Oralarda kimlər var- PUBLİSİST ZÖHRAB ƏMİRXANLI-2

 

 

 

ONLAR NƏ DEDİLƏR LAURA CƏBRAYILLI ( publisist)

...Bizim onunla birgə bir “Şans”ımız olub:

– Adım Zöhrabdı, xoş gəlmisiniz. Bütün hallarda, biz sanballı bir qəzet çıxartmalıyıq...

“Onunla işləmək çətindi, yaman tez hirslənir, hirslənəndə də gözü heç kimi görmür” – qarşımda isə tamam ayrı adam və yeni “Şans” vardı. Bu bizim “Şans”ımızıydı– baş redaktor Azər Hüseynbala hirslənəndə, müavin Zöhrab Əmirxanlı tərifləyəndə, Məmməd Nazimoğlu “anekdot”larına ara verəndə, Hüseyn Əfəndi dinəndə, Qulu Ağsəs kiriyəndə heyrətlənirdik, yazıya, sözə heyrətlə qəzet çıxarırdıq...

“– Bunun nə ayağı var, nə də başı, belə cümlə olar? Bütün hallarda, bu, yazı deyil.

– Niyə elə deyirsiniz ki, yazıdı da...

– Məsələ burasındadı ki, bu, yazı deyil da, ay bala. Yazı yaza bilirsən?

– Siz axı necə yazı istəyirsiniz ki?

– Sən burdan çıxıb gedə bilərsən?

– Niyə?

 

– Mən belə istəyirəm! İndi neyniyim ki, bütün hallarda, mən bunu istəyirəm...”

 

Yazıdan, sözdən xəbərsizin birini bu şəkildə qəzetdən uzaqlaşdırması bir müddət dildə-ağızda gəzdi. O, həqiqətən də səbrsiz idi, sözünü, yazısını bilməyənlərlə isə danışmağa sadəcə ərinirdi.

 

(Ardı yazının sonunda)

 

 

 

ÜZÜ MOSKVAYA... VƏ BƏRK GEDƏN OĞULLARLA ÜZ-ÜZƏ

 

...bütün bunlardan sonra getdim Moskvaya və orada bir daha başa düşdüm ki, bir qəzet lazımdı və başladım bir qəzet buraxmağa, “Üçüncü Azərbaycan” adında bir qəzet,Aydın Caniyevlə birlikdə.O qəzetin Bakı bürosunu qurmuşduq, üzr istəyirəm xanımım jurnalisti və o burada işi davam etdirirdi. Əslində o qəzet buraxmaq deyildi, itin ayağından tikan çıxarmaq, iynə ilə gor qazmaq kimi bir iş idi. Moskvadan altmış kilometr aralıda bir yerdə çap edirdik, qoltuğumda lent bu yolu gedirdim maşınla,qatarla  və qəzet çıxırdı. Gətirirdik onu alacaq və oxuyacaq adamların yanına və alırdılır, baxırdılır və sonra “hamısı yalandı bu yazılanlıpın,hamısı yalandı...deyirdilər.Çətin işdi. Və mən ikinci dəfə orda jurnalistikadan iyrəndim və bunu qısaca belə deyə bilərəm ki, bir yazı verdim o qəzetdə, bizim oradakı Azərbaycanlıların tanıdığı bir kəndədən, Şamaxının çox inkişaf edən bir kəndindən bir yazı yazdırdım.Qurban Yaqub oğlu yazdı. Yazıdan qabaq anons vermişdim ki, filan KƏNDİN BƏRK GEDƏN OĞULLARI. Orada insanlar pul qazanırlar, amma içlərində daimi bir qorxu var.Bir çox işlərini yansıdan bir yazı idi və mən bu yazını ona görə vermişdim ki, həqiqətən orada adı çəkilən insanlar çox işlər görmüşdülər və mən də onların bu işlərini dəyərləndirmək üçün təbii ki, o yazını yazdırmışdım və sonradan belə məlum oldu ki, mənim fikrim tam tərs başa düşülmüş və mənə təzyiqlər olmağa, məni telefonla söyməyə başladılar, qorxudurdular, var yoxdan belə çıxarırdılar, bir şey qalmırdı ortada.Hələ bilmirlər material nə olacaq.Və hətta orada yaşayan bir çox azərbaycanlılar məni necə deyərlər “razborka”ya çağırdılar və kiçik bir detalı da deyim, yeddi nəfərdilər yeddisi də oturub  və soruşurlar : müəllim, çay içirsən. Baxın, stol belə yoxdu.Başa düşürəm ki, bunlar məni dolayır və deyirlər : orda adamların adını səhv yazmısan, yox yazı səhv yazılıb.Qulaq asıram :  nə səhvdi, soruşuram. Sən deyəsən söz güləşdirirsən, deyirik ki, səhv yazmısan, denən səhv yazmışam.Bir də soruşurlar : yazını sən yazmısan. Deyirəm : axı orda imza var.  Məni  incidən, məni iyrəndirən bir söhbət getdi:dedilər ki,biz bilirik niyə onların adı çıxır.Hərəsi gətirib cibivə yüz dollar qoyublar, yazdırıblar.Adları burada keçən insanlar sənə nə qədər veriblər, nə almısan, bu cür iyrənc söhbətlər.Halbuki, bu qəzetin çıxarılması üçün mənim bir maliyyə yardımı kimi bir umacağım vardı onlardan.Amma ona qədər yalnız qardaşlarım mənə kömək eləmişdilər.Bir dəfə bir taksidə bir erməni ilə gedirəm, soruşur : ara, bu nədi belə? Deyirəm qəzetdir.Ara, bu nə az qəzetdi.Susuram : ara, siz o qədər millətsiniz, bu qədər az qəzet olar.Bizim burada Moskavada on yeddi adda qezət, jurnalımız çıxır.Hamısını da abunə ilə əldə edirik. Deyir  erməni.

 

 

 

PUBLİSİSTİKA NƏDƏN CİDDİ ƏDƏBİYYAT KİMİ QƏBUL OLUNMUR

 

–Azərbaycan mətbuatında son yazın nə olub, xatırlayırsanmı?

Zöhrab: Moskvada yazdığım yazı olub. “Azərbaycanı xanlıqlara bölək” adıyla

–Bax, Zöhrab burada baş redaktor da oturub və şöbə müdiri  burda.Şəxsi şeylərə toxunmaq yoxdu. Amma bir şey  soruşaq : bu Azərbaycan publisistikası bir janr olaraq nədən ədəbiyyat olaraq qəbul olunmur, nədən bu xalq şeir, hekayə, dastan-bostan vurğunudur.Bax, Elçin Hüseynbəyli mənə bir vaxtlar çap olunan çox gözəl publisistik yazılarını oxuyub.Onlar onun bir çox hekayələrindən geri qalmaz, amma  Elçin o yazıları nədənsə yaradıcılıq bioqrafiyasına almaq istəmir.Nədən  bu xalq gözəl publisistika yazılarını ədəbiyyat  hesab elmir.Elə Yazarlar Birliyində belə bu janra ögey bir münasibət gedir

Zöhrab: Görünür o janrın incəliklərini biz ora qədər duya bilmirik.Amma bu da var : Azərbaycan qezetçiliyində mənə görə, indi publisistikadan bərk gedən janr yoxdur.Oxunaqlı və çevik yazılar yazılır. Adamın özünü ifadə eləməsi üçün bundan gözəl janr yoxdur. Məsələn, Adil Qaçayoğlunun təbii ki,hər yazısı publisistika hadisəsi deyil, amma onun yazıları son dərəcə oxunaqlı və sevilən yazılardır.Hər ikimizin dostu Müsəllim Həsənovun publisistik yazıları çox gözəldir. Adil futboldan yazanda belə  orada publisistik elementlər dolu olur. Adam oxuyub gözünün üstünə basmaq istəyir. İndi Arif Əliyev  gözəl bir ideya ardınca bir qəzet buraxır, amma orda publisistika yoxdur.Qəzetdə bir boşluq hiss olunur.Biz hamımız qəzet adamıyıq, qəzeti oxuyanda, adamın içi dolmursa, o qəzet deyil, heç olmasa bir yazı bu cür olmalıdır.Azərbaycan mətubatı bu gün qatmaqarışq, bulaşıq bir sahədir.

–Təbii ki, sənin kimi bir yazarın aradan çəkilməsi yaxşı hal deyil,  bunu başa düşürük.Amma neyləyəsən bu olub və nə zamansa sən bir də yazıya qayıdacaqsanmı?

Zöhrab: Baxın vaxt olub ki, mən bir yazını bir aya yazmışam. Məsələn :  Səxavət Məmmədovdan yazdığım yazı bu cür yazılıb. O yazı üçün mənə ağlaya-ağlaya telefon açanların səsi hələ də qulaqlarımdadır. “Azad bir quşdum” adında bir yazıydı.

–Sənin bir yazın da olub,Mahir deyir : 666

Zöhrab: O yazının tarixcəsi dəhşətdir.Qısacası bu ki, yazı çap olundu və o yazının rezonansı bir vahiməyə çevrildi.Bir müddət Bakıdan Şamaxıya qaçmalı və  orada da gizlin xəfiyyələr kimi yaşamalı oldum və o yazının yaratdığı vahimə indi də bəzən mənim içimi üşüdür.Yazı siyasi motivlər üstündə köklənmiş bir yazıydı.Bu səbəbdən bir çox dostlarım mənə görə bu məsələni bir az şişirtmişdilər.Və mənim qayğımı çəkmək üçün sanki bir kino Senarisi kimi bir Senari hazırlamışdılar.Və şükürlər olsun ki, bunlar hamısı arxada qaldı və mən gördüyünüz kimi sağ    salamatam və yaşayıram.

(Cənab baş redaktor yenidən o məsələyə qayıdır ki, sən yenə də axıra qədər demədin ki,jurnalistikadan niyə getdin...

Amma adam anlatdı məncə).

–Yox, bir daha görək Zöhrab nə deyir (baş redaktorun müdaxiləsi)

Zöhrab: Azərbaycanda bir mühit var: dostlar birləşib bir qezət buraxır və mən də bu dudkaya getmişəm və sonra məlum olur ki, sən yaxşı oğlan deyilmişsən.Amma necə y axşı oğlan deyilsən ki, evindəki son beş yüz dolları da apar ver qəzetdə kiminsə yediyi pulun əvəzinə   uşaqların,ailən da qalsın  quru yerdə.

–Zöhrab, bu məlum ki, sən qəzetçiliyə çox gənc və bəlkə də sənin həvəsin olmayan bir yerdə başlamısan və o zamandan sənin içində bir qırıqlıq əmələ gəlib və sənin bir neçə yazının adını çəkdilər. Bu yazılardan məlum olur ki,çoxu bu sənətlə bağlı yazarlar olub və “Azadlıq” qəzetində də buraxdığın o qəzet humanitar bir istiqamətdə olan bir qəzet olub.Bəlkə sən bu illər ərzində yanlışlıqa yol vermisən, bəlkə sən parçalanmamalıydın. Məsələn,  mən Tofiq Abdin hər zaman sənətdən və ədəbiyyatdan yazdım. Çətinlik çəkdim, zor oldu amma sənətdən yazdım. Pambıqdan,əmək qəhrəmanlarından, kartofdan yox. Amma sən deyəsən çox şaxələnmisən.Bəlkə bu da bir rol oynayıb sənin bu jurnalistikadan rəncidə olmağında?

Zöhrab: Başa düşdüm nə deyirsiniz.Konkret olaraq  Bakı” qəztində işlədiyim o üçü ili Allah ömrümə yazmasın.Nələr çəkdim orda.O zaman şöbə müdirinə tabe  idik. Sən yalnız şöbə müdiriylə görüşüb içini tökə bilərdin və ondan yuxarıya yol yox idi.Şöbə müdiri Şamil Abdullayev vardı.Gedirdim yazını yazırdım, məsələn, səkkiz qranka, alır qarşısına yazını eləyirdi üç qranka və yazının da atasını yandıdırdı qoyurdu ortaya və baş redaktor da təbii ki, mənim imzam gedən yerdə onun yazısını oxuyurdu. Və sonra da birbaşa özündən yuxarılara deyirdi: yarıtmır də.   Və bir dəfə Şamil Şahməmmədov mənə dedi ki,bir həftə yazılar səndən gəlib keçəcək və sən cavabdehsən.Dedim çalışaram.Şamil müəllimin təsəvvüründə bir yekəxana Zöhrab yaratmışdılar və mən yazılarımı hazırladım. Dəhşət ordan başladı ki,məndən soruşdu : yazıları özün yazırsan.Adama bir tərs şillə vursalar daha yaxşı olar, vallah.Yaxşı sən Şamil Abdullayev olanda niyə belə yazılar yazmırsan? Dedim, vallah mən elə bu cür işləyirəm,amma yazılar sizə başqa cür verilir.

 

 

ONLAR NƏ DEDİLƏR LAURA CƏBRAYILLI ( publisist)

 

...“Şans”ın ulduz fallarını mən işləyirdim. Hər dəfə də qəsdən Oxatana yazırdım ki, sizə əsəbiləşmək olmaz, səhhətinizi düşünürsünüzsə, bunu unutmayın... Əvəzində gün ərzində bu sözləri tez-tez eşidirdik: “Səhər oxudum ki, bu gün mənə hirslənmək olmaz, ona görə özümə söz vermişəm, dinməyim, çünki bütün hallarda bu gün şəkərim qalxa bilər...”

...Bürclərə-filana yox, o, Yazıya, Yazılana bütün varlığıyla inanan bir sadəlövh idi.

Uşaq vaxtı oxuduğum “Başsız atlı”da yazıçının təsviri indi də yadımdadı: əfsanəvi mustanger – vəhşi at ovçusu olmaq üçün təkcə peşəkarlıq və cəsurluq yox, həm də həssas, mərd bir ürək lazımdı. İdman üslubunda geyinməyi xoşlayan Zöhrab Əmirxanlının təzə cins kostyumuna hamı “mübarək” dedi, mən də qayıtdım ki, Zöhrab bəy əsl mustangerə oxşayır. Aradan xeyli müddət keçəndən sonra, nədənsə söz düşəndə hamının yanında qəfil dedi:

– Bilmirəm, mustanger nə deməkdi, amma bütün hallarda, əgər onu Laura deyibsə, deməli, pis söz deyil.

...Sözü bu qədər sevən Zöhrab Əmirxanlı neçə illərdi ki, sözümüzə gendən baxır, indi 50-ni də bizdən uzaqda qarşılayır... “5”iniz, beşliyiniz mübarək, cənab mustanger Əmirxanlı! Hamımızdan küsün, amma qələm-kağıza salam verməyə arabir bəhanə axtarın, axı onların əlləri çoxdandı uzalı qalıb...

 

(Davam edəcək)

Tofiq ABDİN

525-ci qəzet.- 2013.- 14 sentyabr.- S.23.