Eybini cananə deyirlər...”- YÜZ GÖZƏL SEVGİ ŞEİRİ

 

PƏRVİNin təqdimatında

 

Duyğular içərisində sevgidən ciddisi varmı? Məncə, məhəbbət bu cəhətdən rəqibsizdi. Əgər bir hisslə bütün həyatın, nizamın, ovqatın, hətta maraqların, ağrıların, qorxularınhamısı, hər şey tənzimlənirsə, bundan ciddi ola bilər? Təbiətcə azadlıq dəlisi, yaxud çərçivələrə sığmayan adam belə, sevginin ciddiliyinə, qoyduğu, yaratdığı qaydalara tabe olur... Özü sevinə-sevinə! Amma bütün bu dərin, romantik, bəzən hətta sərt ciddiliyi yumşaldan, onun duzunu-ləzzətini artıran ayrı-ayrı detallar var... Əgər sevgini konstruktora bənzətsək, onun əsas hisslərindən biri zarafat olmalıdı. çox güman ki bu detal sevgidən ayrılsa, o laxlayar. Məhz yumordu, qarşılıqlı zarafatlardı münasibəti möhkəmləndirən. Ona görə, səhərdən axşama qaşqabaqlı gəzən, həyatın faniliyiniahlar”, “oflar”, “ehlər”, “ isələr”lə müzakirə edən adamların eşqinə şübhəylə yanaşıram, yaxud da belələrinin çox uzun zaman birgə olacaqlarına inanmıram. Axı, ən kədərli, hirsli, kefsiz olduğun məqamlarda da birdən dalğanı dəyişməyindən, sevdiyinin zarafatına qəhqəhə çəkib gülməyindən gözəl çıxış yolu varmı?! Yumor, zarafat çox anlaşılmazlıqları yoluna qoyur, stressdən qoparır, qorxuları qovur, inamı artırır. Şübhəsiz, duzlu yumor, yerinə düşən zarafat! Hansı ki, bəlkə elə sevməyin özü qədər böyük bacarıq tələb eləyir. nədənsə, mənə belə gəlir daha çox kişiyə məxsus, onun bacarmalı olduğu keyfiyyətdi bu. Çünki zarafatlaşmada (sevənlərin zarafatlaşmasında) hansısa əzizləmə tonu, əyləndirmə üsulu var... üçünsə sevginin məhz bu tərəfi, ünsiyyətin həmin çaları çox az yazılıb. Görünür, xoşbəxtlikdən şeir yazılmaz, yardan gülə-gülə danışılmaz. Müasir dövrdə, sərbəst şeirdə belə mövzulara ara-sıra rast gəlinir, amma klassik ədəbiyyatda bu cür əsərlər daha azdı.

...Sanki şairin ilhamlanması, şeirə köklənməsi üçün mütləq dərd lazımdı. Amma real həyatda mübahisələri sovuşdurmağın, dedi-qodulara tərzlə  yanaşmağın bir yolu da zarafata salmaqdısa, poeziyada niyə olmasın?!

Süleyman RüstəminDeyirlərBilməzrədifli qəzəllərində məhz həmin  ovqat, yumor ifadə edilib. Lakin burada maraqlı məqamlardan biri odu ki, aşiqin fikirlərini ciddi qəbul eləmək olar. Məncə, bu, şairin ustalığının, incə yumorunun fərqli, poetik üsullarının sayəsində belədi. Müəllifin harda ciddi, harda zarafatla danışdığını çox həssas oxucu müəyyənləşdirə bilər, yaxud da şairin təbirincə desək, gözləri ceyran, nazlı gözəl...

Birinci qəzəlində şair aradakı sözgəzdirənlərə, hər eybini cananə yetirənlərə  xəfif atmacalar atır, eyni zamanda zarafata salıb günahsızlığını sevgilisinə çatdırır. Axı dedi-qodulardan əsəbləşib münasibət çürütməyin mənası varmı?! Yoxdur, ondansa de-gül, keçib getsin. Süleyman Rüstəm belə edir. onun zərif ironiyasının da, şən, dəcəl ovqatının da, qeybətcillərə üstdən baxışının da əsas nümayişi son beytdədi: “Məndən sənə, ey gül, deyirlərsə, inanma, Səndən gəlib gündə  Süleymana deyirlər.” Burda aşiqin sevdiyini şirin, incə bir tənbehi sezilir... Amma üzündə təbəssümlə! Yəni bax, mənə gündə səndən danışırlar, inanmıram, ancaq sən... Eyni dalğada giley, yumor qarışıq şikayət digər, “Bilməzrədifli qəzəldə ifadə olunub. Şeirin əvvəlindən adama elə gəlir ki, şair sevgi haqda ümumi sözlər işlədir. Ammadeyirəm, sevgili cananıma bu can qurbanmisrasıyla aşiqin dərdi tonu açıq hiss olunur. Məncə, sevdiyi qadından arzuladığı istiliyi, qarşılığı görməyən adamın hissləri yazılıb burda. Yenə yüngül bir yumorla... Eşqi əyləncə bilən nazlı gözəllərdən danışanda isə zarafatı daha çox hiss olunur. Əsasən eşitdirmə üsuluyla deyir sözlərini, gileyini bu yolla edir. Elənazlı gözəllər”- dən bəhs edəndə bir Qadını nəzərdə tutur. Yəqin  Qadın da başa düşür bu yumoru gülür... Axı bunları ciddiyə alsa, nəfəsini kəsibEşqi əyləncə bilən nazlı gözəllərdən xəbərin?” soruşmazmı, keçmişini burnundan, gələcəyini gözündən gətirməzmi, axırına çıxmazmı aşiqin?!

...Süleyman çox da deyir, barmağını kəs, bilməz, sevgilisinin qaş-qabağına çətin tab gətirə!

..., zarafat edir vallah! İnanma deyilənlərə, heç imtahan da eləmə! Ürəkdən gül, ürəkdən sevə bilirsənsə...   

 

 

 

 

 

 Süleyman Rüstəm:

Səndən gəlib gündə

Süleymana deyirlər

 

 

 

Aşiq olanın bağrı dönər qanə deyirlər,

Atəşdə yanan aşiqə pərvanə deyirlər.

 

 

Dost-aşnanı öyrən, baxıb ətrafına könlüm, –

Hər addımını, eybini cananə deyirlər...

 

 

qəlbini cananına göstərki, inansın,

Bilsin, deyirlər ona, əfsanə deyirlər.

 

 

Ey nazlı nigar, sən mənim eşqim, həvəsimsən,

Eşq atəşidir, can verən insana deyirlər.

 

 

 

Mən fəxr edirəm, çünki əleyhimdə varsa,

Səntək gözələ, gözləri ceyrana deyirlər.

 

 

Məndən sənə, ey gül, deyirlərsə, inanma,

Səndən gəlib gündə  Süleymana deyirlər.

 

 

 

 

 

 

 

Süleyman Rüstəm:

 

“...barmağını kəs, bilməz!”

 

 

 

Sevginin qədrini bu əsrdə hər kəs bilməz,

Doğru aşiq özünə dərdi, qəmi bəs bilməz.

Kim ki, qəlbiylə sənə bağlı deyilsə, könül,

Gecə-gündüz başı üstündə onun əs, bilməz.

 

 

 

Eşqi əyləncə bilən nazlı gözəllər var ki,

“Sevirəm” söylə, aləmə sal səs, bilməz.

 

 

Deyirəm, sevgili cananıma bu can qurban,

Canı qurban deməyən eşqi müqəddəs bilməz.

 

 

Rüstəmin ondakı canan görünür gözlərinə,

İmtahançın sən onun barmağını kəs, bilməz!

 

 

PƏRVİN

525-ci qəzet.- 2013.- 14 sentyabr.- S.21.