“Səudiyyə Ərəbistanı
Krallığı ilə Azərbaycanı yüksək
qardaşlıq əlaqələri birləşdirir”
Sentyabrın 23-də Səudiyyə Ərəbistanı
Krallığı mühüm
tarixi hadisəni, Milli Gününü qeyd edir. Bu münasibətlə
Səudiyyə Ərəbistanının
Azərbaycandakı səfiri
Musaid bin İbrahim Əl-Suleym “525-ci qəzet”ə
müsahibə verib.
–Cənab səfir, qarşıdan Səudiyyə
Ərəbistanı üçün
mühüm tarixi gün gəlir. Öncə sizi bayram münasibətilə
təbrik edirəm.
Bu tarix xalqınız
və dövlətiniz
üçün hansı
əhəmiyyəti daşıyır?
–Bu gün biz Səudiyyə Ərəbistanı
Krallığının vətəndaşları
üçün əlamətdardır.
İllər öncə
belə bir gündə böyük şəxsiyyət Kral Əbdüləziz bin Əbdürrəhman
(Allah Ona rəhmət
eləsin!) əmin-amanlığın
olmadığı, kasıbçılığın
vüsət aldığı
çox çətin
bir şəraitdə
ölkəmizi Səudiyyə
Ərəbistanı Krallığı
adı altında birləşdirib.
Bu qəhrəmanın gördüyü işlərin
nəticəsində və
İki Müqəddəs
Məscidin Xadiminin rəhbərliyi ilə Səudiyyə Ərəbistanı
Krallığı Allaha
şükürlər olsun
ki, geniş miqyaslı və böyük sıçrayışlı
inkişafa nail olmuşdur.
İstər ictimai, istər
iqtisadi, istərsə
də digər bütün sahələrdə
gedən və davamlı olaraq beşillik proqramlarla həyata keçirilən
bu inkişaf Səudiyyə vətəndaşının
rifahını ən yüksək səviyyəyə
qaldırmaq məqsədini
daşıyır. Bunun sayəsində
təhsil, səhiyyə
və sosial xidmətlər kimi bir çox əsas xidmət növləri Krallığın
hər yerində tamamı ilə pulsuzdur.
– Azərbaycanda çalışacağınız
müddətdə iki
ölkənin münasibətlərinin
inkişafı baxımından
əsas prioritetləriniz
nədən ibarət
olacaq? Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında hazırkı münasibətləri necə
dəyərləndirirsiniz?
–Səudiyyə Ərəbistanı
Krallığını Azərbaycan
Respublikası ilə yüksək qardaşlıq
əlaqələri birləşdirir.
Bu əlaqələr qarışılıqlı hörmətə,
səmimi qardaşlığa,
iki ölkənin mənafeyinə xidmət edən məsələlərdə
əməkdaşlığa və bu əlaqələri
daha da gücləndirən
İslam irsinə və müştərək
tarixə əsaslanır
və hamımız üçün bir qürur mənbəyidir.
Qeyd edilən münasibətlər İki
Müqəddəs Məscidin
xadimi Kral Abdulla bin Əbdüləziz və onun qardaşı Prezident İlham Əliyevin diqqət və qayğısı əsasında inkişaf edir.
Hazırda Azərbaycan Respublikasındakı
qardaşlarımızla birgə
ölkələrimiz arasındakı
ticarət və investisiya sahələrindəki
əməkdaşlığın səviyyəsini
qaldırmağa çalışırıq.
Bu məqsədlə yaxın vaxtlarda bir neçə müvafiq sazişlər imzalanacaq. Allahın izni ilə bu
hədəfə çatmaq
üçün iş
adamları və investorların qarşılıqlı
səfərləri təşviq
olunacaq.
–Cənab səfir, enerji sahəsində əməkdaşlığı necə dəyərləndirirsiniz?
–Dünyada ən böyük neft ixrac edən ölkə kimi Səudiyyə Ərəbistanı
Krallığı dünya
iqtisadiyyatına qarşı
böyük bir məsuliyyət hissi daşıyır. Bununla əlaqədar
olaraq Səudiyyə Ərəbistanı Krallığı,
Azərbaycan Respublikası
da daxil olmaqla, dünya enerji bazarının sabitliyi üçün istehlakçı və ixracatçılarla əməkdaşlıq
edir. Belə ki, Krallıq
bundan öncə də 2004-cü ildə neft sahəsində ortaq bir bəyannamə
imzalayıb.
–Müqəddəs Həcc
ziyarətinin vaxtı
yaxınlaşır. Zəvvarların təhlükəsizliyi ilə
bağlı hansı tədbirlər görülüb?
Yeri gəlmişkən, Səudiyyə
Ərəbistanında tənəffüs
yolları sindromu
(MERS-CoV) olan yoluxucu virus yayılıb.
Bundan zəvvarların qorunması
üçün hansı
tədbirlər həyata
keçirilir?
–Səudiyyə Ərəbistanı Krallığının
rəhbəri, hökuməti
və xalqı – İki Müqəddəs Məscidin
Məkkeyi-mükərrəmədəki Müqəddəs Allah Evinə,
Mədineyi-Münəvvərədəki Peyğəmbər Məscidinə
hər il dünyanın müxtəlif
yerlərindən gələn
həcc və ümrə ziyarətçilərinə
qayğı göstərməkdən
qürur duyur.
Digər sualın cavabına gəlincə isə, Səudiyyə Ərəbistanı
Krallığı zəvvarların
təhlükəsizliyi və
səhhəti üçün
bütün tədbirləri
icra edib. Şükürlər olsun ki, indiyə
kimi müqəddəs
torpaqlarda heç bir yoluxucu virus təzahür etməyib.
–Cənab səfir, ölkələrimiz arasında turizm sahəsində əməkdaşlığı necə dəyərləndirirsiniz? Bu sahədə əlaqələrin inkişafı üçün nə kimi addımların atılmasına zərurət var?
–Azərbaycanın bu gün yaşadığı inkişaf heyrətamiz və sürətlidir və hazırda Azərbaycanda dünyaca məşhur olan 5 ulduzlu otellərin olması burada turizmə olan maraq və qayğıdan irəli gəlir. Eləcə də Bakıdan kənardakı rayonlarda kurortların olması da buna sübutdur. Və ölkələrimiz arasında nəinki turizm, bir çox sahələrdə daimi əməkdaşlıq mövcuddur.
–Yeri gəlmişkən, iki ölkə arasında birbaşa reyslərin açılması məsələsi gündəmdə idi. Bununla bağlı nə kimi yenilik var?
–İki ölkə arasındakı hava nəqliyyatına dair saziş ətrafındakı danışıqlar son mərhələdədir. Allah qoysa bu saziş imzalandıqdan sonra, yerli hava şirkətləri birbaşa reyslər təşkil edə biləcəklər ki, bu da ticarət dövriyyəsinin və turistlərin sayının artmasına, Məscidül-həram və Peyğəmbər məscidinə həcc və ya ümrə ziyarəti yerinə yetirən zəvvarların rahatlığına səbəb olacaq.
–Burda çalışdığınız müddətdə regionlarımızda olmusunuzmu?
–Qəbələ və Quba şəhərlərinə çox qısa bir səfərim oldu. Və inanın ki, bu şəhərlərdəki təbiətin gözəlliyi, havanın təmizliyi və otellərdəki möhtəşəm xidmətlər, kənd ərazilərinin gözəlliyi, insanların təbəssümü, yardımsevərliyi və sadəliyini təsvir etməyə söz tapmıram. Çox maraqlı və xoş vaxt keçirdim və imkan olduqca digər şəhər və bölgələrə də səfər edəcəyəm.
Pərvanə
525-ci qəzet.- 2013.- 21 sentyabr.- S.10