“Tarixin hər bir mərhələsində Azərbaycanda bütün xalqların hüquqları bərabər
olub” (davamı)
“AZƏRBAYCAN
ƏRAZİSİ ƏSRLƏRDƏN BƏRİ
MÜXTƏLİF DİNLƏRİN VƏ İNANCLARIN
YANAŞI MÖVCUD OLDUĞU NADİR YERLƏRDƏNDİR”
Müsahibimiz fəlsəfə elmləri
namizədi, ilahiyyatçı-filosof
Elsevər Səmədovdur. Bu yaxınlarda
ABŞ-dan bir aylıq səfərdən
qayıdan gənc alimlə söhbətimizin
məğzini qonaq olduğu ölkənin milli və dini
münasibətlər baxımından
Azərbaycanla müqayisəli
təhlili, bu aspektdən oxşar və fərqli cəhətlərin, eləcə
də ümumilikdə
tolerantlıq anlayışının
fəlsəfi dəyərləndirilməsi,
həmçinin Azərbaycanda
qədim dövrlərdən
başlayaraq bugünümüzədək
təşəkkül tapıb
yayılan müxtəlif
dinlər, məzhəblər
haqqında tarixilik prinsipi izlənməklə
fəlsəfi mülahizələr,
dövlət-din münasibətlərinin
tənzimlənməsi istiqamətində
görülən işlər,
milli təhsil sistemində dini biliklərin tədrisinin vacibliyi və bununla bağlı təkliflər təşkil
edir.
1990-cı
illərin əvvəllərində
dini həyatın düzgün formalaşması
və doğru istiqamətdə davam etdirilməsi üçün
lazımi tədbirlər
görüldüyünü diqqətə çatdıran
Elsevər Səmədov
bu prosesin milli dövlətçilik
prinsiplərinə uyğun
şəkildə aparılmasının
dinin dövlət maraqlarına xidmət etməsinə şərait
yaratdığını dilə
gətirib: “Buna görə
də Azərbaycan dövləti bu sahədə olan boşluğu doldurmaq məqsədilə ixtisaslı
kadrların hazırlanmasına
xüsusi diqqət yetirib. Gənclərin Azərbaycandan kənarda
dini təhsil almasına yaradılmış
şərait məhz bu məqsədə xidmət edirdi. Bu ölkələr əsasən Türkiyə,
İran, Pakistan, Malayziya,
Misir, Liviya, Qətər, Birləşmiş
Ərəb Əmirlikləri,
Səudiyyə Ərəbistanı
kimi qardaş ölkələrdi. Təbii ki,
Azərbaycanın müstəqilliyini
ilk tanıyan da bu ölkələr olub. Bu ölkələr
Azərbaycanın dini
ehtiyaclarını qarşılamaq
üçün əllərindən
gələn yardımı
ediblər. İlk sırada
isə qardaş ölkə Türkiyə gəlirdi. Azərbaycan dövləti də
güvənərək öz
vətəndaşlarını, yüzlərlə gəncini
təhsil amaq məqsədilə bu ölkəyə göndərdi.
Bundan başqa bu sahədə
olan boşluğu doldura bilmək üçün Azərbaycan
dövləti qardaş
Türkiyənin Dəyanət
İşləri Bakanlığı
ilə birlikdə Bakı Dövlət Universitetinin nəzdində
1992-ci ildə İlahiyyat
fakültəsinin açılmasını
qərara aldı.
Qafqaz Müsəlmanları
İdarəsinə bağlı
olaraq 1989-cu ildə fəaliyyətə başlamış
Bakı İslam Mədrəsəsinin fəaliyyətini
genişlədərək mövcud
tələbatı qarşılamaq
məqsədilə müəssisənin
Bakı İslam Universitetinə çevrilməsinə
qərar verdi.
Bununla yanaşı özəl universitetlərdə də
İlahiyyat fakültələri
açıldı.
Azərbaycanın bütün bölgələrində,
qəsəbə və
kəndlərində insanların
rahat ibadət etmələrini təmin etmək məqsədilə
bir çox məscidlər inşa edilib. Bu proses təbii
ki, vətəndaşların
dini sağlam və dürüst bir şəkildə yaşamaları istiqamətində
Azərbaycan dövlətinin
apardığı uğurlu
siyasət olub. Amma təbii ki, bu prosesləri öz maraqları üçün istifadə
etmək istəyənlər
də olub. Azərbaycanın məzhəb fərqliliyindən
istifadə edərək
ölkənin bütövlüyünü
parçalamaq üçün
təxribat törətmək
istəyənlər də
tapılıb. Ancaq bütün
bu mənfur əməllərin qarşısı
dövlətimiz və
müvafiq güc strukturları tərəfindən
alınıb və alınacaq. Müəyyən dövrlərdə bəzi ölkə və təşkilatların
Azərbaycanda fəaliyyətlərinə
məhdudiyyətlər qoyulub,
bəzilərinin isə
fəaliyyətləri ümumiyyətlə
qadağan edilib”.
Azərbaycanda da həmişə islamın birləşdiri
ci, bütünləşdirici xüsusiyyətlərinin özünü qabarıq şəkildə büruzə verdiyini bildirən E.Səmədov kiçik bir ölkə olmasına baxmayaraq bir çox millətlərin və din mənsublarının Azərbaycanda bir yerdə dostcasına yaşamalarının yenə də İslamın gücü hesabına olduğunu qeyd edib: “Çünki İslam dini dillərin və irqlərin fərqliliyini bir zənginlik kimi dəyərləndirməkdədir. İslamda bütün millətlər “ümmət” şüuru içərisində birləşir. Ümmət şüuru isə bərabərliyi, birliyi və bütünlüyü meydana gətirir. Bununla yanaşı dində daha çox siyasi, ideoloji məna daşıyan məzhəb ayrılığı da mövcuddur. Məzhəb ayrılığı dinin sosial, mədəni və bundan başqa bir çox səbəblərlə fərqli şəkildə başa düşülməsi nəticəsində müxtəlif dini qruplar və anlayış formaları ortaya çıxıb. Bu dini anlayış və qrupların başında məzhəblər gəlməkdədir. Müsəlmanların sünni (Hənəfililk, Şafiilik, Malikilik və Hənbəlilik) və şiə dini anlayış fərqliliyi bu gün siyasi məqsədlərdə istifadə edilməkdədir. Azərbaycanın sosial həqiqəti olan məzhəb fərqliliyi tarixi mərhələnin əsəridir. Ancaq İslamın ilk illərində ölçü kimi qəbul edilən müsəlmanlıq şərəfi sonralar yerini məzhəb şərəfinə verib. Dinin əsas qaynaqlarının yerini məzhəb görüşləri və düşüncələri alıb. Bu dəyişmədə siyasi mübarizələrin mühüm təsirləri olub. Tarixdə bu düşüncəni sübut edəcək bir çox nümunələr mövcuddur. Tarixən mövcud olan bu siyasi yolu bəzi dövlətlər bu gün də davam etdirərək məzhəbçiliyi siyasi-ideoloji məqsədlərdə istifadə etməkdədirlər. İslamın prinsiplərini üstələyən məzhəbçililk düşüncəsi müsəlman şəxsiyyətində birləşməlidir. Arada olan məzhəb fərqliliyi bütünlüyümüzə əngəl olmamalıdır. Ölkəmizdə məzhəb fərqliliyinin ayrılığa səbəb olmaması üçün dinin bütünləşdirici yönündən istifadə etməliyik. Müsəlman şəxsiyyəti və azərbaycançılıq ideologiyası bu məzhəb ayrı-seçkiliyini kölgədə qoymalıdır. Bu birlik və bərabərlik şüurunu isə insanlara dini təhsil vasitəsilə aşılamaq lazımdır”.
Milli təhsil sistemimizdə dini biliklərin tədrisinin vacibliyini önə çəkən müsahibim bununla bağlı müəyyən təkilflərlə də çıxış edib: “Qloballaşmanın sürətlə irəlilədiyi zamanımızda bütün sahələrdə dövrə uyğun dəyişikliklər müşahidə edilir. Dəyişikliyin olduğu yerdə inkişafın da olması labüddür. Ancaq bu dəyişikliklərin müsbət və ya mənfi yöndə olması subyektlərə görə dəyişir. İnkişaf prosesi bu nöqteyi-nəzərdən dəyərləndirilərsə, fərddən fərdə, hətta cəmiyyətdən cəmiyyətə fərqliliklərin meydana çıxdığı müşahidə olunur. Bu mərhələ isə təbii olaraq insan və cəmiyyət psixologiyasına birbaşa təsir edir. İnsana və cəmiyyətə müsbət və ya mənfi təsirlər göstərir. Bu təsirlər isə fərd və cəmiyyətin maddi və mənəvi yöndən tərəqqisinə və ya tənəzzülünə səbəb olmaqdadır. Bu səbəbdən fərdin və cəmiyyətin nizamlı olaraq irəliləyə bilməsi üçün təhsilin mühüm yer tutduğu görülməkdədir. Çünki təhsil fərd və cəmiyyəti bütünlüklə əhatə edir. Dini təhsil isə insanı münasibətlərin ilahi qaydalar çərçivəsində davam etməsini təmin etməklə cəmiyyətin rifahını möhkəmləndirir. Azərbaycanda İslamın yayılması ilə bərabər dini təhsil fəaliyyəti də meydana gəlib. Bu təhsil fəaliyyəti tarixi inkişafa paralel olaraq bir çox dəyişikliklərə məruz qalaraq bugünkü halını alıb.
Xüsusilə qeyd etməliyik ki, dünyəvi və demokratik bir cəmiyyətdə dini təhsilə yol açılmalıdır, vətəndaşların dini tələbatları dövlətin nəzarətində və diqqətində planlı, sistemli şəkildə ödənilməlidir. Belə olmadığı təqdirdə vətəndaşların dini təhsilə olan tələbatları müxtəlif yollarla, gizli şəkildə qarşılanacaq. Bunun qarşısını almaq məqsədilə dövlət vətəndaşlarını fərdi qrup və təşkilatların, missionerlərin, dini siyasi vasitə kimi istifadə edən düşmən qüvvələrinin qurduqları torlardan qorumalıdır. Hesab edirəm ki, bunun ən doğru yolu erkən yaşlarından etibarən vətəndaşlara milli, dini dəyərləri aşılayacaq bir sistemin qurulmasıdlır. Bu isə ancaq dini təhsil sayəsində həyata keçirilə bilər. Bununla bağlı bir sıra təkliflərim də var: Dövlət məktəblərində ibtidai, orta və əsas təhsil mərhələlərində dini dərslər Qərb ölkələrində olduğu kimi tədris olunmalıdır. Dini dərslərin proqram və planı dövlətin nəzarətində və diqqətində sistemli şəkildə hazırlanmalıdır. Buna görə də planlı, məqsədli və nəzarət edilə bilən dini təhsilin formalaşması üçün bir çox şərtlərin olması lazımdır.
(Ardı var)
Sevinc MÜRVƏTQIZI
525-ci qəzet.- 2013.- 19 sentyabr.- S.6.