dilində – ərəb, fars, türk – ölməz əsərlər yaratmışdır. Füzuli əsərlərində dini-şiəlik görüşlərini əks etdirir, dini  məsiyə və mənqəbələr yaradır, Məhəmməd peyğəmbəri və İmam Əlini öyür, təbliğ edir ki, bu da onun dini etiqadimamlara sadiq qalmasından irəli gəlirdi. Şairin irili-xırdalı bütün epik əsərləri Allahın adı ilə başlayır. “İnsanın dini ağlıdır, ağlı olmayanın diniolmaz” hədisinə tərəfdar çıxan Füzuli İslam dinində ağla və biliyə əhəmiyyət verilməsini ürəkdən bəyənmiş, hikmətamiz hədis və kəlamların yayılmasını önəmli məziyyət kimi başa düşmüşdür.  Füzulinin “Mətlə ül-etiqad” əsərində bir sıra fəlsəfi-dini məsələlər-dünyanın yaranması, Allahın varlığı, onun sifətləri, peyğəmbərlik, məşhər, haqq-hesab, dünyanın axırı, insanların günah və savablarının ölçülməsi ilə əlaqədar görüşləri və s. yer almışdır. Əsərdə bu məsələlərlə bağlı olaraq yeri gəldikcə filosofların, şəriətçilərin, təriqətçilərin, sufilərin, ateistlərin mülahizələri verilir. Əsər imamətlə bitir. Füzuli şiə görüşlərinin tərəfində duraraq imamətin vacib olduğunu göstərir.

FüzuliYeddi Cam” əsərində göstərmək istəyir ki, dünyanın sirlərini ancaq İslam peyğəmbəri Məhəmməddən (s) öyrənmək olar. Nəticə etibarilə, şair mütrübün sözlərilə bütün fikirlərə yekun vuraraq şəriət mövqeyində durduğunu göstərir.

Kərbəla vaqiəsi və Həzrəti Hüseynin şəhidliyi müsəlman dünyasında mərsiyə mövzusuna çevrilmiş, ərəb, türkfars dillərində saysız-hesabsız mərsiyələr yaranmışdır. Bundan başqa, həmin mövzuda çoxlu məqtəli-Hüseynilər də yazılmışdır. Kərbəla döyüşünü ilk dəfə olaraq ərəb tarixçiləri öz əsərlərində işləmiş, məlumat vermişlər. Əhli-beyt tərəfdarları olan şairlər isə ilkin çağlardan başlayaraq mərsiyələr qoşmuş, qəmli şeirlərdə bu müsibəti canlandırmışlar. Azərbaycan ədəbiyyatında hələlik bəlli olduğu üzrə ilk dəfə olaraq Nişati məqtəl mövzusunda əsər yaratmış, Şah Təhmasibin əmri və Şiraz hakimi Sərxan Zülqədərin göstərişi ilə Hüseyn Vaizinin “Rövzətüş-Şühəda” əsərini “Şühədanamə” adı altında 1538-ci ildə türkcəyə tərcümə etmişdir. Məqtəl yazmaq ənənəsi Füzuliyə qədər artıq yayılmışdı.

 

(Ardı var)

525-ci qəzet.- 2013.- 7 sentyabr.- S.30