Əbülfəs Qarayev Avropa Yəhudi
İttifaqının nümayəndələri ilə görüşübin
Əbülfəs Qarayev: Problemlər
həll olunarkən insanların fikir və təklifləri nəzərə alınacaq
Azərbaycan ilə Koreya arasında mədəniyyət
və turizm sahəsində əlaqələrin
inkişafı müzakirə
olunub
Vətəndaşlar Əbülfəs Qarayevdən
nə istəyiblər? (FOTO)
Əbülfəs Qarayev Toğrul
Nərimanbəyovun məzarını
ziyarət edib
Türkiyənin məşhur müğənnisi
Ajda Pekkan oktyabrda Bakıda konsert vermək arzusundadır
Nazir: Azərbaycanda turizm obyektlərində mövcud
qiymətlər cəmiyyətin
imkanlarına uyğundur
Əbülfəs Qarayev: Virtual dünyada
hüquqlarımızın qorunması haqqında düşünməliyik
Nazir: Toğrul Nərimanbəyovun
başqa dövlətdə
dəfn olunması ilə razılaşmalıyıq
Azərbaycanda turizm sahəsində
Konvensiya Bürosu yaradıldı
Azərbaycanda turizm sahəsində
yeni qanun qəbul olunacaq
Mədəniyyətlərarası Dialoq üzrə III Ümumdünya
Forumu 2015-ci ildə Bakıda keçiriləcək
Azərbaycan və Mərakeş
arasında mədəni
əlaqələrin inkişaf
perspektivləri müzakirə
olunub
E-mail
çap etdirmək.
Azərbaycan, Bakı, 9 sentyabr
/Trend, müxbir İ.İsabalayeva/
Azərbaycanın mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev Avropa Yəhudi İttifaqının sədri
Tomer Orninin rəhbərlik etdiyi nümayəndə heyətini
qəbul edib.
Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə
verilən məlumata görə, görüşdə
"Jews news" telekanalının sahibi Oleq Rabinoviç,
kanalın yayım üzrə direktoru Piter Dikenson da iştirak edib.
Qonaqları salamlayan nazir ölkəmizin beynəlxalq
yəhudi təşkilatları
ilə işgüzar münasibətlər qurduğunu,
Mədəniyyət və
Turizm Nazirliyinin də bu münasibətlərə
mühüm önəm
verdiyini bildirib.
Respublikamızda yaşayan yəhudi icmasından söz açan nazir diqqətə çatdırıb ki, icma Azərbaycan cəmiyyətinin bərabərhüquqlu üzvü kimi tolerantlıq və sülh şəraitində yaşayır, ölkənin sosial-iqtisadi və mədəni həyatında aktiv iştirak edir, müxtəlif mədəniyyət tədbirlərinə, festivallara qatılır. Qəbələ Beynəlxalq Musiqi Festivalında yəhudi əsilli həmvətənlərimizin və İsraildən olan musiqiçilərin yaxından iştirak etdiyini deyən nazir bu əməkdaşlıqdan məmnun olduğunu vurğulayıb.
Qeyd olunub ki, musiqi sahəsində ölkəmizin İsraillə geniş əlaqələri var. Hələ ötən əsrin 20-ci illərində Azərbaycan Dövlət Konservatoriyası yaradılarkən bu təhsil ocağına dəvət olunan müəllim heyətinin əksəriyyəti yəhudi əsilli musiqiçilər olub. Onlar Azərbaycan musiqisinə, musiqi mədəniyyətinə böyük töhfələr veriblər. Bu gün də ənənəvi əməkdaşlıq uğurla davam etdirilir. Azərbaycan musiqisinin də İsraildə sevilərək dinlənildiyini vurğulayan nazir xalqlararası mədəni əlaqələr baxımından musiqi sahəsində əməkdaşlığı uğurlu nümunə kimi dəyərləndirib.
İki ölkə arasında digər sahələrdə də nümunəvi əməkdaşlığın olduğunu nəzərə çatdıran Ə.Qarayev artıq uzun müddətdir ki, Bakı - Təl-Əviv aviareysinin istifadəyə verildiyini xatırladıb və bu faktı ikitərəfli münasibətlər baxımdan yüksək qiymətləndirib.
Səmimi qəbula görə minnətdarlığını bildirən Avropa Yəhudi İttifaqının sədri T.Orni Azərbaycana ilk dəfə gəldiyini, ölkəmizdəki dinamik inkişafı əyani şəkildə görməkdən məmnun olduğunu deyib. Səfər çərçivəsində Qubaya, yəhudilərin yaşadığı Qırmızı Qəsəbəyə də baş çəkəcəklərini diqqətə çatdıran qonaq Azərbaycandakı yəhudi icmasının sosial-iqtisadi vəziyyətindən razı qaldıqlarını, burada bütün xalqların dinc və əmin-amanlıq şəraitində yaşadıqlarını qeyd edib.
Nazir Ə.Qarayev T.Ornini qış aylarında Azərbaycana bir daha səfərə gəlməyə, Şahdağ Qış-Yay Turizm Kompleksində xizək sürməyə, bu istirahət məkanı ilə yaxından tanış olmağa dəvət edib.
Abdullayeva S.
525-ci qəzet.-
2013.- 11 sentyabr.- S.7.