“Tarixin hər bir mərhələsində Azərbaycanda bütün xalqların hüquqları bərabər
olub”
“AZƏRBAYCAN
ƏRAZİSİ ƏSRLƏRDƏN BƏRİ
MÜXTƏLİF DİNLƏRİN VƏ İNANCLARIN
YANAŞI MÖVCUD OLDUĞU NADİR YERLƏRDƏNDİR”
Müsahibimiz fəlsəfə elmləri
namizədi, ilahiyyatçı-filosof
Elsevər Səmədovdur.
Bu yaxınlarda ABŞ-dan
bir aylıq səfərdən qayıdan
gənc alimlə söhbətimizin məğzini
qonaq olduğu ölkənin milli və dini münasibətlər
baxımından Azərbaycanla
müqayisəli təhlili,
bu aspektdən oxşar və fərqli cəhətlərin,
eləcə də ümumilikdə tolerantlıq
anlayışının fəlsəfi
dəyərləndirilməsi, həmçinin Azərbaycanda
qədim dövrlərdən
başlayaraq bugünümüzədək
təşəkkül tapıb
yayılan müxtəlif
dinlər, məzhəblər
haqqında mülahizələr
təşkil edir. Həmçinin dövlət-din
münasibətlərinin tənzimlənməsi
istiqamətində görülən
işlərə, milli
təhsil sistemində
dini biliklərin tədrisinin vacibliyinə,
bununla bağlı təkliflərə və
başqa məsələlərə
də toxunmuşuq.
“Tolerantlıq geniş anlamda dərk olunmalıdır. Bu daha qlobal anlayışdır.
Tolerantlığın hərfi
mənası dözümlülük
deməkdir.
Milli və dini aspektdən yanaşsaq, dözümlülük
anlamı bir din mənsubunun digər din mənsubuna, eləcə də bir etnosun
digər xalqa hörmətlə, sayğıyla
yanaşmasıdır” – deyən
gənc alim bu yaxınlarda səfərdən qayıtdığı
Amerikanın Azərbaycanla
dini və milli münasibətlər
baxımından müqayisəsi
ilə bağlı fikir və düşüncələrini
dilə gətirib: “Beynəlxalq seminarda iştirak etmək məqsədilə ABŞ-a səfərə
getmişdim. ABŞ-da
olduğum bir ay ərzində orada bütün sosial mühitin mərhələlərini
görmək imkanı
qazandım, bütün
sosial təbəqələri
incələdim. ABŞ-ın
dini və milli durumuna nəzər saldım. Və bir çox
məsələlər mənə
yenidən aydın oldu. Demokratiya hansı səviyyəyə
qədər yaşanılıb
dərk olunacağını
müşahidə elədim.
Fikirləşirəm, əbəs
yerə deyilməyib ki, Amerika demokratiyanın
beşiyidir. Orada mən müxtəlif din mənsubları ilə bir toplantıda yaxud eyni tədbirlərdə
oldum, suallar verdim və şahidi oldum ki, hər birində
hansı dinə, hansı məzhəbə
və hansı səviyyəyə malik olmasından asılı olmayaraq, bütün insanlara, insanlığa eyni baxış mövcuddur. Bu nədən
irəli gəlir? Çünki doğrudan da orada insan
məsələsi çox
önəmli rol oynayır. Yəni, artıq bu cəmiyyətdə
insanın hansı dinə, hansı millətə, hansı irqə, hansı cinsə, yaxud da hansı oriyentasiyaya mənsub olması heç bir əhəmiyyət daşımır. Burada önəmli olan insandır. İnsanmərkəzli
bir yanaşma üstünlük təşkil
edir. Din anlayışı,
dinə münasibət
tamamilə fərqlidir.
Yəni biz dini daha çox klassik anlamı ilə dərk edirik. Amma amerikan
cəmiyyəti dinin klassik anlamı ilə yox, daha
çox insanmərkəzli
dərk edir. Bu nə deməkdir? Yəni burada din ancaq mənəviyyat üçün var. Dinin siyasi-ideoloji , sosial yönü o qədər də əhəmiyyət kəsb eləmir. Önəmli olan insanın mənəvi təminatıdır. Ona görə də insanlarda dinə fərdi yanaşma mövcuddur. Hər bir fərdin özünün din anlayışı
və özünün
teologiyası var. Məncə,
bu çox önəmlidir. Bizdə məsələn ümumi
bir din anlayışı,
standart yanaşma var. Orada isə dindən söhbət gedəndə hər kəsin özünün hər hansı bir dini necə,
hansı yönümdən
dərk etməsindən
danışılır. Bir
ənənəvi dinə
mənsub olanların hər birinin o dinlə bağlı müxtəlif düşüncələri
ola bilər. Bunun da mərkəzində
insan, onun mənliyi dayanır. Əslində buna birmənalı yanaşmaq
olmaz. Məsələn
islam nöqteyi-nəzərdən
bu, düzgün qəbul olunmaya bilər, tənqid oluna bilər, ancaq Amerika cəmiyyətində
artıq onlar bunu aşıblar. Amma humanizm baxımından dəyərləndirsək, burada
insana daha artıq önəm verilməsi çox yaxşıdır. Amma bununla belə əlbəttə ki, amerikan cəmiyyəti
ideal cəmiyyət deyil.
Hər cəmiyyətin
bir çatışmazlığı
olur. Amma bir məsələ var ki, amerikan
cəmiyyəti çox
uzun demokratik yol qət eləyib
və burada müxtəlif səpkili insanlar var. Bəli, onu da qeyd
eləməliyik ki, burada da xalqlar,
dinlər arasında düşmənçiliyin olmasını
istəyən qruplar istisna deyil. Amerikada İslam düşmənçiliyini özlərinə
vizyon seçənlər
də az deyil. Müəyyən güclərə xidmət
edən media isə bunu daha da
şişirdir. Ümumən,
insanlarda isə mən belə bir tendensiyaya rastlamadım. Xristianlığın
müxtəlif təriqətlərinə
etiqad edən insanlarla, fərqli təriqətlərin nümayəndələri
ilə görüşdüm.
Bunların əksəriyyətində
özümə qarşı
heç də ikrah, dözümsüzlük
yox, əksinə rəğbət, xoşgörü
hiss elədim. Orada seminarda mən İslam mənəviyyatını,
sufizmi anlatdım. Çox böyük heyranlıqla dinləyirdilər,
çox böyük hörmətlə yanaşırdılar.
Hətta mən orada eynilə bizdə olduğu kim qonaqpərvərliyin şahidi oldum. Özümü yad ölkədəki kimi hiss
eləmədim. İslama
çox sayğı ilə yanaşan insanlarla ünsiyyətdə
oldum və bu mənə çox xoş təsir bağışladı.
Eyni zamanda mən orada müsəlman cəmiyyətlərinə
də baş çəkdim və tamam fərqli bir mənzərə ilə qarşılaşdım.
Bizdə müsəlmanlar başqa səpkidə inkişaf
ediblər, Amerikanın müsəlmanları da fərqlidir.
Buradakı afro-amerikan müsəlmanları özlərinəməxsus
tendensiya mövcuddur. Məlumdur ki, uzun illər qaradərililər
ağdərililərin əsarəti altında
yaşayıblar. 500 il onlar kölə həyat sürüblər,
mədəniyyətləri, ənənələri qəsdən
unutdurulub. Sonra onlar yenidən dirçəlmək
üçün çıxış yolunu İslamda axtarmaq
qərarına gəliblər. İrqçiliyi rədd edən
İslamın ümmətçilik anlayışı
onların prinsipləri ilə üst-üstə
düşüb. Axı Amerikada əvvəllər belə bir
tendensiya vardı: Tanrı ağdərilidir. Çünki kilsələrdə
İsanın şəkli həmişə ağdərili,
göygözlü verilirdi. Əslində isə həqiqətənmi
o, ağdərili olub? Yaxın Şərqdən olan İsa əslində
kilsələrdəki kimi yox, təqdim olunduğundan fərqli
bir fizionomik quruluşa sahib olub. Ona görə də ümmətçiliyi
təbliğ edən İslam həmişə ağların
ayrı-seçkiliyinə məruz qalan afro-amerikanların əksəriyyətinin
etiqad yerinə çevrilib. İslam onlara həm də məhv
olmuş mədəniyyətlərinə qayıdış
üçün lazım idi. Böyük bir kütlə də
onların arxasınca gedir. Amma bu gün bunlarla yanaşı hələ
də Amerika cəmiyyətində qaradərililərə
qarşı müəyyən irqçiliyi də
müşahidə elədim. Əlbəttə, heç bir cəmiyyət
ideal deyil. Amerikanın da öz qüsurları var: istər
siyasi yönlü, istər də digər məsələlərdə.
Amma buna baxmayaraq demokratiya sahəsində onlar çox
böyük yol qət ediblər. Amerikanı Avropa ilə
müqayisə eləsək fərqli mənzərə ortaya
çıxar. Məsələn,
Avropada millətçilik daha çox nəzərə
çarpır. Fransız özünü daha üstün
tutur, yaxud ingilis öz dəyərlərini etalon hesab edir və
sair. Yəni Avropa ölkələri heç biri digərini bəyənmir,
özünü daha üstün sayır. Amma Amerikada Avropadan fərqli olaraq
belə deyil. Amerikada əsas olan Amerika vətəndaşlığıdır.
Fərqi yoxdur sən pakistanlısan, hindlisin, qaradərilisən,
ərəbsən, yaxud çinlisən. Elə amerikan ailələri
var ki, tamamilə fərqli irqdən, fərqli xalqdan olan
uşağı övladlığa götürür. Bu da
tolerantlığın bir nişanəsidir. İnkişaf etmiş
dəyərlərə sahib ölkələrdə millətçilik,
törəçilik kimi problemlər artıq öz həllini
çoxdan tapıb. Tolerantlıq inkişaf etmiş cəmiyyətlərə
xasdır. Amerikada doğrudan da sözün əsl mənasında
tolerantlıq mövcuddur”.
(Ardı var)
Sevinc MÜRVƏTQIZI
525-ci qəzet.-
2013.- 11 sentyabr.- S.6.