Xatirələr ikinci ömürdür- yeni kitab

 

 

Oxucular yazıçı-publisist Zöhrə Əsgərovanın mətbuat səhifələrində  bir çox aktual problemlərə həsr olunan esseləri ilə yaxından tanışdırlar. Cəmiyyətdəki neqativ hadisələrə qarşı onun özünəməxsus həssas mövqeyi, fəlsəfi   açıqlamaları ilk baxışdan oxucunu özünə cəlb edir.  Yazıçının yazdığı  mövzularda  daha çox  sağlam tənqid, rasional  fikir  yürütmək  bacarığı  var. OnunKəpənəyin yuxusu”,   Varlığımız ağlımızın güzgüsüdür”,  Özümüz kimi yaşamadıq”, “Nalın tarixi möhürləri”, “Gülüş həyatın güzgüsüdür”, “Çörək ağacı”, “Deyilməmiş monoloq”, “Reklam bayramları”, “Ağıl qəlbin nağılı başqa yazılarını misal gətirmək olar.

 

Bu yaxınlarda Zöhrə Əsgərovanın  Yazıçınəşriyyatında  Talelərə yazılan musiqiadlı kitabı  çapdan çıxıb.  Kitab əsasən Əməkdar incəsənət xadimi, Xalq artisti  Kərim Kərimovun 85 illiyinə həsr edilib. Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi, professor Zemfira xanım Qafarova kitaba yazdığı ön sözdə qeyd edir: “...Mədəniyyət  xalqlar arasında sülh həmrəyliyin  təməl daşıdır. Hərbi münaqişələr zamanı daha çox  mədəniyyət sahəsi  böyük təcavüzlərə məruz qalır. Bu hadisələrin acınacaqlı  nəticələri  Zöhrə Əsgərovanın tarixi faktlara söykənən yazılarında diqqət çəkir. Xüsusilə, Kərim Kərimovun keçmiş sovet dövründə  mədəni  həyatımızda  rastlaşdığı neqativ  hadisələrə qarşı müqaviməti, obyektiv, prinsipial münasibəti onun vətəndaş mövqeyini bir daha üzə çıxarır”.

Kitab  ölməz sənətkarımız Bülbülün Kərim Kərimova  verdiyi  tövsiyə ilə başlayır: “...hökm deyil ki, mütləq müğənni olasan, əgər  musiqini sevirsənsə, musiqi texnikumuna daxil ol, sonra bilinər kim olacaqsan. Hər halda  bizə musiqi təhsili alan ziyalılar çox lazımdır. Musiqi  redaktoru ola bilərsən,  mühazirəçi, musiqişünas da...” Kərim müəllim gözəl səsə malik olsa da, musiqi nəzəriyyəçisi, dramaturq, rejissor   kimi Azərbaycanın mədəniyyət  sahəsində özünəməxsus yer tutdu. Kitabda həmçinin görkəmli incəsənət xadimlərimizin  Kərim müəllim haqqında səmimi  xatirələri  toplanıb. Onun neçə-neçə gənc istedadın  efirdə, səhnədə üzə çıxmasında  zəhməti böyükdür. Xüsusilə, Azərbaycan Radio Televiziya KomitəsindəMusiqi verilişlərişöbəsinin baş redaktoru çalışdığı dövr Kərim müəllimin həyat yaradıcılığında ən  məhsuldar illər olub.

Qeyd etmək lazımdır ki,  Talelərə yazılan musiqikitabı  adamı- memar  Melih Yerlikaya tərəfindən maliyyələşdirilib. Azərbaycanın milli mədəniyyətinin pərəstişkarlarından olan  Melih bəy  gələcəkdə   bu səpgidə kitabların nəşrini nəzərdə tutub. “Talelərə yazılan musiqi kitabı isə yeni layihənin ilk kitabıdır. İnanırıq ki, nəinki  Azərbaycanın, dünyanın  görkəmli  incəsənət  xadimlərinin  həyat yaradıcılığı ilə bağlı  kitabda toplanan  maraqlı, zəngin materiallar  oxucularının qəlbində dərin iz qoya biləcək.  Zöhrə Əsgərova kitabın sonunda qeyd edir: “...Xatirələr ikinci ömürdür. Sənətkarın gələcək nəsillərin yaddaşında yaşamaq haqqını  qazanan şərəfli ömrü...”

 

S.ABDULLAYEVA

525-ci qəzet.- 2013.- 12 sentyabr.- S.7.