Azərbaycan kitabının Moskva zəfəri
Bəzən elə günlər olur ki, onları unutmaq qeyri-mümkündür. Ürəyinin fərəh
hissiylə dolduğu,
Vətəninin adının
qürurla çəkildiyi,
ədəbiyyatının və
incəsənətinin möhtəşəmliyinin
təsdiqini gördüyün
günlər... O gün
də belə günlərdən biriydi.
15 ildən bəridir
yaşadığım Rusiya
Federasiyasının paytaxtı
Moskva şəhərində,
dünyanın ən böyük sərgi salonlarından biri olan Ümumrusiya Sərgi Mərkəzində
bugünlərdə Dünya
Kitab Sərgisi keçirildi. Sərgi bir həftəyə
yaxın davam edəcək. Burada müxtəlif
ölkələrlə yanaşı
(Türkiyə, Qırğızıstan,
Çin, Misir, İran, Türkmənistan,
Belorusiya, Ukrayna və s.) vətənimiz Azərbaycandan bir sıra kitablar təqdim olunur. Onların sırasında bir çox görkəmli ədibimizin
– Məmməd Arazın,
Mirzə İbrahimovun,
İlyas Əfəndiyevin,
Anarın, Elçin Əfəndiyevin, Kamal Abdullanın... əsərləri,
eləcə də Azərbaycan təbiətinə,
incəsənətinə və
mədəniyyətinə dair
kitablar var. Mənim “Səni düşünürəm”
adlı kitabım da burada öz
yerini tutub.
İnsanların maraqla və diqqətlə vərəqlədiyi
bu kitablar bizim ən böyük
və əvəzedilməz
sərvətimizdir. Məhz belə
kitablarımızdan bir
neçəsi dahi Tolstoyun və Dostoyevskinin ölkəsində
“Kitab sənəti” adlı 10-cu beynəlxalq müsabiqədə yeddi nominasiyadan üçündə
qalib gəldi. Müsabiqədə MDB üzvü olan
ölkələr iştirak
edirdilər.
Gündüz saat 1-də başlayan tədbiri professor Vladimir Qriqorin
açdı. O, ölkələrarası
münasibətlərin inkişafında
və tənzimlənməsində
kitabların, ədəbiyyatın
rolu haqda danışdı, qalibləri
təbrik etdi.
“Mənim ölkəm” nominasiyasında “Maqomayev planeti”, “Mədəniyyət,
elm və təhsil” nominasiyasında “The strukture
of a Modern Theatre” və “ART kitab”
nominasiyasında isə
“Nizami Gəncəvi. Lirika” kitabları birinci yerə layiq görüldü.
Mükafatları almaq üçün səhnəyə görkəmli
şair və tərcüməçi Çingiz
Əlioğlu və “Əfəndi” kitab evinin rəhbəri Leyla Əfəndiyeva dəvət olundular.
Mükafatları “Kitabçılar gildiyası”
kompaniyasının prezidenti,
iqtisad elmləri doktoru Boris Yesenkin təqdim etdi. O, Azərbaycanın
bu müvəffəqiyyətinə
ürəkdən sevindiyini
söyləyərək, belə
gözəl kitablara görə bütün kitabsevərlər adından
minnətdarlığını bildirdi.Çingiz Əlioğlu
və Leyla Əfəndiyeva öz növbəsində bu proyektə görə məsul şəxslərə
və rus oxucularına təşəkkür
edərək, çox
sevincli olduqlarını,
kitablarımızın uğurlarına
görə qürur duyduqlarını bildirdilər.
Bu uğurda kitabların
ərsəyə gəlməsində
əməyi olan insanların rolunu qeyd etdilər. Çingiz Əlioğlu dedi: “Bu anda mənim ürəyim qürur hissiylə doludur. Bu qələbə
bizim qələbəmiz
deyil, Azərbaycan kitabının qələbəsidir.
Öndə kitabdır!
O, insanları birləşdirən
sehrli qüvvədir, elə bir qüvvə
ki, onu heç
nəylə əvəz
etmək olmaz!”
Təntənəli çıxışlardan və
xatirə fotoşəkilləri
çəkiləndən sonra
tədbir sərgi salonunda səmimi bir ab-havada keçən
yığcam ziyafət
verildi. Bütün iştirakçı ölkələrin nümayəndələri
bir-bir bizə yaxınlaşıb ürək
sözlərini deyir, Azərbaycanla birgə sevindiklərini bildirirdilər.
Bir neçə
günə dünya kitabları sərgisi sona çatacaq. Həmvətənlərimiz
Azərbaycana dönəcək,
qürbətdə yaşayanlar
isə onları bir daha görmək
arzusuyla yaşamaqda davam edəcəklər.
Təskinlik verən odur ki, dəyişilməz
qalan bir həqiqət var: “Söz, kitab, ədəbiyyat hər zaman olub, var
və olacaq!
Yazımı bir bənd şeirlə
yekunlaşdırıb xalqıma,
onun kitabsevərlərinə,
ədəbiyyatımızı və incəsənətimizi
dünyaya tanıdan bacı və qardaşlarıma bütün
ziyalılarımız adından
“Çox sağ olun!” – deyirəm!
Dünya
qəribədir,
dünya maraqlı!
Günləri, ayları,
qərinəsi var...
Dünya
bir kitabdır,
min
bir varaqlı,
Dünyanın “söz” adlı
xəzinəsi var!
06.09.13.
Moskva
Afaq Şıxlı
525-ci qəzet.-
2013.- 10 sentyabr.- S.7.