Bomba (hekayə)
Səfəralı Sonanın yeddi arxa dönənini yaxşıca yuyub sərəndən sonra çıxıb
darvazanın qabağındakı
kötüyün üstündə
oturmuşdu.Daş dəymiş
ayı təki donquldanırdı.Əlacı olsaydı,
başını götürüb
bu xarabadan gedərdi.Çox təəssüf
ki,başqa gedəsi yeri yoxuydu.Ona görə də məcbur olub hər gün Sonanın ona dediyi tikanlı sözləri udurdu.Arada bir,o da fürsət
düşən kimi, arvadının keçmiş
keçəcəyini yağlayırdı.
Səfəralının xeyli yaşı varıydı və kənddə hamı onu yaxşı
adam kimi tanıyırdı.Əllərinin qabarı hesabına ev-eşik tikmişdi,oğul-uşaq
böyütmüşdü.Babalı deyənlərin boynuna,bədbəxt
hadisə onu qəflətən yaxalamışdı.İnişil
qapıdakı ot tayasından yıxılandan
sonra Səfəralının
ağlı bir balaca yerindən oynamışdı.Rayon mərkəzində
ki, xəstəxananın
həkimlərinin yekdil
rəyi belə olmuşdu ki,Səfəralının
müalicəsinin yeganə
yolu budur ki, o, çox sakit,dinc həyat şəraiti ilə baş-başa qalmalıdır.Səfəralıdan
olsaydı, dinc həyat yaşaya bilərdi,di, gəl ki,arvadı Sona ona dinclik vermirdi.Demək
olar ki,hər gün onu didib
dalayırdı.Ağzına gələni onun sifətinə şillə
təki vurur,bəzən
də Səfəralını
yumruqla döyəcləyir,ona
ərə gəldiyi günə qarğış
tökürdü.Səfəralı gül kimi ev-eşiyindən
didərgin düşmüşdü.
Səfəralını harada axtarsaydın, kənddəki dükanın
qabağında tapmaq olardı.Bekar-behdin qalan cavanlar üçün Səfəralı əsl əyləncə yerinə
çevrilmişdi.Cavanların əhatəsində Səfəralı
özünü çox
yaxşı hiss edirdi.
Şeytana papış tikən
cavanlar əsgərlikdən
söz açan kimi Səfəralı da xatirələrini danışmağa başlayırdı.Dərindən
köks ötürüb
deyirdi:
–Eh,ay bala, mənim
əsgərliyim o xarabada,
İrəvanda keçdi.Allaha
and olsun ki,ermənilərin
anasını ağladırdım.O
boyda İrəvan əlimdən qan ağlayırdı.İndi o dığalar
qudurub,gəlib torpağımıza
soxulublar.İrvahımın(böyük oğlunu nəzərdə tuturdu)başı haqqı,onlardan
qisasımı düz
Leninin heykəlinin dalında almışam.Söz
vaxtına çəkər,elə
yaz ayıydı,samavolkaya
qaçmışdım.Haykanuş adında bir erməni qızı ilə gəzirdim.Qaş qaralanda Haykanuşu düz gətirdim Leninin heykəlinin yanına,bir balaca öpüşəndən sonra
gördüm ki,Haykanuş
od tutub yanır,kopaq qızı sırmaşıb mənə,yalvarır
ki,Safarali di davay,delay,umalyayu,ara,gözünü döymə də,davay delay.Əlimdə bir uzun ip varıydı,onu
ilgəh qarmaq edib keçirdim Haykanuşun qılçalarına,ağappaq
baldırları görəndə
şirə döndüm.Səhərə
qədər Haykanuşu
yalvartdım,axçik elə
hey deyirdi,davay,Safaralı davay...
Cavanlar da bir-birinə göz vuraraq deyirdilər:
–Halal olsun,Səfəralı
dayı qisasımızı
alıb,day burda bizlik bir iş
yoxdu.Səhərisi Səfəralı
başqa bir söhbət edirdi.İtin-qurdun
başına oyun açan cavanlar Bərdə bazarından bir hərbi forma alaraq Səfəralıya geyindirmidilər.Kartofdan da
bir möhür düzəldərək ona
bir arayış yazmışdılar.Məzmunu təxminən
belə idi:-Həmin arayış verilir Hümbətov Səfəralı Azad oğluna,
ondan ötəri ki, o,həqiqətən Azərbaycanın Qəhrəmanıdır.Qəhrəmanın
bütün imtiyazları
ona da aiddir.Və
ilaxır və sairə.Hərbi formanı
geyinib,arayışı da
döş cibinə qoyan Səfəralı əvvəlcə Bərdə
də,sonra Ağdam da,Tərtər də və digər cəbhə bölgələrində
gənclərə” vətənpərvərlik”
dərsi keşirdi.Arayışı
ona düzəldən
lotular da Səfəralını “Mersedesə”
mindirərək kəndbəkənd
gəzdirirdilər.
Bir gün Səfəralı Bərdə də təsadüfən Vaqif həkimlə tanış
oldu.Həmin tanışlıqdan
sonra Səfəralının
imtiyazları daha da çoxaldı.Vaqif həkim onu daha yüksək dairələrlə tanış
etməyə söz vermişdi.Səfəralı da
həkimə borclu qalmamışdı.Ona bir-iki
dənə lalıxlamış
xurma gətirib vermişdi və ona demişdi ki,sən Qəhrəmanın,
şir oğlu şirin xurmasını yeyirsən.Səfəralı Vaqif
həkimə danışırdı
ki,cavanlıqda rayondakı
pajarnı da sürücü içləyirmiş.Bir
gün Səfəralı
növbətçi olan
vaxtı hansı kənddəsə yanğın
baş verib.Səfəralı
pajarnı maşını
işə salanda məlum olub ki,maşında benzin yoxdur.Həmin vaxt kimsə Səfəralıya
deyib ki,maşının
benzinini qaraj müdiri Alməmməd kiməsə satıb.Səfəralı
Alməmmədi tapan kimi otaqdakı taburetkanı onun başına vurub və çox pis bir söyüş
də söyüb.Alməmmədin
başı yarılıb
və qan onu aparanda Səfəralı
aradan çıxıb..Səfəralı başa
düşüb ki,onu
tutacaqlar,asta qaçana
imam qənim deyərək,
Bakıya qaçıb.Dəmiryol
vağzalının yaxınlığındakı
xəstəxanada həkim
Səfəralının dediyini
eləmədiyi üçün
onu möhkəm döyür.Səfəralı həkimə
xahiş edir ki,onu dəli kimi xəstəxanaya qəbul etsin.O da eləmir və həmin dava baş verir.Səfəralını
tutub sarıyırlar və həqiqətən də Səfəralının
dəlixana dediyi xəstəxanadan gəlib
onu aparırlar.
Səfəralı danışır ki,onu dəlixanaya gətirəndən sonra baş həkim və bir tibb
bacısı onu sorğu-suala tuturlar.Səfəralı
görür ki,onların
məqsədi heç
də yaxşı deyil. Onu başdan eləmək istəyirlər. Səfəralı
duyuq düşən kimi ya Əli
deyərək, stulu düz baş həkimin başına çırpır,tibb bacısının
da yumşaq yerinə bir təpik ilişdirir.Dəlixanaya
hay düşür ki,təzə
dəli baş həkimi döyüb.Səfəralını
tutub qısqıvraq bağlayırlar.Bir xeylaqdan
sonra görür ki,çox nəhəng,başı
qırxıq bir nəfər içəri
girib ona deyir ki,ə mən bu dəlixananın
pəhləvanıyam, sənin
ananı ağlar qoyacağam,səni mum kimi
əzəcəyəm.Səfəralı danışır ki,gördüm
ki,bu sözləri mənə deyən adamın göbəyi nəlbəki boydadır,qollarının
da qılı, yalan olmasın,mismar uzunluğundadır.
Həmişə söhbətin bu
yerində Səfəralı
kövrəlirmiş və
əllərinin arxasıyla
gözünün yaşını silib,eyni zamanda yumşaq yerini qaşıyaraq deyirmiş:-Baxıb gördüm ki,bu bədheybət,bu div oğlu
div doğrudan da məni öldürəcək.Ya
seyid Mirinin cəddi deyib sağ əlimi qılıcına tutaraq onun göbəyinə soxdum.Səfəralı həmişə
Vaqif həkimə deyirmiş ki,qolum yarısına qədər
onun qarnına girdi.O yekəlikdə adam eşşək kimi anqıraraq yıxıldı.Dəlixanaya hay düşdü ki,təzə
dəli pəhləvanı
da öldürdü. Həmin dəqiqədən sonra Səfəralının dəlixanada
hörməti artır
və heç kəs onun bir
sözünü iki eləmir.
Bu münvalla Səfəralı
dəlixanada xeyli müalicə alır və dəlilər arasında xətir-hörməti
get-gedə artır. Dəlilər
mütləq ondan məsləhət alırmışlar.Səfəralı
kişi Vaqif həkimə ürəyinin ən mübhəm sirrlərini açıb danışır
və ona çox etibar edirmiş. Ona danışır ki,dəlixanada yatanda tibb bacısı ilə eşq məcarası yaşayıb.Və
bu sözün ardınca Səfəralı
pəsdən oxuyurmuş.
Vaqif həkim Səfəralıya
çox ciddi şəkildə deyir ki,səndə hərbə
maraq olduğunu yaxşı bilirəm.Hər
dəfə bu söhbət olanda Səfəralı qımışırmış
və seyrək bığına tumar çəkərək deyirmiş
ki,ay doxdur, sən nə çoxbilmiş adamsan,hardan
bildin ki,mənim hərb işindən başım çıxır.Və
sonra bir qədər pauza edərək Vaqif həkimi intizarda saxlayırmış.
– Sənin əziz çanın üçün,ay
doxdur,uruseti beş barmağım kimi tanıyıram.Onnarın bir
sərkərdəsi olub,Qutuzov,bir
suyumu da elə mənə oxşuyur.Düz onun atının qabağında
şəkil
çəkdirmişəm.Həmin o
Qutuzovun atının qabağında dayanmışdım,bir
sütül urus leytenantı mənə yaxınlaqşıb soruşdu
ki,bu heykəli tanıyırsan?Ona gülüb
dedim ki,tıy Səfəralını xoroşiy
ne znəyiş,ay salaqa,mən
döyüşəndə sən anayın qarnında nünnü çalırdın.O salaqa
mənnən üzr istəyib qaçaraq getdi.
Vaqif həkim Səfəralıdan
soruşdu ki,sən hansı müharibədə
döyüşmüsən?Səfəralı
da qayıdıb həkimə deyir ki,nətəhər hansı müharibə,Əfqanıstanda
can qoymuşam.Əslində Səfəralının dediyi
həmin müharibə
olanda o sübh tezdən axşam düşənə
kimi Dəymədağıldıda
pambıq yığırmış.Buna
baxmayaraq,həkim onun səhvini hər dəfə qulaqardına vururmuş.
Yenə bir gün Səfəralı Vaqif həkimə deyir ki, sənə çox vacib bir sözüm var,gərək bunu heç kəs bilməsin.Hərbi sirdir.Maşına oturub düz gəlirlər şəhərdən otuz kilometr aralıda yerləşən qumçınqıl karxanasının ərazisinə və burada Səfəralı həkimə deyir ki,yeni bir bomba icad eləmişəm.Sonra Səfəralı döş cibindən bir kağız parçası çıxardıb həkimə deyir ki,bu həmin bombanın sxemidir.Sxemdə Səfəralı qeyd edib ki, yüz litr pendir suyu,yarım ton toyuq nəcisi,bir ton nar dənəsi,yeddi yüz kiloqram çiyid və bir ton qırmızı turp.Onları yaxşıca qarışdırandan sonra şüşə butulkalara doldurub atırsan düşmən tərəfə,bir erməni də qalmayacaq,hamısı pis iydən boğulub öləcəkdir.
Bir gün də Səfəralı Vaqif həkimə deyir ki,məni o hərbçilərin böyüyü ilə görüşdür,ona deyim ki,a,kişi,heç dağa-daşa düşüb eləmə,gəl şir oğlu şirin yanına,səni başa salım ki,o,dığaların qabağına getmə,onların anasını mənnən yaxşı ağladan olmayacaq.Səfəralı sonra yana-yana deyirmiş ki,ə bu dığaların qabağında niyə əsir-yesir olmusunuz.Vaqif həkim,sənin o qızıldan qiymətli başın haqqı,beş-altı gədəynən Qarabağı azad edərəm. Düzdü,Vaqif həkim Səfəralının sözünə inanmırmış amma Səfəralının xətrinə dəyməmək üçün yalandan başını tərpədirmiş.
Səfəralı Qarabağın azad olunduğu günü görə bilmədi.Keçən il dünyasını dəyişdi. Fəqət onun icad etdiyi bombanın sxemi günü bu gün Vaqif həkimdədir,kiməsə lazım olsa ondan götürə bilər.
İndi göylərdə bir ruh dolaşır,deyəsən o ruh Səfəralının ruhudur....
Salman Alıoğlu
525-ci qəzet.-
2013.- 6 sentyabr.- S.8.