Dahilərin dini baxışları (davamı)

 

 

Fikir vermisinizsə, “İlahi komediya”nınƏrafCənnətbölmələrində nəzərdə tutulan otuz üç nəğmə İsa peyğəmbərin otuz üç yaşında dünyasını dəyişməsinə işarədir. TəkcəCəhənnəmotuz dörd nəğmədən ibarətdir. Kitabda xristian dinində əsas götürülən müqəddəs üçlük isə üç sətirdən ibarət misralarda rəmzi məna daşıyır.  İlahi komediyaorta əsrlər Avropasının ensiklopediyası adlandırılsa da, əslində dahi Nizami ensiklopedik biliyə malik şair olsa da, öz əsərlərində heç vaxt dini ayrı-seçkiliyə yol verməyib. Onun poemaları dünya ədəbiyyatının inciləri, əsl sirrlər, fikirlər xəzinəsidir.

Dinimizə qarşı ədalətsiz mövqe tutanlar yəqin ki, o dünyada səhvlərinə görə cavab verəcəklər. Qurani-KəriminƏnbiyasurəsinin 41-ci ayəsində deyilir: Allahın səndən əvvəlki elçiləri məsxərəyə qoyulmuşdu. Onlara rişxənd edənləri istehza etdikləri şey məhv etdi.”

İlahi komediya”nı italyan dilindən  Azərbaycan dilinə həvəslə tərcümə edənlər tapılır...Keçmiş sovet dövründə isə 1973-cü ildəAzərnəşr”də şair Əliağa Kürçaylının tərçüməsindəİlahi komediyaəsəri nəşr edilmişdi. O kitabı mən almışdım. O dövrdə yadımdadır ki, hər hansı bir kitabda islam dini ilə bağlı  fikirlərin qarşısında müəlliflər tərəfindən mütləqguyasözü işlədilirdi.  Yəni, islamla bağlı fikri “biz  təsdiq edə bilmərik. Amma indi islamı təbliğ edənlərin bəziləri  dahaguyasözünü  işlətmirlər... Axı, biz niyə  fikirlərimizi paltar kimi dəyişirik? Qotfrid Ben nahaq demir ki, biz olduğumuz kimi yaşamadıq.

Qeyd etmək vacibdir ki, orta əsrlərin sxolastik fəlsəfəsində Avropada islam dininin təsir gücü böyük olub. İspan orientalisti, ərəbşünas Miqel Asin Palasios “Dante islaməsərində bu mühüm məsələyə toxunub. Palasiosun fikrincə, Dante öz əsərində islam dinindən istifadə edərək, onu öz düşündüyü kimi  təqdim edib.

İtalyan yazıçısı Luidji Valli  əsərin iran-ərəb ezoterik poeziyasından bəhrələndiyini bildirir. Belə müəllifləravropa sufiləriadlanır. Burda qeyd etmək yerinə düşərdi ki,  Allahın əmri ilə peyğəmbərimiz göyə merac edərkən cəhənnəm cənnəti gördükdən sonra demişdi ki, əgər siz mənim meracda nələr gördüyümü bilsəydiniz qorxudan hönkürüb özünüzə yer tapmazdınız.

Aliqyeri Dante müasir zamanda yaşayıb bu əsəri yazsaydı, yəqin ki, Nobel mükafatı alardı. İngilis şairi Tomas  Sternz  Eliot  bu mükafatı çox  gözəl  xarakterizə edib: “Nobel mükafatı ölüm haqqında şəhadətnamədir, onu alandan sonra heç kim heç yaratmayıb”.

Nobel mükafatı almaq üçün isə bir çox insanlar demokratiya pərdəsi altında dünya ictimaiyyəti qarşısında guya dahacəsarətli”, “ədalətligörünmək  xatirinə  hər cür vasitələrlə  ilan kimi dəridən, qabıqdan çıxırlar...(Bu cümlədəguyasözü yerinə düşür). Unudurlar ki, Allah qarşısında haqq-hesab günündə  günahkar cəmiyyətdə alınan bir çox mükafatlar  əksinə şahid kimi  insanın özünə qarşı çevrilə bilər. “Özünü tanımayan insanlar öz həyatını yaşamırlar...”(Əbu Turxan)

 

Dantenin yazdığına görə, cəhənnəmin xüsusi qatında sağlığında paxıl olan insanlar cəhənnəmdə kor edilir. (Paxıl adamlara xəbərdarlıqdır.) Təəssüf ki, biz şüşə kimi nazik, kövrək qəlbləri sındıranda onun şüşə kimi necə sındığının səsini eşitmirik. Bəlkə ona görə çox şeyə laqeyidik...Hərdən Antuan Sent EkzüperininBalaca şahzadəəsərini yenidən oxumağa mənəvi ehtiyac duyuram. Balaca şahzadəyə qoşulub onun macəralarında iştirak etmək istəyirəm. Kitabda şahzadə özü boyda balaca planetdən dost axtarmaq üçün yer üzünə gəlir. Balaca şahzadə deyir ki, sizin planetdə minlərlə qızıl gül əkilir, ancaq lazım olan qızıl gülü tapa bilmirsiniz...Qəlbin gözüylə axtarmaq lazımdır. Vallah, o balaca şahzadə qədər deyilik. O öz kiçik planetində əkdiyi qızıl gülü düşünür, onu qorumaq üçün hər şeyə hazırdır.

Olum ya ölümovqatıyla fikir yürütmək, bu sərhəddə həyatı tanımaq, ölümün yad, soyuq əlini sıxmaq istəyi artmaqdadır. Televiziya kanallarının çoxundan, internet səhifələrindən üstümüzə qara yağmur yağır. İngilis yazıçısı N.Duqlas deyir: “Millətin idealları haqqında  mühakiməni onun reklamlarına görə aparmaq olar.” bir   əxlaqi dəyərlərin tədricən deqradasiyaya uğramış təzahürlərində...Geyimlər yuxarıdan aşağı, aşağıdan yuxarı qısalır. Cəmiyyətə əxlaq dərsi keçmək istəyənlərin bəziləri əxlaqdan axsayırlar. Çılpaq, axsayan əxlaq mavi ekranı da öz rənginə, formasına , məzmununa, şikəst halına uyğunlaşdırır...Sola meyilli adamların bütün işləri əslindəsolaxaygörülür. (Bu fikir, sol əllə yazan adamlara aid deyil.) Belə insanlar da olduğu kimiyaşayırlar”.

Müharibələr, sərkərdələr yaxşı ya pis tarixin yaddaşında həmişə yaşamaqdadır. Hər bir sərkərdənin qəribəlikləri az olmayıb. Deyilənə görə, Makedoniyalı İskəndər şikayətçiləri dinləyəndə bir qulağını bağlayırdı. Ondan soruşanda ki, niyə belə edirsən? Deyirdi ki, o biri qulağımı da əks tərəfin şikayətini dinləmək üçün qoruyuram. Halbuki biz iki qulaqla da əsl həqiqəti eşitmək istəmirik.

Məsələn, Ərəstun (Aristotel) Zərdüşt təlimini yüksək qiymətləndirirdi. Makedoniyalı İskəndərin müəllimi kimi o, onun dünyagörüşünün formalaşmasında böyük təsir gücünə malik olmuşdu. O, filosof kimi yunanların milli maraqlarını hər şeydən üstün tutduğu üçün Zərdüşt təlimininin əhəmiyyətini şagirdinə aşılamır, istəmir ki, o, zərdüştlüyün təsiri altına düşsün. Deyilənə görə, dahi İskəndər İrana hücum edərkənAvesta”nın  qızıl hərflərlə yazılan on iki min lövhəsi yandırılmazdan əvvəl tibb, fəlsəfə astrologiya sahəsinə aid olan hissələr yunan dilinə tərçümə olunub. Təbiidir ki, bu vasitəyləAvesta”nın bəzi hissələri sonralar qərb filosofları tərəfindən mənimsənilib, Hörmüz yeni qərb təlimində Hermes kimi qələmə verilib. Fransız şərqşünası Anri Korbeninİslam fəlsəfəsinin tarixiəsərində Zərdüşt, Ərəstun, Hermeslə bağlı maraqlı açıqlamalara rast gəlinir. Maraqlıdır ki, hal-hazırda Zərdüştlük təlimini yaşadan doqquz icma var. Onlar bu müqəddəs atəşi uzun əsrlərdir ki, öz ocağında sönməyə qoymurlar. Ona “Bəhram atəş”i deyilir.

Ərəstunla bağlı fikrimizi sona çatdıraq.  Sokratdan fərqli olaraq Ərəstunun iradəsi zəif idi, İskəndərin vəfatından sonra zəhər içib tənhalıqda qaçqın kimi ölməyi acınacaqlıdır...Foma Akvinskiy xristian dinində Ərəstunun fəlsəfəsini ideallaşdırıb...İdeal insan özünə qəsd edərmi?  Dante ilə Ərəstunun ruhu məndən inciməsin,  uzun əsrlərdir ki, yalnız təriflənirlər, lakin ürək sözümüzü sağ ikən deməsək, bəs nə vaxt deyəcəyik?

Sağlığımızda sağımızla solumuzu çaşdırıb tövbə etməyə gecikən günahlarımız gözlərimizə pərdə çəkib. Zərdüştlüyün ən ali məramı –düz düşünüb, düz danışıb və düz əməl sahibi olmaqdan ibarətdir. Budur, hələ də arzularda yaşayan sağlam cəmiyyət. Özümüzdən sonra nələri miras qoyuruq? Kaş elə miraslar qoyaq ki, o biri dünyada bizə qarşı şəhadət verməsin, günahkar bəndə kimi üç yüz il Allah qarşısında ayaq üstə başıaşağı dayanmayaq. Görəsən, Qotfrid Benn Zərdüşt  təlimindən bəhrələnibmi? Çünki o da əslində  sözdə, düşüncədə, əməldə əsl həqiqəti axtarıb. Məhəmməd peyğəmbərin (s.s.) hədislərindən: “Şəriət mənim sözlərim, təriqət mənim əməlim, həqiqət isə mənim daxili vəziyyətimdir”.

İnsan özündə Allahın ruhunu daşıyır. Amma başqa əhval-ruhiyyədə, başqa ruhda  yaşayanda biz mənəvi cəhətdən Yaradandan ayrı düşürük. Kaş ki, ancaq bayramdan-bayrama səxavətimizi, yaxşı əməlimizi məcburi borc kimi nümayişə çıxarmayaq. Bayramlar təkcə teatr səhnəsi deyil, axı...

 

 

 

Zöhrə Əsgərova

yazıçı-publisist

525-ci qəzet.- 2013.- 17 sentyabr.- S.6.