Üzeyir Hacıbəylinin Əhməd bəy Ağaoğlu haqqında naməlum bir məqaləsi

 

 

 

1918-ci il noyabrın 8-də “AzərbaycanqəzetindəBakı xəbərlərirubrikası ilə verilmiş xəbərdə yazılırdı ki, M. Ə. Rəsulzadənin başçılıq etdiyi Azərbaycan Cümhuriyyətinin İstanbul konfransı nümayəndə heyəti Bakıya gəlmişdir. Onlarla bərabərməşhur mühərir cəmaət xadimi Əhməd bəy cənabları dəxi Bakıya gəlmişdir”. Noyabrın 10-da Ceyhun Hacıbəyli Şəfibəy Rüstəmbəylinin redaktorluğu ilə nəşr olunanAzərbaycanqəzetinin 35-ci nömrəsindəVətənimizin iki simayi-möhtərəmisərlövhəsilə Ə. Ağaoğlu M. Ə. Rəsulzadəyə həsr olunmuş iki yazı verilmişdir. Birinci məqalənin müəllifi Üzeyir Hacıbəyli idi. Bu vaxta qədər tədqiqatçıların nəzərindən yayınmış bu məqalə təsadüfi yazılmamışdır. Məlumdur ki, 19 yaşlı Üzeyir bəy 1904-cü ildə Qori müəllimlər seminariyasını bitirdikdən sonra Hadrud kənd məktəbinə müəllim təyin olunmuşdu. Bir il işlədikdən sonra o, 1905-ci ilin iyununda Bakıya gəlmişdi. Bu vaxt Əhməd bəy Əli bəy Hüseynzadə ilə birlikdəHəyatqəzetini nəşrə başlamışdılar. Şuşadan Hacıbəyli ailəsini yaxşı tanıyan Əhməd bəy Üzeyir bəyiHəyatqəzetinə tərcüman qəbul etmişdi. 1905-ci il dekabrındaHəyat”dan ayrılıb müstəqilİrşadqəzetini nəşr edən Əhməd bəy Üzeyir bəyi həmin qəzetə aparmışdı. 1905-1908-ci illərdə Üzeyir bəyİrşad”ın əsas mühərrirlərindən biri kimi şöhrət qazanmış, onun bu qəzet səhifələrində 100-dən artıq müxtəlif janrlı yazısı dərc olunmuşdu. 1908-ci ilin iyununda qəzetin nəşri dayandırıldı. Əhməd bəy 1908-ci ilin avqustundaTərəqqiqəzetinin nəşrinə başlayanda Üzeyir bəyi həmin qəzetdə məsul katib sonra redaktor müavini 1909-cu ilin əvvəllərində Əhməb bəy İstanbula getməyə məcbur olandan sonra qəzetin redaktoru kimi fəaliyyət göstərdi. Əhməd bəyə qarşı iftira böhtanlara tutarlı cavablar verdi.

1918-ci ilin mart hadisələri ərəfəsində Üzeyir bəy ailəsi ilə bərabər İrana-Ənzəliyə getmişdi. Yalnız 1918-ci il oktyabrın 23-də Bakıya qayıtmışdı. 15 gün sonra Əhməd bəyin İstanbuldan Bakıya qayıtmasını alqışlayan Üzeyir bəyAzərbaycanqəzetində həmin çox dəyərli məqaləni yazmışdı. Həmin yazını oxuculara təqdim edirəm.

 

 

 

Vətənimizin iki simayi-möhtərəmi

AĞAOĞLU ƏHMƏD BƏY

 

Əhməd bəy Ağayevi kim tanımıyor?

Hələ Parisdə tələbə ikən məşhur Fransa alimi RenanınDini-islam maneyi-tərəqqidirmeylindəki idareyi-əfkarinə qarşı yazmış olduğu cavabi-şifahisi ilə Fransada şöhrət tapmış olan Əhməd bəy öz vətəni olan Azərbaycanda fəqət erməni-müsəlman qitalı sənəsi olan 1905-ci ildə məşhur oldu.

Erməni yazıçılarının müsəlmanlar əleyhindəki böhtan iftiralarına cavab verən qələm hücumlarına köks gərib səbat göstərən Əhməd bəy öylə bir müasir lisana malik idi ki, onun yazdıqlarını oxuyanlar müsəlmanlar əleyhində deyilən sözlərin məhz yalan iftira olduğuna kəmal ilə inanıb etibar etiqad ediyordular.

Əhməd bəyin bu yazılarının əsəri idi ki, Azərbaycan türkləri həqqində erməni iftirasından dolayı əmələ gələn qara fikirlərin soyuq kəsif buludları dağılıb həqiqət günəşi meydana çıxmaqla hər kəsin qəlbini müsəlmanlar lehinə qızırdı nifrət əvəzinə rəğbət hüsni-təvəccöh əmələ gəlirdi.Həyat”ı ilə Azərbaycan türklərini diriltmək İrşad”ı ilə onlara rahi-nicatı nişan vermək yolunda öz həyatından əl çəkəcək dərəcədə çalışan Əhməd bəy degil bir müasir yazıları ilə, bəlkə bütün amal, ifal əfkar ilə milləti həqqində çalışdığını Petroqrad Moskva məhafili-aliyeyi-siyasiyyəsində Azərbaycan türkləri tərəfindən göndərilmiş mürəxxəs sifətilə gördügü saf işlər Ümumqafqaz ictimaində Canişin hüzurunda söylədigi bəliğ nitqləri ilə isbat etdi. O işlər sayəsində idi ki, Bakı müsəlmanlarının neft mədən evləri öz əllərində qaldı illa əldən gedəcək qorxusu var idi o nitqlər sayəsində idi ki, Ümumqafqaz müsəlmanları baxüsus Azərbaycan türkləri Qafqaz hökumətinin məzhəri-etina etibarı oldu.

Millətini xarici təərrüzat təcavüzdən vəqayə müdafiəyə çalışan Əhməd bəy daxili mərəzlərimiz ilə daim mübarizədə idi. Tənəzzülümüzə qarşıTərəqqi”si ilə müdafiə edərək yorunuq istirahət olduğunu il uzunu bilməzdi.

O idi ki, bir tərəfdən bir bu qədər sərf edilən baş bədən qüvvəsi, digər tərəfdən nicat rifah halları xüsusunda can çürütdüyü həmcinslərindən bir parasının kəndisinə qarşı rəva görülən narəva rəftarları, üçüncü tərəfdən mübarizeyi-həyatiyyə məsələsi Əhməd bəyi o dərəcədə əsəbi bir hala salmışdı ki, uzun sükun bir istirahətə əşəddi- surətdə məcbur möhtac qalmışdı.

Əhməd bəy istirahət qəsdilə vətənindən müfariqət etdi, lakin bu istirahəti seyfiyyələrin kurortların salim sakin guşələrində aramadı. Zatən öylə yerlərdə istirahət edə bilməzdi.

Əhməd bəydə öylə bir təbiət var ki, öz həmcinslərindən uzaq biləlümum müsəlmana biganə olan yerlərdə istirahət degil, yaşamaq da gücdür.

Onun üçün millət həyatı görünən, millət qoxusu gələn bir yer lazım idi ki, həmşüğl məkanın dəgişməgi dəxi istirahətdirqaidəsinə riayət həm Bakı kibi Azərbaycan müsəlman mərkəzini əvəz edə bilə idi.

Bu yer böyük türklərin böyük paytaxtı olan İstanbuldan başqa ola bilərdi ki, orası islamlıq türklük həyatının hər bir cəhətcə xoş edən, qaynaşan böyük bir mənbəyidir.

Əhməd bəy İstanbula getdi, daha doğrusu köçdü artıqoralıoldu. Zənnində idi ki, yeddi-səkkiz il müfariqətindən zənn ediyorum, istirahətindən sonra təkrar vətəninə qayıtdı. Lakin Əhməd bəyin İstanbuldakı istirahəti yenə çalışmaqdan ibarət idi. Fərqi bu idi ki, artıq kəndisini anlayan, səy cuşeini təqdir edən bir mühit içində çalışırdı çalışmağı da yenə vətən millət yolunda idi. Bizi İstanbul Avropaya bildirirdi, bizim dünyada var olduğumuzdan lazım olan yerlərə xəbər verirdi...

Əhməd bəy yaxşı bir vəqtdə vətənə qayıtdı. Belə vəqtdə ki, türk qəhrəmanlarının müqtədir əlləri ilə zənciri-əsarətdən azad edilmiş zəif düşkün vətən bu gün dərd bilən çalışqan övladlarının hər tərəfdən köməginə möhtacdır.

Ümidvar olmalıyıq ki, Əhməd bəy ümum vətənpərəstlərimiz bu kibi günlərdə ittifaq ittihad ilə əl-ələ verib qoymazlar ki, sərbəst vətənimiz təkrar özgələrin bəndi-əsarətinə giriftar olsun.

 

Ü.

 

Azərbaycan”,

 

10 təşrini-sani (noyabr) 1918, ¹35

Şirməmməd HÜSEYNOV

525-ci qəzet.- 2013.- 18 sentyabr.- S.7.