Nurlu xəzinədir köksündən ürək

 

 

Dünya şöhrətli, qüdrətli sənətkar, vətənpərvər, müdrik həmyerlim Arif Məlik bu gün ömür sarayının 81-ci qapısını inamla açır. Onu təbrik edənlərə mən fərəhlə qoşuluram.

 

Cahangir kişinin bəstəkar oğlu!

Oğlu sayılırsan bəşəriyyətin.

Gedirsən zirvədən-zirvəyə doğru,

Yol bəzən olsa da yoxuşlu, çətin...

 

YaradıbMəhəbbət əfsanəsi”ni,

Qürur bağışladın Nazim Hikmətə;

“...qəlbin dastanıda sevdirib Səni

Uzaq məmləkətə, qardaş millətə.

 

Təzə simfoniyan, yeni romansın

Duyğu göylərində süzür durnatək;

sərvət, var-dövlət, ad umansan,

Nurlu xəzinədir köksündə ürək!

 

Musiqin hiyləgər düşmənə qarşı

Gərək ildırıma, şimşəyə dönsün!

Çevir fırtınaya nəğməni, marşı-

Qoy yağı ocağı əbədi sönsün!

 

 

 

Ustad! Yüz yaşda da gücünü sına,

Səhnəmiz yubiley libası geysin;

Bütöv Azərbaycan öz övladına

Arifim, bayramın mübarək!” desin!

 

Oqtay RZA

Əməkdar müəllim, Beynəlxalq Rəsul Rza

mükafatı laureatı

525-ci qəzet.- 2013.- 13 sentyabr.- S.7