Sənan Əliyev: “Britaniya və Azərbaycan teatrlarının əməkdaşlığına təkan verəcək layihələr hazırlayırıq”

 

Bu yaxınlarda Xalq yazıçısı ElçininMənim sevimli dəlimpyesi əsasında hazırlanan eyniadlı tamaşanın premyerası ilə Azərbaycan ənənəvi Edinburq Beynəlxalq Festivalında ilk dəfə təmsil olunub.

Tamaşa Londonda fəaliyyət göstərən Azərbaycan Mədəniyyətlərarası Cəmiyyətinin (AZICS) ALOFF Teatrının təşkilatçılığı, Azərbaycanın Mədəniyyət Turizm Nazirliyinin sponsorluğu ilə “Gryphon Venues” Teatrında təqdim edilib. Tamaşada bəstəkar Məmməd Ənsarinin musiqisi səsləndirilib.

Pyesdə hadisələr 1995-ci ildə Bakıda cərəyan edir. Səhnədə müxtəlif personajların məzhəkə elementləri yer alıb. İntihara meyilli, anormal olan bu personajların hər biri öz gerçəkliyində yaşayır, lakin buna baxmayaraq, hansı yollasa bir-biri ilə dil tapır. Əslində, bu personajların hər biridəliroluna namizəddir. Amma bu aləmə təsadüfən düşmüş ağlı başında olan yeganə adam dəli kimi qəbul edilir.

Tamaşanın rejissoru Matthey Qould, pyesi ingiliscəyə çevirən AZICS-in sədri Sənan Əliyevdir. Pyesdə rolları Riçard Stirlinq, Oliver Mavdsley, Ralf Boqard, Daniel Robinson, Qaret Bennet-Ryan, Danni Vainrait, Andryu Sykes, Viktoria Farley Viktoriya Sye ifa edib.

Bugünlərdə Bakıya gəlmiş AZICS-in sədri Sənan Əliyevlə həmsöhbət olduq. Müsahibimiz rəhbərlik etdiyi cəmiyyətin yaranması, məramı, həyata keçirdiyi planlaşdırdığı işlər, eləcə adıçəkilən tamaşa ilə bağlı suallarımızı cavablandırdı. “AZİCS –Azərbaycan Mədəniyyətlərarası Cəmiyyəti 2010-cu ildə yaranıb. Londonda tələbə olduğum müddətdə Britaniyada fəaliyyət göstərən ədəbi qurumlarla tanış olub onlarla yaxından işləyirdim. orada Azərbaycan ədəbiyyatından nümunələr tərcümə edərək onları ədəbiyyatımızla tanış etməyə çalışırdım. Həmin müddətdə mən Mirzə Fətəli AxundovunMüsyö Jordan dərviş Məstəli şahəsərini tərcümə elədim onu orada səhnələşdirdik. Amma bu professional bir deyidi, yalnız həvəskar tələbə qrupunun təqdimatı idi. Sonra universitetdə oxuduğum müddətdə təşəbbüsümlə müxtəlif mədəniyyətin daşıyıcısı, müxtəlif ölkələri təmsil edən iyirmiyə yaxın əcnəbi tələbə ilə birgə universitetin nəzdində Azərbaycan Cəmiyyəti yaratdıq. Universiteti bitirdikdən sonra düşündüm ki, Londonda sırf mədəniyyət təşkilatı olaraq Azərbaycanı təmsil edəcək bir qurum yoxdur. Ona görə bunu daha da irəli apararaq sırf teatr, kino sahəsi üzrə Azərbaycanı Britaniyada, Avropada təmsil edəcək bir qurum yaratdıq ki, bununla həm ədəbiyyatımızı, həm teatrımızı, həm kinomuzu dünya səhnəsinə çıxarda bilək. Bizdə çox yaxşı ədəbiyyat, teatr nümunələri var ki, Avropanın hələ   bundan xəbəri yoxdu. Bu məqsədlə biz yola çıxdıq, hal-hazırda da fəaliyyətimizi genişləndiririk”.

Məni sevimli dəlimpyesi ilə bağlı fikirlərini bölüşən S.Əliyev Avropada Azərbaycan dilində ədəbiyyatın çox az olduğunu vurğuladı: “Bizim işimiz sırf mədəniyyətin, teatrın təmsili ilə bağlı olduğu üçün biz dram əsərlərini, ən əsası da müasir dram əsərlərini tərcümə etmək üçün seçim edirdik. Elçin müəllimin əvvəlcəŞekspirəsəri ingiliscəyə tərcümə olunmuşdu, sonra biz səhnələşdirdik. Elçin müəllimin digər əsərlərinə baxdıqda diqqətimi cəlb edənMənim sevimli dəliməsəri oldu ki, bunu da ingilis rejissoru ilə müzakirə etdik. Onun da əsərdə diqqətini cəlb edən bu oldu ki, bu pyes normal, gündəlik ingilis auditoriyasının teatrda görə biləcəyi bir əsər deyil. Yəni, bu ingilis auditoriyası üçün yeni bir tamaşa idi. Oradakı qeyri-adi xarakterlər, onların hər birinin özünəməxsus hərəkətləri, anormal davranışları həqiqətən Avropanı  yeni, maraqlı olanMənim sevimli dəlim”lə tanış etmək imkanı yaradırdı. Məhz buna görə bu əsəri ingiliscəyə tərcümə elədim. İlk öncə onu Londonda, sonra is Edinburqqda festivalda təqdim etdik”.

İngilis tamaşaçısının, teatr tənqidçilərinin tamaşaya münasibəti necə oldu?” sualımıza cavab olaraq cəmiyyətin sədri bildirdi ki, bu, Londonda Edinburqda səhnələşdirilən ilk professional Azərbaycan tamaşası idi: “Britaniyada belə bir statistik təcrübə mövcuddur ki, əgər Londonun özündə on nəfərdən çox insan tamaşaya gedirsə, deməli, teatra istək var. Amma bizim Londonda 5 gün ərzində təqdim etdiyimiz tamaşaya ilk günlərdə bütün biletlər satılmışdı, yəni anşlaq oldu. Digər günlər isə teatrın zalı yarıdan çox dolu idi. Londonda tamaşanın uğurlu alınıb alınmamasını daha çox teatr tənqidçiləri müəyyənləşdirir. Orda bir çox tənqid jurnalları və qəzetləri var ki, onlar təqdim olunan tamaşalarla bağlı şərhlər verirlər. Eyni zamanda tamaşalar üçün beşballıq sistemlə qiymətləndirmə mövcuddur. Bizim tamaşaya Londonda teatr tənqidçiləri tərəfindən iki dənə 4 ulduz, iki dənə 3 ulduz verildi. 140 illik tarixə malik Azərbaycan teatrı üçün daha bir tarixi məqam hər il minlərlə tamaşanın və performansın təqdim olunduğu, dünyanın ən böyük teatr festivallarından olan Edinburq Festivalında iştirakı idi. Belə möhtəşəm bir festivalda bizim tamaşanı teatr tənqidçiləri 4 dənə 4 ulduzla qiymətləndirdilər. İstər aktyor kollektivi, istər yaradıcı heyətin işi ilə bağlı çox müsbət şərhlər verildi. Tənqidçilərdən biri qeyd edir ki, əgər Azərbaycan-Britaniya teatr əməkdaşlığından yaranan tamaşa budursa, biz belə tamaşalara qucaq açmalıyıq. Bu da təbii ki, bizim üçün çox sevindiricidir. Yəni, bu faktın özü onların Azərbaycan teatrı, Azərbaycan tamaşası ilə əməkdaşlıqda maraqlı olduğunun göstəricisidir”.

S.Əliyev rəhbərlik etdiyi AZİCS-in gələcəkdə də bir sıra layihələr həyata keçirməyi planlaşdırdığını söyləyib: “Mədəniyyət və Turizm Nazirliyi, eləcə də digər qurumlarla, o cümlədən Azərbaycan teatrları ilə yeni əməkdaşlıqlar, yeni layihələr üzərində işləyirik. Növbəti il üçün AZİCS olaraq Azərbaycanda ilk dəfə ingilis dilində müzikl təqdim etməyi planlaşdırırıq. Bundan əlavə biz həmçinin Azərbaycan Film Festivalını da keçiririk. Londonda ilk Azərbaycan Film Festivalı 2012-ci ildə keçirilib. Növbəti il üçün bu festivalı daha geniş, daha möhtəşəm şəkildə keçirmək niyyətindəyik. Biz bunu ənənə halına gətirmək istəyirik. İndi yeni layihələr, yeni tamaşalar üzərində işlər aparılır. Britaniya və Azərbaycan teatrları arasında əməkdaşlığa təkan verəcək layihələr hazırlayırıq. Əminik ki, Şekspirin vətəni ilə Azərbaycan arasında əməkdaşlığın yaranması həm teatrımızın, həm də gənc teatr xadimlərimizin inkişafına, onların yeni yaradıcılıq uğurlarına imza atmasına yardım edəcək”.

 

Sevinc MÜRVƏTQIZI

525-ci qəzet.- 2013.- 11 sentyabr.- S.7.