"Azərbaycanımın inkişafı - 10 il" sərgisi açılıb

 

  “Azərbaycanımın inkişafı–10 il” layihəsi “İrəli” İctimai Birliyi (İB), Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ), Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) və Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclər Forumunun (ASAIF) ortaq təşəbbüsü əsasında həyata keçirilir.

Tədbirdən məqsəd ölkənin müxtəlif bölgələrindən olan peşəkar və həvəskar fotoqrafların son 10 ildə Azərbaycan və onun inkişafı, ölkədə gedən proseslər, sürətli dəyişikliklərlə bağlı olmaqla müxtəlif mövzuları əhatə edən işlərin toplanılması və onların cəmiyyətə təqdim etməkdir.

Sərgidə 150 seçmə foto əsəri göstərilir. Tədbirdə, həmçinin “Mənim Prezidentim” gənclərin təşəbbüs qrupunun üzvləri fləş-mob nümayiş etdirilib.

 

Abdullayeva.S

 525 -ci qəzet.- 2013.- 13 sentyabr.- S.7