Üzeyir Hacıbəyovun yeni nəşr olunan kitabı təqdim olundu

 

 

 

Nizami Gəncəvi adına Milli Ədəbiyyat Muzeyində dahi bəstəkar Üzeyir Hacıbəyovun anadan olmasının 128-ci ildönümü Milli Musiqi Günü münasibəti ilə tədbir keçirilib. Həmçinin tədbir çərçivəsində 1907-ci ildə nəşr edilmiş Üzeyir Hacıbəyovun ilk kitabı olanTürk-rusi rusi-türkkitabının yeni nəşrinin təqdimatı baş tutub.

1907-ci ildə çap olunan bu kitabın naşiri Məmmədəmin Rəsulzadə olub. Kitabı filologiya üzrə fəlsəfə doktoru Şəhla Abdullayevə transfoneliterasiya edib. Kitabın elmi redaktoru filologiya elmləri doktoru,  professor Möhsün Nağısoy, elmi məsləhətçisi ön sözün müəllifi AMEA-nın müxbir üzvü, millət vəkili Rafael Hüseynovdur.

Rafael Hüseynov çıxışında 18 sentyabrın çox əlamətdar bir gün olduğunu, bu gündə Azərbaycan mədəniyyəti üçün önəmli iki sənətkarın doğulduğunu vurğulayıb:  “Bu gündə Azərbaycanın iki dahi sənətkarı Üzeyir Hacıbəyov Müslüm Maqomayev dünyaya gəliblər. Sonradan Qori seminariyasına da eyni ildə daxil olublar, eyni ildə bitiriblər Azərbaycanın müxtəlif bölgələrində müəllimlik fəaliyyəti ilə məşğul olublar. Onlar Azərbaycan mədəniyyətinə misilsiz xidmətlər göstəriblər. Azərbaycanın ilk operalarını da onlar yaradıblar.

Üzeyir Hacıbəyov XX əsrdə Azərbaycanın millət quruculuğunda əvəzsiz işlər görmüş,  Azərbaycanda musiqinin, kinonun, teatrın inkişafında müstəsna xidmətləri olan bir şəxsdir. O, fəaliyyətinə çox erkən başlayıb. Bakıya gəldiyi ilk günlərdə mətbuatda fəal iştirak edib və Azərbaycanı narahat edən problemlər haqqında çoxlu məqalələr yazıb. Bu gəncin bəlkə də, zahirən bilmədiyi, intuitiv dərk etdiyi bir missiya vardı ki, gələcəkdə millətin yaşamasını sadələşdirən üsullar yaratmaq. Onun yaratdığı opera, opera olaraq qalmadı, sonradan bir modelə çevrildi.  Üzeyir bəy nəylə məşğul olubsa, nəticə etibarı ilə onlar bir düstur olub, model olub. İlk baxışdan caz musiqisi Üzeyir bəyin yaradıcılığına uyğun gəlməyən bir janr olsa da, Azərbaycanda bu musiqinin əsasının qoyulmasının, inkişaf etməsinin səbəbkarı da Üzeyir Hacıbəyovdur”.

Daha sonra Rafael Hüseynov yeni çap olunmuş kitab haqqında fikirlərini bölüşüb: “Bu kitab 1907-ci ildə çap olunub. Üzeyir bəyin ilk kitabıdır. O, bu kitabı iyirmi bir yaşında yazıb. Kitab mətbuatda siyasi, hüquqi, iqtisadi və əsgəri sözlərin lüğətidir. Zahirən baxanda bu kitab  sadə görünür. Lakin o dövrün sadə adamları qəzetləri oxuyanda buradakı terminləri anlaya bilmirdilər. Bu baxımdan kitab çox əhəmiyyətlidir. Həmçinin Üzeyir bəy terminləri izah etməklə yanaşı onları şərh edir. Bu şərhlərdə isə onun düşüncəsi, vətənpərvərliyi açıq-aydın görünür.

O, bütün  ömrü boyu  həmişə milləti üçün çalışıb.  O zamanlar riyazi terminlər ərəb-fars sözləri ilə dolu idiuşaqlar bunu yaxşı başa düşmürdülər.  Üzeyir bəy riyaziyyatçı olmasa belə,  uşaqların bu elmi yaxşı dərk etməsi üçün hesab dərsliyi yazmışdı. Üzeyir bəy o qədər böyükdür ki, XXI əsrə gəlib, XXII əsrə də gedəcək, Azərbaycan insanını həmişə müşaiyət edəcək. Düşünürəm ki, bu kitab insanların stolüstü kitabına çevriləcək. Xüsusilə, XX əsrin əvvəlindəki mətbuat tarixini araşdıranlar da bu kitabdan istifadə edə biləcəklər”.

 

RAMİL

525-ci qəzet.- 2013.- 20 sentyabr.- S.7.