Dahilərin dini baxışları

 

    

 

XX əsr alman ekspressionizminin görkəmli  nümayəndəsi, şairi, esseisti  Qotfrid BenninÜç qocayazısında insanın həyat boyu təzadlar içində əsl gerçəklikdən uzaqlaşması haqqında qədər acı həqiqət var.  Bu həqiqətlə hər birimiz üzləşir,  bəzi vacib məsələlərin dərindən çözülməsini ələgəlməz vaxtın öhdəsinə atır, ikili həyat yaşayırıq. Qotfrid Benn ürək ağrısı ilə yazırdı: “Biz olduğumuz kimi yaşamadıq, düşündüyümüz kimi yazmadıq, istədiyimiz kimi fikirləşmədik, özümüzdən sonra isə istədiklərimizin əvəzinə başqa şeyləri miras qoyduq. Bu fikirlər həyata verdiyim sualların qarşısında yeni sual qoydu: – Axı, bu, niyə belədir?!” Doğrudan da niyə belədir?!

Qotfrid Benn həyatın dəyişkənliyinə çox həssaslıqla yanaşırdı. Bəşəriyyət tarixində baş verən haqsızlıqların, insanın  insan üzərində istismarının davam etməsindən rahatsız idi. O, kor həqiqətlə, ədalətsiz cəmiyyətlə razılaşmırdı, o, bəşəriyyət tarixinin ideallaşdırılmasının əleyhinə idi. O, qeyd edirdi ki, nəyin bahasına olursa-olsun bir-birinin üzərində qələbəyə can atan insanlar təbiətdən ayrı düşüblər. “Biz olduğumuz kimi yaşamadıq”,-deyə onun həyəcanı insanlara bir çağırışdır, mənəviyyatımız qarşısında  bir hesabatdır.

Lakin XX əsrin yaddaqalan tarixi simalarından biri olan Mahatma Qandi  elə bir şəxsiyyət idi ki, öz həyat prinsiplərinə ömrünün sonuna qədər sadiq qalmış,  dinc yolla  Hindistanın İngiltərənin müstəmləkəsindən  azad edilməsinə nail olmuşdu. O, deyirdi: “Fikirlərlə, sözlərlə əməlin harmoniya təşkil etməsi əsl xoşbəxtlikdir.” Bəli, onun haqqında demək olar ki, o, təmiz mənəviyyatla, olduğu kimi yaşamışdı. Yerli hakimiyyət nümayəndələri Mahatma Qandinin cəlb edildiyi məhkəmələrdəki çıxışlarından daha çox ehtiyat edirdilər. O, xalqının azadlığı, xoşbəxtliyi naminə  özünü qurban verməyə hazır olan  şəxsiyyət idi.

XX əsrin əvvəllərində hakimiyyəti zorakılıqla əldə edənbolşevikləraclıqla, repressiyalarla, qanlı müharibələrlə xalqını acı sınaqlardan keçirdi.  Nədənsə, LenininKommunizmdə solluq uşaq xəstəliyiəsəri yadıma düşdü. Sonralar uşaqlar təkcəsolluq xəstəliyindənəziyyət çəkmədilər. Stalin dövründə kəndlərdə aparılan sünikollektivləşməsiyasəti nəticəsində kütləvi surətdə aclıqdan uşaqlar valideynləri ilə birgə məhv oldular. Ukrayna kəndlərində təzə ölənlərin ətinin alveri yaranmışdı...Mətbuatda isə ölüm hadisələrini guya baş verən epidemiya ilə əsaslandırırdılar. Təəssüf ki, bu iki rəhbər  xalqı üçün Mahatma Qandi ola bilmədi.

Deyirlər ki, vaxtında deyilən düz söz insanı qəzəbləndirər, Allahı isə sevindirər. Belə bir deyim var: düz düzdə qalar. Tarix boyu  düz adamlarındüzənliyisanki edam səhnəsinə bənzəyib. Qandi 1948-ci ildə axşam ibadətinə gedərkən yolda əleyhidarları tərəfindən öldürülür. Düz düşünüb danışan Sokrat üçün  isə eramızdan əvvəl 400-cü illərdə məhkəmə  ölüm hökmünü çıxarır. O, layiqli şəkildə öz fikirlərini müdafiə edərək, ölümün sərt gözlərinə mərdliklə baxır, dostları tərəfindən xilas olunmasına, qaçırılmasına qəti etiraz edir. Sümükləri sürməyə dönən Sokrat sağlığında insan haqqında həqiqəti üzə çıxarmaq istəyirdi. Onun ən məşhur fikirlərindən biridir: “Danış, səni görə bilim.” ƏflatununSokratın apologiyasıəsərində filosofun cəmiyyət qarşısındakı əvəzsiz xidmətləri öz geniş əksini tapıb. Sokrat deyirdi ki, özünü deyil, həqiqəti müdafiə etmək lazımdır. Maraqlıdır ki, Moskvada Lomonosov adına Universitetin nəzdində 2006-cı ildən fəaliyyət göstərənBeynəlxalq mərkəz”də fəlsəfə hüquqşünaslıq fakültələrinin tələbələrinin iştirakı iləSokrat üzərində məhkəməadlı səhnələşdirilmiş tədbirlər keçirilir. Tələbələr üçün bu tədbir ən qiymətli, unudulmaz bir təcrübə məktəbidir. Sokrat kimi düşünmək, yaxud onun apologeti, şikayətçisi kimi çıxış etmək tələbələrdə natiqlik istedadının, sərbəst fikir yürütmək qabiliyyətinin inkişafında böyük rol oynayır.

Biz niyə olduğumuz kimi yaşamadıq? Mənə elə gəlir ki, yaxşı adamlar çox vaxt  öz zamanında doğulmur, pis adamlar çox  doğulub sürətlə artır, bu isə şər xeyir qüvvələr arasında balansı pozur.

Deyilənə görə, Allah Adəmi yaradanda onun sağ çiyninə vurmuş, ordan ləl-cəvahirat kimi nəsil, sol çiyninə vuranda kömür kimi qara nəsil peyda olmuşdu. Sağdakılar cənnətlik, soldakılar cəhənnəmlik insanlar idi. Görəsən, cənnətdə tünlük olacaq, yoxsa cəhənnəmdə?

Maraqlısı odur ki, Nikkolo Makiavellinin nədənsə cənnət cəhənnəm haqqında öz mülahizələri var: “Mən cənnətə deyil, cəhənnəmə düşmək istəyirəm. Çünki orda panların, kralların, hersoqların cəmiyyətində zövq ala bilərəm, cənnət isə, ancaq dilənçilərdən, rahiblərdən həvarilərdən ibarətdir”. Əlbəttə, siz onun fikirlərinə uymayın, bəzən filosoflar sadəlövh adamları çaşdırmaq məqsədi ilə belə deyirlər...Bəzən filosof xəstə  təxəyüllə dünyaya yanaşır:insanda ruhun ölməzliyini inkar edən allahsızlar, yəni epikurçilər kimi.

Heç fikir vermisiniz ki, son vaxtlar insanların çoxunun sol çiyni yaman əyilib. Çünki azadlıq dünyasında, çox şeydə sərhədlər aradan götürülüb. Hər yerə sol ayaqla daxil oluruq, son vaxtlar sol gözümüz daha çox səyirir. Sol çiyinlərdəki mələklərin barmaqları aramsız yazmaqdan döyənək olub. Bu da insanın ona xeyri. İnsanların qara əməlləri haqda yazılar bir haqq-hesab dəftərinə  sığmır. Yeni əməl dəftərlərinə ehtiyac çoxalıb. Bu işi layiqincə  davam etmək üçün mələklər deyəsən, tez-tez göyə ezam olunurlar ki, yeni dəftərlər gətirsinlər. İnsanların qara əməlləri qara mələyin üzünü ağardır, mələyin isə üzünü qaraldır. Habil Qabilin qanı axır qanımızda.

Mənə elə gəlir ki, dünyada iki qüvvə-sollar sağlar hərəkatı fəaliyyət göstərməlidir. Sağlar-cənnətliklər, sollar-cəhənnəmliklərdir. Orta səviyyədə neytral qalanları isəəraflılaradlandırmaq lazımdır. Amma pis odur ki, cəhənnəmə gedənlər öz ardıyca daha çox ardıcıllar toplamağı bacarırlar. Dante “İlahi komediya”sında yerdən çox göylərin gözəgörünməz qatlarında baş verən hadisələri şərh edir. Sanki o da göyəmeracedib qeyri-adi məkanları, insanların aqibətini görüb. Görübsə, bəs niyə günahkar insanların cəhənnəmdə başına gələn cəzalardan özü üçün nəticə çıxarmayıb. Kitabda təsvir edilir ki, dördüncü  ulduz  sayılan Günəşdə müdrik insanların ruhu dolanır. Bunların arasında katolik, filosof Foma Akvinski var.(O, xristianlığı Ərəstunun (Aristotelin) fəlsəfəsi ilə əlaqələndirib). Çestertonun qeyd etdiyi kimi, Foma dini əqidəsini təcrübə elmə  yaxınlaşdırıb. Dante Fomadan sitat gətirir ki, ey insanlar, bir-biriniz haqqında  tələsib pis fikir  yürütməyin.

Bəs niyə Dante özü bu prinsipə riayət etməyib...“İlahi komediyadünya ədəbiyyatında şah əsər statusunu qazanıb, həqiqətən diqqətə layiq  əsərdir, lakin islam peyğəmbərinin belə kəskin, əsassız olaraq təhqir dilində təqdim olunması Dantenin  islam tarixinə ləkə salmaq təşəbbüsünü üzə çıxarır. İslam dininə əsasən insanın elmli olması ilə yanaşı  həm də helmli (yəni mədəni, nəzakətli) olması vacib şərtlərdən biridir. Məhəmməd peyğəmbər(s.s.) və imam Əli (ə) müəllifin nəzərində əstəğfürullah, cəhənnəm əhlidir. Guya şeytan onlara o dünyada zülm edir. Peyğəmbərlərin möhürü olan Məhəmməd peyğəmbərimiz (s.s.) Allahın rəsulu olduğu halda cəhənnəmin səkkizinci dairəsinin doqquzuncu bölməsində şeytanın ona günahkar bəndə kimi təcavüz etməsi nə qədər real görünür? Mənə elə gəlir ki, Dante əslində Foma Akvinskinin müəllimi Dahi Albertin islamla bağlı proqnozlarına daha çox əsaslanıb və peyğəmbərimizin axirətdəki yerini özünəməxsus tərzdə qələmə alıb. Dahi Albertin fikrincə, din kimi islam XXI əsrin sonlarında öz ömrünü başa vuracaq. İnsan dahi olanda Allahın işinə qarışarmı?

Müəllif niyə unudub ki, elmin inkişafının qarşısının alınmasında, onun tənəzzülə uğramasında, inkvizisiya yolu ilə tonqallarda milyonlarla insanların yandırılmasında, məhvində bu dinin fəal iştirakı tarixi həqiqətdir. Sən demə, müəllifin əcdadlarından biri Səlib müharibələrinin birində döyüşən Kaççaqvidi adlı cəngavər olub. Öz nəslinin tarixi haqqında qısaca da olsa, əsərin üçüncü hissəsində “Cənnət” bölməsində verməyi özünə şərəf bilib.

 

(Ardı var)

Zöhrə Əsgərova

yazıçı-publisist

525-ci qəzet.- 2013.- 14 sentyabr.- S.10.