Ucalıq

 

 

 

Bu gün professor Nizami Cəfərov ömür sarayının 55-ci qapısını inamla açır. Onu təbrik edənlərə mən qoşuluram.

 

Tükənməz sevgiyə, sayqıya layiq

Möhtəşəm Atatürk Mərkəzindəyik;

Bura-yığıncaqlar, tədbirlər yeri,

Sorağı, şöhrəti gəzir hər yeri.

 

Gələn qonaqları  qarşılayır kim?

Ocağın rəhbəriNizami Cəfər!

O həm müdavimdir, həm böyük alim,

Xalqa ərmağanı  neçə yüz əsər.

 

Bir kiçik şeirlə  borc ödəyirəm,

Çox azdır söyləmək afərin, əhsən!

Qəlbində   Nizami, əlindəqələm:

Poema yaradıb Nəriman Həsən...

 

Sürür arabanı  görkəmli rəssam,

Gülür üzümüzə  qədim oba, el

olar, adları  qısaca saysam:

İbrahim İlyaslı, Sənəm Səbayel...

 

Təravət qarışıb təmiz havaya,

Təbiət ecazkar, duyğu, hiss lirik.

Gedirik Qazaxdan Ağstafaya,

Zəlimxan adlanan kəndə gedirik.

 

Uzaqdan çağırır doğma ocaq, ev,

Sədət bulağından sərin su içib;

Xasiyyət kökündən  özünə keçib,

Tutarlı kəlmələr tapammıram, heyf!

 

İlk addım atdığı həyət bax, budur,

Yurdunu daha da şöhrətləndirən,

Dədə məskənini pirə döndərən

ŞəxsiyyətNizami Quluoğludur!

Salam gətirmişik Savad anaya

Mərd oğul bəxş  edib bizə, dünyaya.

Öpür üzümüzdən Məleykə nənə,

Bakıya dönərkən kövrəldim yenə.

 

...İgid ölkəsini Ərzə tanıdır,

Bir günü həftəyə  tən olan səfər.

Mənim nəğməmin qəhrəmanıdır

Müdrik, alicənab Nizami Cəfər.

 

Narahat xəyalın qanadları var,

Yuxu da keçmişi nura bələyir;

Görürəm   Nizami, dahi sənətkar

Nizami Cəfərə  uğur diləyir...

 

Biri dəyişdirib eyləməz iki,

Millətin köməyə  tez gələnidir;

Cavanşir, Koroğlu, Qorqud aşiqi

Ana dilimizin baş  bilənidir.

 

Böyük adamların qayğısı min-min...

Haray eşidəndə  hay verən insan!

Ayrılıq günündə  Akif Səmədin

Sözünü əmələ  çevirən insan!

 

Yandırıb bağrını, içini tez-tez,

Güney Azərbaycan dərdi ağırdır.

... Ədalət  ləngiyər, amma əyilməz!

Yolumuz əbədi haqqa doğrudur.

 

Oqtay, ötənlərdən hərdən söhbət et,

Neçə fəaliyyət meydanı olub;

Daim qəlbindədir Universitet,

Qızım Aynurun da dekanı olub.

 

Aləmə ilk dəfə göz açıb burda

Alim, akademik, millət vəkili;

Möhtəşəm nəsildən yadigar yurda

Bağlıdır ömrün hər uşaqlıq ili.

 

Sanki danışacaq portreti də –

Ustadın elə  bil özüdür, özü!

Gəzib dolaşmışam neçə qitədə,

Mən bu tərənnümdə  acizəm düzü.

 

Cəfər –  xoş baxışlı, on yaşlı oğlan,

Ulu babasının  şagird adaşı;

Bir əsr əvvəli soruşdum ondan,

Mahal alqışlasın belə yurddaşı!

 

Zaman dilləndirir könül tarımı,

Günlər yaşayırıq sanki aya tən.

Nizami haqqında yazdıqlarımı

Oxusun məmləkət, dinləsin Vətən!

 

Oqtay Rza

525-ci qəzet.- 2013.- 21 sentyabr.- S.21.