Əbülfəs Qarayev:
"Azərbaycanda kitab nəşri
işinə təkan verən addımlar atılır"
M.F.Axundov adına Milli Kitabxanada III Bakı
Beynəlxalq Kitab Sərgi Yarmarkasına həsr olunmuş mətbuat konfransı keçirilib. Mətbuat konfransını açan
mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev sərginin Azərbaycanda keçirilməsinin əhəmiyyətindən,
indiyə qədər
görülən işlərdən
danışıb: «Azərbaycan
Respublikasında kitab nəşri, poliqrafiya sahəsində davamlı olaraq mühüm tədbirlər həyata keçirilir, dövlət
tərəfindən bu
sahənin inkişafına
təkan verən addımlar atılır, lazımi şərait yaradılır. «Nəşriyyat işi haqqında»,
«Kitabxana işi haqqında» və «Mədəniyyət haqqında»
qanunlar bu sahənin hüquqi bazasını təşkil
edir. Mədəniyyət və Turizm
Nazirliyi kitab nəşrinin inkişafı
ilə bağlı müvafiq addımlar atır. Hər il orta hesabla
mədəniyyət, incəsənət
və ədəbiyyat
sahələrini əhatə
edən 50-70 adda kitab nəşr olunur, müxtəlif nəşriyyatlardan, müəlliflərdən
təqribən 10 min nüsxəyə
yaxın kitab alınaraq ölkə kitabxanalarına, aidiyyəti
müəssisələrə pulsuz paylanır. Bundan başqa iki ildən bir Mədəniyyət və
Turizm Nazirliyi tərəfindən təsis
olunan «Qızıl Kəlmə» mükafatı
ədəbiyyat və
mədəniyyət sahəsinin
adamlarına verilir.
Poeziya, nəşr, tərcümə,
publisistika sahəsində
seçilən kitablar
qiymətləndirilir».
Nazir bildirib ki, Azərbaycanda
nəşr olunan, bədii-poliqrafik baxımdan
xüsusi dəyərə
malik kitablar dünyanın bir sıra beynəlxalq kitab sərgilərində
mütəmadi qaydada nümayiş etdirilməkdədir:
«2006-cı ildən etibarən
Azərbaycan kitabı
İsgəndəriyyə, Frankfurt, Varşava, Pekin, İstanbul, Əbu-dabi, Saloniki, Moskva, Minsk, London,
Tehran, Paris və başqa
şəhərlərdə keçirilən kitab sərgilərində nümayiş
etdirilib, ziyarətçilər
tərəfindən maraqla
qarşılanıb. Həmin
sərgilərdə qazanılmış
təcrübə Azərbaycanda
kitab nəşri və poliqrafiyanın daha da inkişaf
etdirilməsi, çap
məhsullarına kütləvi
marağın təmin
edilməsi, xarici ölkələrin nəşriyyatları
ilə əlaqələrin
qurulması, kitab mübadiləsi, ölkə
nəşriyyatlarının satış və təbliğat imkanlarının
genişləndirilməsi üçün
ölkəmizdə kitab
sərgi-yarmarkasının keçirilməsinə şərait
yaradıb».
Ə. Qarayev Bakı Beynəlxalq Kitab Sərgi -Yarmarkasının
təşkilində əsas
məqsədin Azərbaycan
dövlətinin kitab nəşri, kitabın təbliği və yayılması, dərsliklərin,
lüğətlərin, tərcümə
və elmi ədəbiyyatın işıq
üzü görməsinə
yönəlmiş qərar
və göstərişlərin
mühüm rolunu vurğulamaq, gənc nəslin kitaba maraq və sevgisini
daha da artırmaq,
Azərbaycan oxucusunu dünyanın aparıcı
nəşiyyatlarının nəşrləri ilə tanış etmək olduğunu diqqətə çatdırıb: «Ənənə
halını alan bu beynəlxalq tədbir çərçivəsində
dünyanın müxtəlif
nəşriyyatlarının çap işləri nümayiş olunur, tanınmış yazarlarla
görüşlər, ədəbi-bədii
gecələr, təqdimatlar,
mühazirə və müzakirələr keçirilir,
ən yaxşı nəşriyyatlar və ən yaxşı kitablar mükafatlandırılır».
Nazir sərgi-yarmarkanın fəaliyyətə
başlaması tarixindən
danışaraq bildirib
ki, sərgi ilk dəfə 2009-cu ilin sentyabrında Muzey Mərkəzində təşkil
edilib: «İlk sərgiyə 50-dən çox
milli, 20-yə qədər
xarici nəşriyyat və təşkilat qatılıb. İki ildən bir
təşkil olunan Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası daha sonra 2011-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin
bərpasının 2-ci ildönümünə
həsr olunmaqla Əl Oyunları İdman Sarayında keçirilib və bu sərgi yarmarkada
100-dən çox yerli,
20-dən çox xarici
çap-poliqrafiya müəssisəsi
və kitabxanalar iştirak edib».
Ə. Qarayev ümummilli lider Heydər Əliyevin həmişə
kitaba böyük qayğı və sevgi ilə yanaşdığını, böyük
dəyər verdiyini xatırladaraq bildirib: «III Bakı Kitab Sərgi-Yarmarkası ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunub. Bu da təsadüfi deyil. Ümumilli ilder həmişə kitabın əhəmiyyətini
önə çəkib.
Əvvəllər olduğu kimi
üçüncü dəfə
keçirilən Bakı
Kitab Sərgi-Yarmarkasında
da kitab satışı və nümayişi üçün
sahələr və bütün stend avadanlıqları beynəlxalq
sərgilərdən fərqli
olaraq iştirakçılara
ödənişsiz veriləcək.
Sərgi-yarmarkada 100-dən çox milli, 25 ölkədən 40-dan artıq
beynəlxalq nəşriyyat
və təşkilat , eləcə də səfirliklərin təmsilçiləri iştirak
edir».
Əbulfəs Qarayev dünya kitabının mərkəzinə çevrilməkdə olan paytaxtımızın digər bir beynəlxalq tədbirə də ev sahibliyi edəcəyini diqqətə çatdırıb: «Bu ilki kitab sərgi-yarmarkası Milli Kitabxananın 90 illik yubileyi ilə üst-üstə düşdüyündən tədbirlər planının daha da geniş olması qərara alınıb. Azərbaycan Milil Kitabxanasının 90 illiyi ilə bağlı tədbirlər, eləcə də Avropa Milli Kitabxanaları Konfransının XXVII illik iclası və Avrasiya Kitabxanalar Assambleyası Əməkdaşlıq Təşkilatının XV ümumi iclası da sərgi-yarmarkanın keçirildiyi günlərə təsadüf edir. Dünyanın 65 ölkəsindən gələn nümayəndə heyəti də sərgiyə ziyarətçi və iştirakçı qismində qatılacaq. Adı çəkilən beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsi beynəlxalq ictimaiyyətin ölkəmizdə kitab işi ilə bağlı görülən işlərə ehtiramının ifadəsidir».
Nazir builki sərginin işi ilə bağlı həyata keçiriləcək tədbirlər planından danışaraq vurğulayıb ki, sərgidə dünyanın müxtəlif ölkələrindən gələn dünyaca məşhur nəşriyyat assosiasiyaları və poliqrafiya müəssisələri («Oxford University press», «ACKİ», «SİESTA Publishing House LTD», Zvaigzne AVS Publishers LTD» və sair) öz nəşr məhsullarını nümayiş etdirəcəklər».
Ə. Qarayev sərgi-yarmarkanı da Azərbaycan Prezidenti İlham Əliyevin məqsədyönlü şəkildə apardığı siyasət və Mədəniyyət və Turizm Nazirliyinin mədəniyyətlərarası dialoqlar çərçivəsində həyata keçirdiyi tədbirlərin məntiqi davamı kimi qiymətləndirib, bunun gələcəkdə də davam etdiriləcəyini qeyd edib.
Mətbuat konfransında kitab sərgi-yarmarkasının fəaliyyətini işıqlandıran www.bakubookfair.com domenli rəsmi veb səhifəsinin təqdimat mərasimi də keçirilib. Üç dildə fəaliyyət göstərəcək sayt Azərbaycanın kitab sənəti sahəsində seçilən, ixtisaslaşan, sırf kitablarla, nəşriyyat işi ilə bağlı durumunu özündə əks etdirir.
Sərginin geniş proqramı var. Sentyabrın 23-də açılış günündə Fəxri Xiyabanın ziyarətindən və rəsmi açılış mərasimindən sonra kitab təqdimatları, dünya və Azərbaycan yazarları ilə görüşlər keçiriləcək. Sərginin ikinci günü də zəngin tədbirlər planı ilə seçilir. Bu cür əhəmiyyətli tədbirlərdən Rafael Hüseynovun «Söztək gözəl Məhsəti» adlı təhqiqat nəşrinin, xalq şairi Zəlimxan Yaqubun 13 cildliyinin təqdimatı, «Uşaqlar, kitab oxuyun» adlı müzakirə, uşaq ədəbiyyatı yaradıcıları ilə görüş və Rusiya nəşriyyatlarının tədbirləri nəzərdə tutulur. Tədbirin üçüncü, sonuncu günü «Müəllif günü» adlandırılıb. Mədəniyyət və Turizm Nazirliyinin təsis etdiyi və iki ildən bir təqdim edilən «Qızıl Kəlmə» mükafatının laureatları ilə, rus şairi Yevgeni Reyn ilə görüş, GUAM ölkələri nümayəndələrinin iştirakı ilə «Mədəniyyətlərarası dialoqda çağdaş ədəbiyyatın rolu» mövzusunda müzakirə nəzərdə tutulub. Sərginin sonunda «ən yaxşı kitab» və «Ən yaxşı nəşriyyat» nominasiyasında xüsusi ödüllər, eləcə də iştirak edəcək nəşriyyatların mükafatlandırılması planlaşdırılıb.
Konfransın sonunda jurnalistləri maraqlandıran suallar cavablandırılıb.
S.MÜRVƏTQIZI
525-ci qəzet.- 2013.- 21 sentyabr.- S.17.