Müasir İncəsənət Muzeyində
“Home, sweet home” sərgisi açılıb
Müasir İncəsənət Muzeyində
Heydər Əliyev Fondunun və “YARAT!” Müasir
İncəsənət Məkanının
birgə hazırladıqları
“Home, sweet home” (“Ev, doğma
ev”) sərgisi
açılıb. Mərasimdə
“YARAT!” Müasir İncəsənət
Məkanının rəhbəri
Aida Mahmudova sərgi haqqında məlumat verib: “Heydər Əliyev Fondu və “YARAT!” Müasir İncəsənət Məkanı tərəfindən
birgə hazırlanmış
bu sərgi ilk dəfə bu ilin yazında Parisdə Azərbaycan Mədəniyyət Mərkəzində
nümayiş etdirilib.
“Home, sweet home” sərgisi çərçivəsində nümayiş olunan müasir Azərbaycan incəsənətinin nüsxələri
Avropa tamaşaçısının
zövqünü oxşayıb.
Hazırda həmin, lakin
müəyyən dəyişikliklərə
uğramış və
əlavə eksponatları
əhatə edən sərgi Bakıda təşkil olunur.
Sərgidə “ev” mövzusu ilə əlaqəli olan rəngkarlıq, fotoşəkil, instalyasiya
və heykəltəraşlıq
işləri nümayiş
etdirilir. Sərgidə işləri nümayiş
olunan 15 müəllifin
hamısı özünəməxsus
tərzdə “ailə
ocağı” mövzusu
üzərində dərindən
düşünərək və qismən könüllərinə əziz
olan mühafizəkar fikirləri yada salaraq “evin” yeni surətini icad etməyə çalışır. Onların diqqətini
sadə və vərdiş etdikləri, həqiqətən mövcud
olan və xəyali obyektlər cəlb edir”.
Sərgi
eksponatları sırasında
Faiq Əhməd, Faiq Əkbərov, Təhmin Əli, Çingiz Babayev, Rəşad Babayev, Rasim Babayev, Əli Həsənov, Ramal Kazımov, Aida Mahmudova, Fəxriyyə Məmmədova, Fərid Rəsulov, Fidan Seyidova, Sənan Ələsgərov və Rəşad Ələkbərov
tərəfindən yaradılmış
əsərlər var.
Sərgi oktyabrın 10-dək davam edəcək.
S.ABDULLAYEVA
525-ci qəzet.-
2013.- 20 sentyabr.- S.7.