SƏS VERƏK
Qalxın
ellər, gəlin, azad seçim nə gözəl,
Sabahkı xoş gələcəyə,
arzu-kama səs verək!
Ağsaqqalım, ağbirçəyim, oğlum, qızım, durma, gəl,
Məsəl var ki,-“dərya olur dama-dama”, səs verək!
Zaman keçir o bulanıq sular daha durulur,
Şər-şeytanın beli sınır, vuran əli yorulur,
Baxın,
baxın, hər tərəfdə hey tikilir,
qurulur,
Bu torpaqda bayraqlaşan ehtişama səs verək!
Biz nə qədər gözləmişik həsrətlə
bu günləri,
Bu yollarda itirmişik çox yüzləri, minləri,
De, gəlirmi qulağına
şəhidlərin ünləri?!
Millət
üçün, torpaq
üçün yanan
şama səs verək!
Səhv
eləmə, sabahların
öz suçundan asılı!
Sıyır azad seçimini,
o, içindən asılı,
Azadlığın, bütövlüyün bu seçimdən asılı
Nə sehirkar oyunbaza, nə bir xama
səs verək!
Nəyə lazım hürr
deyilsə bu səhərlər, axşamlar,
Nəyə lazım millət
üçün yanmayırsa
bu şamlar,
De, ilhamsız yaradarmı
yaradıcı adamlar?
Könlümüzdə yuva qurub biz İlhama səs verək!
Millət
üçün, Vətən
üçün yanan
şama səs verək!
İslam Türkay
525-ci qəzet.-
2013.- 20 sentyabr.- S.7.