Dramaturgiyada yeni nəsil yetişməlidir...” 

 

 

 

Azərbaycan  Teatr  Xadimləri  İttifaqına qədər olan   yolu   qısa   bir zaman   içərisində   qət  edib, 3-cü  mərtəbəyə  qalxdım. Məqsədim  Teatr  Xadimləri  İttifaqının  yaradıcılıq  şöbəsinin  müdiri  işləyən, teatrşünas  Çingiz  Ələsgərli  ilə  görüşmək  idi.  Mən    oxucuların bir  qismi  Çingiz müəllimi  tanısa da, onu daha geniş oxucu auditoriyasına təqdim  edirəm.

Teatrşünas, dramaturq    nasir.  Teatr Xadimləti İttifaqının  3-cü  mərtəbəsində  müsahibə  almaq  istədiyim  şəxsin  otağındayam. Hal – əhval  tutduqdan  sonra məqsədimi  ona  bildirirəm. O, razılığını bildirir    söhbətimizə   başlayırıq.

Çingiz  müəllim, zəhmət olmasa  ilk öncə  özünüz haqqında  oxuculara məlumat  verərdiz.

Mən    az,    çox,  düz  30  ildir  ki,  teatr sahəsində  çalışıram. Uğurlarım da  olub,  uğursuzluqlarım da.  Lap  əvvəldən  başlayaq,  1952 – ci ildə  Bakı  şəhərində  dünyaya gəlmişəm. Əslən  bakılıyam    bununla  hər  zaman  qürur  duymuşam.  Amma əlbəttə ki, Azərbaycanın  hər  bir  guşəsi  mənə  əzizdir.  Mən  sözün  daha  geniş   mənasında, özümü  azərbaycanlı  sayıram. 1977 – ci  ildə  M. Əliyev  adına  İncəsənət   İnstitutuna  daxil  olub, 1983 –   ildə  bitirmişəm. Teatrşünas  ixtisasına  yiyələnmişəm.1979 – cu  ildən  bu  günə  qədər  mədəniyyət  sahəsində  çalışıram. Cəfər Cabbarlı  adına  Dövlət  Teatr  Muzeyində  şöbə  müdiri,  Azərbaycan  Teatr  Xadimləri  İttifaqında  aparıcı  mütəxəssis,  Mədəniyyət  Nazirliyində  baş  mütəxəssis,  Hüseyn  Cavidin  Ev Muzeyində  elmi  katib, “Azərbaycanqəzetində  müxbir,  “ ANS “ televiziya kanalında  redaktor,  hazırda  Azərbaycan  Teatr  Xadimləri İttifaqında yaradıcılıq şöbəsinin  müdiri  vəzifəsində  çalışıram.  Eyni  zamanda Azərbaycan  Dövlət  Mədəniyyət   İncəsənət  UniversitetindəSsenari  yaradıcılığı    dramaturgiyanın  əsaslarıfənnini  tədris edirəm.

  Mümkünsə,  bir  qədər  yaradıcılığınız  barədə  danışın.

İlk  pyesim  1989 – cu ildə  Mərziyə  Davudova  adına  Mingəçevir  Dövlət  Dram  Teatrında  tamaşaya  qoyulub. Tamaşanın  rejissoru  istedadlı  sənətkarımız Füzuli  Sərkərov  idi. Bu  pyesin  qəbulu  üçün  o dövrdə   Mədəniyyət  Nazirliyində  incəsənət  baş idarəsinin  rəisi  işləmiş  Vaqif  Əlixanova  minnətdaram. Sonrakı  illərdə  müxtəlif  janrlarda  pyeslər  yazmışam. Dram  əsərlərimin  sayı  artıq  20 –   çatır. Onlardan  12si Dövlət  Dram  Teatrlarında  tamaşaya  qoyulub. Dram əsərlərimi bəyənib  teatrların repertuarlarına saldıqlarına bununla mənə bir yaradıcı insan kimi etimad göstərdiklərinə görə Azərbaycan Respublikasının  Mədəniyyət  Nazirliyinə, şəxsən  mədəniyyət  nazirinin müavini Ədalət Vəliyevə  minnətdaram.

  Çingiz müəllim, nəsr  sahəsindəki  fəaliyyətiniz  haqqında     deyə bilərsiniz?

Nəsr  sahəsində    ara-sıra  qələmimi sınayıram.  Kiçik  ölçülü  yumoristik hekayələr yazmağa  üstünlük  verirəm. Bir  neçə  kiçik  hekayələrim  mətbuatda  çap  olunub. Bundan  əlavə  vaxt imkan  verəndə, tərcümələr  edirəm, yumoreskolar    monoloqlar  yazıram. Bir sözlə, məni  narahat edən  hər    mövzu  ətrafında  düşünüb, hansı  janra  daha  yaxın  olduğunu  müəyyənləşdirdikdən sonra  beynimdəki  hazır materialı kağıza köçürürəm. Ancaq  bütün  hallarda  mənə  yaxın  olan  janr  dramaturgiyadır. Son  dövrlərdə  ssenari  yaradıcılığı  ilə    maraqlanıram. Sağlıq  olsa, bir  necə  ssenari yazmaq  haqda  düşünürəm.Teatrşünaslıqla  bağlı  məqalələr   yazıram.

Teatr    dramaturgiya  sahəsində  sizi  narahat edən  nədir?

Araz, sözün  düzü, gəl  mən  əvvəl, narazılıqdan  yox, uğurlardan  danışım. Çünki uğurlar çoxdur. Bakıda    bölgələrdə  işləyən  teatrların  əksərində  repertuar  zənginliyi  ilə  rastlaşırıq. Repertuarda  istər  müasir, istərsə    klassik  nümunələrə  yer  verilir. M.F.Axundzadə, C.Cabbarlı, Ə.Haqverdiyev    s. Müasir dramaturqlardan  İlyas  Əfəndiyev, Anar, Elçin  Əfəndiyev, Əli  Əmirli    başqalarının əsərlərinə  rast  gəlmək  olar. Repertuarda  yeni  adlara da  rast  gəlsəydik  pis  olmazdı. Yeni ad, yeni əsər  deməkdir. Hər  halda  ümid  edək  ki, gələcəkdə  teatrlarımızın  repertuarında  yeni  adlara da  rast  gələcəyik.Çünki  başqa  cür  teatrlarımızın  inkişafından  söhbət  gedə  bilməz. Teatrlara yeni nəsil, yeni düşüncə tərzi gəlməlidir.

 

İndi  bir çox  teatrlara   xarici  rejissorlar  dəvət  olunurlar onlar  öz  quruluşları  ilə  teatrların  repertuarına  rəngarənglik  gətirirlər. Sizin  buna  münasibətiniz  necədir?

Buna  münasibətim  çox  yaxşıdır. Özüözlüyündə  çox  böyük    lazımlı  bir  layihədir. Ancaq  yaxşı  olar  ki , bu  layihəyə  daha  çox  dünya  miqyasında  tanınmış  rejissorlar  cəlb  edilsin. Akademik Dövlət Dram Teatrı məhz belə səviyyəli rejissorlarla işləməyə üstünlük verir. Bundan  həm  Azərbaycan  teatrı  qazanar, həm yetişməkdə  olan  gənc  nəsil    isə  əxz edər.

İşlədiyiniz  Azərbaycan Teatr Xadimləri İttifaqındakı  fəaliyyətiniz  barədə    deyə  bilərsiniz?

Azərbaycan Teatr Xadimləri İttifaqı, bizim sədrimiz,  Respublikanın  Xalq  artisti,  görkəmli  rejissor   Azər  Paşa  Nemətovun  başçılığı  ilə  çox  böyük  layihələrə  imza  atır. İttifaqın  keçirdiyi, müsabiqələr,  festivallar, yubiley  tədbirləri, anım  gecələri  teatr  sahəsinin  inkişafına  xidmət  edir. Biz  yaradıcı  təşkilat  olaraq, teatr  sahəsində  olan  durğunluğun  aradan  qaldırılmasına  çalışırıq. Bu  məqsədlə  Həsən  Əblucun  Müxlis  Cənizadənin  xatirəsinə  həsr  olunmuş  bədii  qiraət  müsabiqələri,  keçən  il  keçirdiyimiz    bu  il   keçirəcəyimiz  “2 + 1” eksperimental  teatr  festivalı  dediklərimizin   bariz  nümünəsidir. İttifaq  genişmiqyaslı  layihələrini  həyata  keçirməklə, gənclərin  teatr  prosesində  rolunu  artırmağa  çalışır. Azərbaycan Teatr Xadimləri İttifaqında  yaradılmış  gənc  dramaturqların    gənc  rejissorların  laboratoriyası  artıq  ilk  bəhrəsini  verməyə  başlayıb. Gənc  dramaturqların  əsərləri  Beynəlxalq  Teatr  Konfederasiyası  tərəfindən  seçilərək  çap edilib. Rejissorların  ustad  dərsləri  Cənnət  Səlimovanın  başçılığı  altında  artıq  müəyyən  nəticələr  verməyə  başlayıb. Artıq  sentyabr  ayında  Azərbaycan  Teatr Xadimləri  İttifaqında  dramaturqların, rejissorların    teatrşünasların laboratoriyaları  ayrıayrılıqda  fəaliyyət  göstərəcək. Azər  Paşa Nemətov laboratoriyaların   fəaliyyətinə   çox   böyük   önəm  verir.  Bundan  əlavə   Azərbaycan Teatr Xadimləri İttifaqıÖmrün  səhifələriseriyasından  kitablar  çap  etdirir. Artıq  Şəmsi  Bədəlbəyli    Məhərrəm  Haşımovun  100  illiyinə, onların  həyat    yaradıcılığına həsr olunmuş  toplu  işıq üzü görüb oxucuların ixtiyarına verilib. Hal – hazırda  Hökümə  Qurbanova   Həsən Turabov  haqqında  da toplu  hazırlanır. Həmçinin tanınmış rəssam  Arif  Əbdülrəhmanovun ‘‘Rəssamın  teatrda  rolutoplusunu  çap  edərək, teatr  ictimaiyyətinə  ərmağan  etmişik. Onu da qeyd  etməliyik ki, Azərbaycan  dilində bu  səpkili  kitab  ilk  dəfə  çap  olunur.

 

Dediklərinizdən  belə  məlum  olur  ki, İttifaq yaradıcı təşkilat olaraq, geniş  səpkili  işlər  görəcək, Dövlət Proqramına uyğun olaraq Azərbaycan teatr  mədəniyyətinin  inkişafına xidmət etməyə çalışacaq.

Əlbəttə,  bu,  belə    olmalıdır. Teatr  sahəsində  çalışan  hər  kəs  140  illik tarixi  olan  milli teatrımıza  xidmət  etməlidir.  Bu  il  üç yubiley  qeyd edirik. Azərbaycan  Teatr  Xadimləri  İttifaqının – 115,  Azərbaycan  Milli  Teatrının – 140   Azərbaycan  Dövlət  Mədəniyyət   İncəsənət Univetsitetinin – 90 illik  yubileyləri...

 

  Araz  Həsənli

 

525-ci qəzet.- 2013.- 20 sentyabr.- S.7.