“Tarixin hər bir mərhələsində Azərbaycanda bütün xalqların hüquqları bərabər
olub”
“AZƏRBAYCAN
ƏRAZİSİ ƏSRLƏRDƏN BƏRİ
MÜXTƏLİF DİNLƏRİN VƏ İNANCLARIN
YANAŞI MÖVCUD OLDUĞU NADİR YERLƏRDƏNDİR”
Müsahibimiz fəlsəfə elmləri
namizədi, ilahiyyatçı-filosof
Elsevər Səmədovdur. Bu yaxınlarda
ABŞ-dan bir aylıq səfərdən
qayıdan gənc alimlə söhbətimizin
məğzini qonaq olduğu ölkənin milli və dini
münasibətlər baxımından
Azərbaycanla müqayisəli
təhlili, bu aspektdən oxşar və fərqli cəhətlərin, eləcə
də ümumilikdə
tolerantlıq anlayışının
fəlsəfi dəyərləndirilməsi,
həmçinin Azərbaycanda
qədim dövrlərdən
başlayaraq bugünümüzədək
təşəkkül tapıb
yayılan müxtəlif
dinlər, məzhəblər
haqqında tarixilik prinsipi izlənməklə
fəlsəfi mülahizələr,
dövlət-din münasibətlərinin
tənzimlənməsi istiqamətində
görülən işlər,
milli təhsil sistemində dini biliklərin tədrisinin vacibliyi və bununla bağlı təkliflər təşkil
edir.
İlahiyyatçı alim Elsevər Səmədovun bildirdiyinə görə,
Sovet İttifaqının
tərkibinə girməzdən
əvvəl Azərbaycanda
üç min məscid
fəaliyyət göstərirmiş:
“1930-cu illərin axırlarında
isə Azərbaycanda cəmi 17 məscid fəaliyyətdə qalmışdı
ki, bunun da on biri şiələrə,
ikisi sünnilərə,
dörd məscid isə namazların qılınması üçün
sünni və şiələrə aid məscidlərdi.
Sovet dövründə Azərbaycanda
da ziyarətgahlar, türbələr dağıdılır,
yerlə-yeksan edilirdi.
Dini mərasimlərin, bayramların
keçirilməsi qadağan
edilirdi. Hətta dinlə
heç bir əlaqəsi olmadığına
baxmayaraq milli bayramımız Novruz da “dini bayram”
adlandırılaraq 1930-cu ildən
etibarən qadağan edildi. 1935-ci ildə Bakının ən mühüm məscidlərindən
“Təzə Pir”, “Məmmədli”, “Hacı baba”, “Qasım bəy” kimi məscidlər bağlandı.
1936-cı ildə Bakıda təkcə “Kərbəla Abdulla” məscidi
fəaliyyət göstərirdi.
Şəkidə 30 məsciddən 20-si dağıdılmışdı. 1934-cü ildə Bakıdakı Bibiheybət
məscidi tamamilə dağıdılmışdı.
1920-ci ilin mayında
məktəblərdə və
mədrəsələrdə dini inacların öyrədilməsi, ibadətlərin
və digər dini mərasimlərin icrası qadağan edilmişdi. Dövlətin elan etdiyi vicdan azadlığı prinsiri kağız üzərində qaldı.
Fəaliyyət göstərən məscidlər də
formal xarakter daşıyırdı.
Yəni heç bir müsəlmanın bu məscidlərə gedib ibadət etməsinə müsbət yanaşılmırdı.
Çünki “Allahsızlar Cəmiyyəti”
var gücü ilə işləyirdi.
Üstəlik gizli
polis təşkilatlarının zülm və işgəncə qorxusu qarşısında da heç kim
məscid getməyə
cürət edə bilmirdi. Bütün bu çətinliklərə
baxmayaraq Azərbaycan xalqı milli-mənəvi,
dini dəyrələrin
qorunması uğrunda
mübarizə apararaq
inanclarını, duyğularını,
etiqadlarını qorumaq
üçün səy
göstərib. Doğrudur, bu
o qədər də asan başa gəlməyib. Bütün
bunlar milli-mənəvi,
dini dəyərləri
özündə əks
etdirən bir çox ziyalılarımızın
fədakarlığı , bəzən də canı-qanı bahasına qorunub. Bütün təzyiqlərə rəğmən
Azərbaycan xalqı da islami dəyərlərə
uyğun yas məclislərini, Mövlud,
Aşura və sair kimi mərasimləri
böyük həyəcanla
həyata keçirib.
Ateist təbliğat nə qədər güclü olsa da dini
dəyərləri yox
edə bilməyib.
İnsanlar məscidlərə gedə bilməyəndə
də ibadətlərini
evdə gizli şəkildə yerinə
yetiriblər.
Dinə qarşı təzyiq kommunist partiyasının ideoloji vəzifəsi olub.
SSRİ imperiyası mövcud olduğu 70 il
müddətində vətəndaşların
dini duyğularını
ələ salıb. Dindarları geri qalmış, əfsanələrə inananlar
olaraq göstərməklə
onları insanların
gözündən salmağa
çalışıblar. Bütün bunlar insanların dini duyğularını məhv etmək üçün istifadə
edilən metodlardır.
Sovet ideologiyası təkcə
xalqların maddi nemətlərini ələ
keçirməklə kifayətlənməyib
onların mənəviyyatlarına
da əl uzadıb. Söz vedlikləri vicdan
və din azadlığı
heç bir zaman həyata keçirlməyib. Azərbaycan xalqı
bu illərdə qonşu xalqlara nəzərən daha çox təzyiqlərə
və zülmlərə
məruz qalıb”.
E.Səmədov Azərbaycanın müstəqillik qazanandan sonra qısa müddət ərzində yenidən milli və dini dəyərlərinə sarılaraq 70 il ərzində yaranmış boşluğu doldurmağa çalışdığını deyib: “Azərbaycan qloballaşan dünya ilə ayaqlaşmağa çalışaraq bir çox sahələrdə uğurlar qazanıb. Dünyaya inteqrasiya olunma yolunda Azərbaycan respublikası bütün sosial, mədəni, iqtisadi və digər sahələrdə dünya standartlarına uyğun bir şəkildə yenidən qurulmağa başlanıb. O cümlədən də din sahəsində bir çox mühüm addımlar atılıb. Azərbaycanın öz milli adət-ənənə, dini yaşam tərzinə, əsrlərlə davam edən xalqın ruhuna hopmuş mənəvi dəyərlərinə yenidən müraciət etməsi təbii bir prosesdi. Çünki xalq bu yaşayışı, mənəvi dəyərlərə qayıdışı çoxdan arzulayırdı. Belə ki olduqca az bir müddət ərzində cəmiyyətdə İslama qarşı maraq artıb. Əhalinin bütün təbəqələrində İslamın təbliği və təqdir etdiyi mənəvi dəyərlərin, əxlaq normalarının və davranış qaydalarının yeni məna və dəyər qazandığı görülməkdədir. Bu xüsusda ümummilli lider Heydər Əliyev 1998-ci il 9-11 dekabr tarixlərində Bakıda keçirilən “İslam mədəniyyəti Qafqazda” mövzulu beynəlxalq simpoziumdakı çıxışında da deyib: “Biz azərbaycanlılar öz tariximizlə, milli-mənəvi dəyərlərimizlə, İslam dininə, İslam mədəniyyətinə aid olmağımızla fəxr edirik”. Dövlət siyasətində dinin və din xadimlərinin yerləri müəyyən olunub. Azərbaycanda dövlətin din və dindarlara münasibəti müstəqillikdən sonra dəyişib. Ulu öndər bununla bağlı da belə qeyd edib: “Din və din xadimləri sanki çox incə, həssas maddədən yaradılıblar. Onların özlərinə xas davranışları və dünyagörüşləri var. Onlarla işləyərkən mütləq bu xüsusları nəzərə almaq lazımdır. Cəmiyyətə mümkün qədər başa düşülən bir dillə xitab etmək lazımdır ki, Azərbaycan dövləti dünyəvi dövlət olsa da ateist dövlət deyildir. Ancaq bizə dost olmayanlar belə düşünə bilərlər. Dinə, dinin mənəvi-əxlaqi dəyərlərinin təbliğinə, bu dəyərlərin yardımıyla insanlara vətənsevərlik və dözüm duyğularının aşılanmasına dövlətin də ehtiyacı var. Biz milli-mənəvi dəyərlərimizi dini dəyərlərimizdən ayrı düşünmürük. Ancaq din münasibətləri şəffaf, başadüşülən olmalıdır. Azərbaycan dövlətinin qanunları Azərbaycan xalqının və dövlətinin maraqlarına uyğun olmalıdır. İndi siyasi proseslərdə istifadə olunma cəhdlərinə qarşı ciddi mübarizə aparılmalıdır. Din siyasi və ideoloji mübarizələrdən kənarda qalmalıdır. Din hər insanın fərdi mənəvi ehtiyacını ödəyən bir dəyərlər sistemi kimi qəbul olunmalıdır”.
(Ardı var)
Sevinc MÜRVƏTQIZI
525-ci
qəzet.- 2013.- 18 sentyabr.- S.7.