GƏL SİLƏK BU SONU
Bu gün birgəliyin son günüdür, son,
Nə sən köçəcəksən, nə
mən dünyadan.
Kimə
gərək idi, kimə bu cür
son,
Gəl elə soruşaq həmən dünyadan.
Görən hardan aldı belə lil bu
eşq,
Axı o dünyaya
baxdı könüldən.
Duza qoyulmuşdu elə bil bu eşq,
Qıcqırdı, qaynadı, axdı könüldən.
Bir az döz,
düşünək bu
nə meyildi,
Bu hiss
halva deyil yeyək qurtarsın.
Bir də ki, gedərgi
qonaq deyildi,
Sadəcə əlvida deyək qurtarsın.
Sönür sevdamızın sonuncu
şamı,
Buna necə dözür
dini insanın.
Sən hələ işə bax bütövü, tamı,
Sındırıb məhv edir kini insanın.
Uçmağa yön alıb bütün təməllər,
Bilərək bu eşqə qıymaq deyilmi?
Şeytana gülürük, bəs
bu əməllər,
Şeytanın toruna uymaq deyilmi?
Qeysi Məcnun edən, dağ çapan eşqi,
Yoxsa biz imzaya,
qola vermədik.
Qaytar, hər kəs ilə dil tapan
eşqi,
Deyərlər biz sərtik, yola vermədik.
Başımız üstünü alan çəndisə,
Bəlkə birgələşək ona
son qoyaq.
Gəl silək bu sonu,
sevgidəndisə,
Sevgiyə can atan sona son qoyaq.
TORPAĞI ÖPDÜM
Əyilib
torpağı öpdüm
bir anda,
Gördüm beçə balı hopmuş şan dadır.
Sən demə bu ləzzət
ondandır onda,
Bütün sevdiklərim axı ondadır.
Hərə bir yozuyla yozdu bu işi,
Nə yozum, yozunu yozmaq çətindir.
Birisi söylədi əyilməz
kişi,
Birisi söylədi
əsl mətindir.
Torpağı sevməsən sevgi
əksilər,
Boş sözlər
dildən yox, yeldən gəlibdir.
Torpağa əyilmə deyən
“kişilər”,
Bilinməz nə sayaq beldən
gəlibdir.
Torpaq məhəbbətdir, hər
an şirindir,
Düz yolu əkməkdən, biçməkdən
keçib.
Bəlkə də öpüşdə
olan şirinlik,
Öpüşə torpağı öpməkdən
keçib.
Torpağa əyilən bel
ən şaxdı-şax,
O öz şaxlığını
eldən alıbdır.
Bəlkə düzlüyünü taraz da bir
vaxt,
Torpağa əyilən beldən alıbdır.
Əyilib
torpağı öpdüm
bir anda,
Gördüm beçə balı hopmuş bal dadır.
Sən demə bu ləzzət
ondandır onda,
Bütün sevdiklərim axı ondadır.
BÖLƏYİN MƏNİ
Sədaqət göstərən sədaqət
tapar,
Əqlimlə qoruyub biləyim məni.
Axtarsa məhəbbət mələyim
tapar,
Tapması müşküldür fələyin
məni.
Unudaq bahardan qış düzəltməyi,
Neynirəm göz oyub, qaş düzəltməyi,
Bacarsaz ətimdən daş düzəltməyi,
Düzəldin, düşmənə ələyin
məni.
Alaqla işim yox, gülə bağlıyam,
Xalq adlı ən güclü selə bağlıyam,
Mən elə kökümlə elə bağlıyam,
Yıxanmaz zorbası küləyin məni.
Hövkəni məhv edib, gəlin sülh tapaq,
Mən də zalım olsam etməyin tabaq,
Əməlim haqq versə kəfəndən qabaq,
Üçrəngli parçaya bələyin məni.
Mütləq yazı yaşar,
qışı çıxanlar,
Qeybətdə yer tapar naşı çıxanlar,
Siz, ey toplamadan başı
çıxanlar,
Gəlin, sevgi üstə gələyin məni.
Ülvi,
ümid ölər iman itərsə,
Qovaram
el üstdə duman bitərsə,
Ömrümdən hər kəsə
bir an yetərsə,
Razıyam hamıya böləyin məni.
BİLMİR
Nankor yola getmir solu,
sağıyla,
Nakəsin buz dağı əriyə bilmir.
Anmaz öyünsə də həssaslığıyla,
Bizi batırasan
dəriyə bilmir.
Həyatda hər kəsə
hər cür bölüm var,
Xoşa
gəlməyən var,
xoşagəlim var,
Bilsə
də qarşıda dərd var, ölüm var,
Mətinlik yol nədir geriyə bilmir.
Kordur qəcələyə tərlan
söyləyən,
Şərdir, şərə uyub
filan söyləyən,
Özü də anlayır
yalan söyləyən,
Yalan ayaq açır, yürüyə
bilmir.
Qəlbsiz sinəsinə döysə
də namərd,
Özüdür, şeytana söysə
də namərd,
Mərdin
başmağını geysə
də namərd,
Mərdin yerişini yeriyə bilmir.
Əməyim harama tutmadı
saqqal,
Şükür haqq süfrəmdə
o qədər haqq var,
Nə qədər it olsa, nə qədər çaqqal,
Heç biri Ülviyə hürüyə bilmir.
YETİM QALARMIŞ
Adi bəhanəni eyləyib tabaq,
Bülbülün tərəfin qazamı verdin?
Hakim elan edir cəzadan
qabaq,
Sən suçu
deməmiş cəzamı
verdin.
Eşq sənin dənizin, çayın deyildi,
Kiçik balıqları irisi udsun.
Məhəbbət pak hissdir, oyun deyildir,
İki oyunçunun
birisi udsun.
Soldurdun
bağçamda sağ
çiçəkləri,
Yenə də bağrımı üzürsən mənim.
Bir vaxt bəxş etdiyim ağ
çiçəkləri,
Bir-bir saçlarıma
düzürsən mənim.
O zaman özünü sən əldən salıb,
Səpirdin yoluma su ehtiyatla.
Yaxşı ki, xəyallar ehtiyat qalıb,
Hələ ötüşürəm bu
ehtiyatla.
İndi
ağlayırsan, gözün
yaş dolu,
Yaş üzdən
gör necə biçimnən keçir.
Zəmzəm çeşməsinin bəlkə bir qolu,
Sənin gözlərinin içindən
keçir.
Xeyir dönüb oldu sonda şər, babam,
Vüsalı taxtından həsrət salarmış.
Gör necə yazıqdır sevənlər, babam,
Sevən sevgidən də yetim qalarmış.
GƏLSİN
Qoyma doğmalığın yadlıq
yaratsın,
Aşına sevgi qat qarşına
gəlsin.
Qıtlıq istəyirsə, qıtlıq
yaratsın,
Buyursun gözlərin
yaşına gəlsin.
Elə ək meyvəsin dərək əməlin,
Ömür ver, ömrünü
sürək əməlin,
Xoşa
gəlmən üçün
gərək əməlin,
Əvvəlcə Rəbbinin xoşuna gəlsin.
Niyə günahından el çəksin
cəfa?
Elə sev, sevginə tac olsun
vəfa,
Kim nəyi özünə bilmirsə rəva,
Qoymasın daşın da tuşuna gəlsin.
Səxavət süfrəni saxla
əlində,
Toxunma xətrinə adi gilin də,
Axı bir məsəl var elin dilində:
–Kim kimə nə dilər, başına gəlsin.
Ülvi,
sev beyinə batan sevdasa,
Qov getsin tək üzdə “matan” sevdasa,
Qoy gəlsin ürəyə yatan sevdasa,
Yol vermə
mindiyin maşına gəlsin.
DADIR
Səni
tək yaradıb elə bil Allah,
Əlini
vurduğun su da bal dadır.
Belə
görünür ki, özünə vallah,
Ya şəkər qatmısan,
ya da bal
dadır.
Sənsiz
qərar tutmur dizlərimdə tab
Bilmirəm nə sayaq eyləyim hesab,
Şit dadır özgədən
pay gələn doşab,
Sən mənə verdiyin qada bal dadır.
Candan nə şirindir, ay mənim danım,
Bir iynə sancılsa qaralar qanım,
Amma nə sirr varsa
canına, canım,
Canımı edəndə fəda
bal dadır.
Üzsən dəniz boyda sevda bolunda,
Verməzsən heç kəsə
bircə qolun da,
İşə bax, məhəbbət,
sevgi yolunda,
Ömrünü versən də
bada bal dadır.
Ülviyəm son vaxtlar gəlmişəm
dilə,
Bu dadın sirrini tapmışam, lələ,
Zəhərə sevgini hopdursan belə,
Demə
bala dönür, o da bal dadır.
Əbülfəz
Ülvi
525-ci qəzet.-
2013.- 12 sentyabr.- S.7.