Tarixin hər bir mərhələsində Azərbaycanda bütün xalqların hüquqları bərabər olub” (davamı)

 

 

“AZƏRBAYCAN ƏRAZİSİ ƏSRLƏRDƏN BƏRİ MÜXTƏLİF DİNLƏRİN VƏ İNANCLARIN YANAŞI MÖVCUD OLDUĞU NADİR YERLƏRDƏNDİR”

 

Müsahibimiz fəlsəfə elmləri namizədi, ilahiyyatçı-filosof Elsevər Səmədovdur. Bu yaxınlarda ABŞ-dan bir aylıq səfərdən qayıdan gənc alimlə söhbətimizin məğzini qonaq olduğu ölkənin milli dini münasibətlər baxımından Azərbaycanla müqayisəli təhlili, bu aspektdən oxşar fərqli cəhətlərin, eləcə ümumilikdə tolerantlıq anlayışının fəlsəfi dəyərləndirilməsi, həmçinin Azərbaycanda qədim dövrlərdən başlayaraq bugünümüzədək təşəkkül tapıb yayılan müxtəlif dinlər, məzhəblər haqqında mülahizələr təşkil edir. Həmçinin dövlət-din münasibətlərinin tənzimlənməsi istiqamətində görülən işlərə, milli təhsil sistemində dini biliklərin tədrisinin vacibliyinə, bununla bağlı təkliflərə başqa məsələlərə toxunmuşuq.

Elsevər Səmədov Azərbaycanda həm tarix boyunca, həm müstəqillik əldə etdiyimiz 20 il ərzində dərin tolerantlıq ənənələrinin mövcud olduğunu bildirib: “Hətta qonşu ölkələrlə müqayisədə bu sahədə bizim üstün mövqeyimiz təşəkkül tapıb. Bizim örnək olacaq dərəcədə yüksək tolerantlıq modelimiz var. Azərbaycan üçün öyünüləcək bir məqam da bu qədər millətin, xalqın, etnik qrupun bir arada yaşamasına baxmayaraq, burada heç bir zaman dini milli zəmində separatçılığın baş verməməsidir. Azərbaycan dövlətçiliyi, azərbaycanlı təfəkkürü heç bir zaman azlıqları aşağılamayıb, tarixin hər bir mərhələsində Azərbaycanda bütün xalqların hüquqları bərabər olub. Bu yöndə həmişə böyük işlər həyata keçirilib. Həmişə digər xalqların nümayəndələri hətta dövlət qulluqlarında, məsul vəzifələrdə bu ölkənin bərabərhüquqlu vətəndaşları olaraq təmsil olunublar.

Düzdür, ola bilər tariximizin müəyyən mərhələsində, məsələn, müstəqilliyimizin ilk illərində etnik separatçılıq meylləri təzahür etmişdi. Amma bu tamamilə siyasi bir məsələ idi, bunun ümumilikdə Azərbaycanda yaşayan hər hansı bir xalqla əlaqəsi yox idi. Bu hər hansı bir talışın, yaxud ləzginin fərdi istəyi deyildi, bu Azərbaycanı bölmək arzusunda olan siyasi güclərin istəyi idi. Əlbəttə ki, insanlar da buna uymadı, bunun total güclərin məqsədi olduğunu anladılar. Bu qətiyyən etnik məsələ deyildi. Çünki heç bir talış, yaxud ləzgi, yaxud avar, yaxud ingiloy, yaxud da başqa millətin nümayəndəsi özünü Azərbaycandan ayrı düşünə bilməz. Dövlət qurmaq asan məsələ deyil. Hər yerindən qalxan da dövlət qura bilməz ki. Bunun üçün bir ənənə mövcud olmalıdır”.

E.Səmədov Azərbaycanda məhz erməni separatizminin baş qaldırmasını da total güclərin siyasətinin nəticəsi kimi dəyərləndirib: “Erməni separatizmi məqsədli siyasətin nəticəsidir. Azərbaycan elə bir geosiyasi mövqedə yerləşir ki, hər zaman qonşu ölkələrin maraq dairəsində olub. Mənim fikrimcə, bir çox ölkələr zamanla Türkiyə ilə Azərbaycanı hər baxımdan, o cümlədən ərazicə bir-birindən ayırmağa çalışıb. O siyasətin bir parçası olaraq Rusiya tərəfindən Ermənistan dövləti yaradıldı, erməni ailələri Qarabağa yerləşdirildi. Yəni erməni separatizmi , bu separtizmin nəticələri onların özünün xidməti deyil, arxalarında dayanan böyük güclərin verdiyi dəstəyin nəticəsidir”.

 

İlahiyyatçı filosof Azərbaycanda tarixən müxtəlif dinlərin yayılıb təşəkkül tapması barəsində ətraflı məlumat verib: “Azərbaycan torpaqları əsrlərdən bəri bir çox dinlərin inancların yanaşı mövcud olduğu nadir yerlərdəndir. Heç bir cəmiyyət dinsiz yaşaya bilməz, insanın var olduğu hər yerdə mütləq bir inanc sistemi, din duyğusu mövcuddur. Çünki din insanla doğulub insanlığın həyat rəhbəri olub. Uca Tanrı heç zaman insanlığı rəhbərsiz qoymayıb. Onların həyatlarını ilahi çərçivə içərisində müəyyən edib, dünya axirət səadətini onlar üçün təmin edib. Məhz bu ilahi duyğu dindir. İslamdan əvvəl Azərbaycan ərazisində yaşayan toplumlar arasında sosial, mədəni sahədə olduğu kimi dini həyat da öz müxtəlifliyi ilə seçilib. Tarixi mənbələrdən, yazılı daş kitabələrdən, şifahi xalq ədəbiyyatından, dastanlardan folklordan da açıqca görünür ki, İslamdan əvvəl bütün türk xalqlarında olduğu kimi bu bölgələrdə yaşayan insanlar çox zəngin dərin sosial, mədəni həyat səviyyəsinə malik olublar. Tarixi tədqiqatlar nəticəsində qayalar, daşlar, dəri digər maddi mədəniyyət nümunələri üzərində yazılar, rəsmlər aşkar olunub. İslamdan əvvəl Azərbaycan ərazisində yaşayan toplumların dini yaşayışları inancları bir-birindən olduqca fərqli idi. Bu torpaqlarda məskunlaşan insanlar bütpərəstlik, zərdüştilik, manilik xristianlıq kimi dini inanclara sahib olublar. Bununla bərabər Xəzərlərin musəviliyi qəbul etdikləri bilinir. Xəzərlərin bu yöndə Cənubi Qafqaza, xüsusilə Azərbaycana da  təsirləri olub. Bu torpaqlarda qədim yunan mədəniyyətinin çox böyük təsiri olub. Çünki tarixi əsərlərdə, tədqiqatlarda göründüyü kimi geyimdə. Yaşayış tərzində çox oxşarlıqlar görülməkdədir. Hətta mənbələrdə ilk olaraq Albaniya adı da yunan qaynaqlarında yer alıb. Strabon Albaniyanın qərbindəMüqəddəs vilayətin varlığıhaqqındakı əsərində bu yerlərin əhalisininGünəş TanrısıZevs “Ay tanrısıSelenaya inandıqlarını qeyd edir. Ancaq Strabon bu tanrıların yunanca qarşılıqlarını verib. Bu tanrılarla insanlar arasında vasitəçilik edənlər isə kahinlər olub. Bu vilayətdə hökmdarlardan sonra ən böyük nüfuza sahib şəxsin kahin olduğu da qeyd edilir. Hun türkləri Zevsin prototipi olan eyni mənanı ifadə edənKuartanrısına inanırdılar. Xüsusən Azərbaycanın cənub bölgəsində atəşpərəstlik daha çox yayılıb. Atəş müqəddəs dəyər olaraq bilinirdi. Atəşə xidmət edən xüsusi xidmətçilər olurdu. Onlaramaqdeyilirdi. İslamdan əvvəl bu torpaqlarda xüsusilə zərdüştiliyin xristianlığın daha geniş yayıldığı bilinməkdədir. Xristianlıq bütün Qafqazda Albaniyada (indiki Azərbaycan bölgəsi) böyük təsirə malik olub. Albaniyada xristianlığı yayan Apostol Faddey olub. Hətta miladi 313-cü ildə Albaniya hökmdarı Urnayr xristianlığı ölkənin dövlət dini elan edib. Xristianlıq Albaniya Aderbayqanı böyük təsir altında tutsa da burada yaşayan türklər qədim inanclarına bağlı qalıblar. Bu vəziyyət İslama qədər belə davam edib. Ancaq Qafqazda Azərbaycanda qədim inanclarına bağlı olan toplumlar İslamı asanlıqla qəbul etməyiblər. 790-cı ildə tiflisli Abo Xəzər türklərininTək Yaradıcı Tanrıyatapındıqlarını söyləyib, Xəcər Xaqanı 862-ci ildə Bizansdan gələn müqəddəs Kirill ilə görüşərkən xristianlarda tanrınınüçlüyünə” (Trinitiy) inanıldığı halda özlərinin tək Tanrıya iman etdiklərini bildirib. Həzrət Ömərin zamanında Azərbaycan torpaqları Səmak bin Haris, İsmət bin Fəqad Bukeyr bin Abdulahın komandanlığı altında fəth edilərək islam torpaqlarına qatıldı”.

 

(Ardı var)

 

Sevinc MÜRVƏTQIZI

525-ci qəzet.- 2013.0 12 sentyabr.- S.6.