III Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçirilir

 

 

Ötən gün III Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının açılış mərasimi keçirilib. Mədəniyyət Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən sərgi-yarmarkanın təşkilində əsas məqsəd Azərbaycan dövlətinin kitab nəşri, kitabın təbliği yayılması, dərsliklərin, lüğətlərin, tərcümə elmi ədəbiyyatın işıq üzü görməsinə yönəlmiş qərar göstərişlərin mühüm rolunu vurğulamaq, gənc nəslin kitaba maraq sevgisini daha da artırmaq, Azərbaycan oxucusunu dünyanın aparıcı nəşriyyatlarının nəşrləri ilə tanış etməkdir.

Mərasim iştirakçıları əvvəlcə Fəxri Xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər.

Ziyalıların, millət vəkillərinin, mədəniyyət xadimlərinin iştirak etdiyi sərgi-yarmarkanı giriş sözü ilə açan mədəniyyət turizm naziri Əbülfəs Qarayev kitab sərgisinin əhəmiyyətindən söz açıb. Qeyd edib ki, sərgi-yarmarka günləri çərçivəsində silsilə kitab tədbirlərinin keçirilməsi nəzərdə tutulub. İki ildən bir keçirilən sərgi-yarmarka Azərbaycanın mədəni həyatında öz layiqli yerini tutdu. Bu gün Azərbaycanda kitab işi ilbəil genişlənir bizim həyatımızda kitabın xüsusi yeri var. Bu beynəlxalq sərginin keçirilməsində əsas məqsəd kitaba sevgini, məhəbbəti artırmaqdır”.

Nazir qeyd edib ki, builki sərgidə nəşriyyatlar daha fəal iştirak edir: “Nəşriyyat evlərinin sərgiyə böyük həvəslə qatılması, fəal iştirak etməsi bizi çox sevindirir. Ümumiyyətlə, Azərbaycan il ərzində altı-yeddi beynəlxalq kitab sərgisində iştirak edir həmişə böyük uğurlarla ölkəmizə qayıdırıq. Bu kitab bayramı münasibətilə hər kəsi təbrik edirəm. İnanıram ki, Azərbaycan kitabı həmişə yaşayacaq. Azərbaycanda III Bakı Beynəlxalq Kitab-Sərgi Yarmarkasının ölkə mədəniyyəti üçün önəmli hadisədir. Bu yarmarka nəticəsində bir həftə müddətində Azərbaycanda kitab işi, kitab dünyası öz bayramını qeyd edəcək”.

Ə.Qarayev vurğulayıb ki, sərgi-yarmarka həmişə kitabın əhəmiyyətini önə çəkən, kitab işi sahəsində silsilə tədbirlər həyata keçirən ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunub. Nazir diqqətə çatdırıb ki, sərginin ilk dəfə olaraq açıq səma altında keçirilməsində məqsəd Bakı sakinləri, qonaqlar, gənclər üçün rahat sərbəst şəkildə kitab almaq imkanı yaratmaqdır: “Sərgi çərçivəsində 100-ə qədər təqdimatın keçirilməsi nəzərdə tutulur. Sərgidə 25-dən çox ölkədən 125 nəşriyyat evi öz məhsulunu təqdim edir. Bu, Azərbaycanda kitab işinə beynəlxalq marağın nəticəsidir. Belə tədbirlərin sayının artırılması vacib önəmli bir hadisədir. Ölkədə kitab işinə artırılmasına önəm verəcək. Sərgi-yarmarkada kitablar nəinki kitab şəklində, həmçinin elektron formada təqdim edilir. Bu da müasir dünyanın ayrılmaz hissəsidir”.

Sərgi-yarmarkanın açılışında jurnalistlərin sualını cavablandıran baş nazirin müavini Elçin Əfəndiyev hər zaman elmin, incəsənətin, maarifin, mədəniyyətin, ictimai fikrin əsasında kitab dayandığını dilə gətirib: “Azərbaycanda III Bakı Beynəlxalq Kitab-Sərgi Yarmarkasının açılışı son dərəcə fərəhli bir hadisədir. Bu yalnız kitabın deyil, bütövlükdə Azərbaycan mədəniyyətinin, ictimai fikrinin, elminin, incəsənətinin bayramıdır. Kitab bəşəriyyətin, insanlığın ən böyük kəşflərindən biridir əgər kitab olmasaydı, elmlərin inkişafı olmazdı. Əslində kitab hər zaman insanla birlikdə olub. Hesab edirəm ki, Qobustan qayalarındakı rəsmlərimiz ibtidai insanın bizə yadigar qoyduğu kitablardır. Hər zaman kitab bu ya digər formada insanla birgə olub. Heydər Əliyev vaxtilə nəşriyyatlar haqqında fərman imzalayıb bununla da bütün nəşriyyatlardan lisenziyalar götürülüb. Ondan sonra bütün nəşriyyatlar öz fəaliyyətlərini qurublar. Hazırda Prezident İlham Əliyevin sərəncamı ilə minlərlə kitab çap olunur kitabxanalara paylanılır. Hesab edirəm ki, kitaba olan bu hörmət xalqa hörmətin təzahürüdür”.

Qeyd edək ki, III Beynəlxalq Kitab Sərgi-Yarmarkası ötən illərdən fərqli olaraq, bu dəfə açıq havada keçirilir stendlər nəşriyyatlara pulsuz verilib. Sərgidə dünyanın müxtəlif ölkələrindən tanınmış nəşriyyat poliqrafiya müəssisələri iştirak edir.

Sərgidə milli nəşriyyatlarımız da müxtəlif yeniliklərlə çıxış ediblər.

Məsələn, “Qanunnəşriyyatı “20 faiz endirimkampaniyası ilə oxucu cəlb etməyi məqsədəuyğun hesab edib. Nəşriyyatın rəhbəri Şahbaz Xuduoğlu jurnalistlərə açıqlamasında bu kampaniya vasitəsilə hədəflərinin sərgiyə daha çox iştirakçı cəlb etmək olduğunu açıqlayıb.

Yeni Yazarlar Sənətçilərqurumunun stendində isə bu dəfə elektron kitablar daha çox gözə dəyib. Qurumun sədri Aydın Xan bildirib ki, sərgi-yarmarkada iki sərgi ilə çıxış edirlər: “Biri real sərgidir. İkincisi isə “kitabxana.net  milli virtual kitabxananın elektron kitablar sərgisidir”.

Təhsilnəşriyyat poliqrafiya müəssisəsinin stendində isə ulu öndər Heydər Əliyev Prezident İlham Əliyev haqqında yazılmış kitablar üstünlük təşkil edib.

Sərgidə ən böyük stendlərdən biri Şərq-Qərbnəşriyyatına məxsus idi. Nəşriyyat oxuculara çox sayda yerli xarici müəlliflərin əsərlərini təqdim edir.

III Beynəlxalq Kitab Sərgi-Yarmarkasında nəşriyyatlarla yanaşı poliqrafiya, çap evləri, məktəbli ləvazimatları, Azərbaycan adət-ənənələrini təbliğ edən suvenirlər təqdim edilir.

“Sotto” nəşriyyatı isə hələ oxumaq yazmaq bacarmayan uşaqların sevincinə səbəb olacaq addım atıb: buradaDanışan qələmvasitəsilə  Şir pələng”, “Siçan dovşan” , “Fil panda” , “Zürafə at” , “Pişik it” Ayı donuzkitablarına səsli qulaq asmaq mümkündür.

Sərgi-Yarmarkada Azərbaycanın müxtəlif ali təhsil müəssisələri   ayrıca stendlərlə çıxış edirlər: Qafqaz Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Milli Konservatoriyası elmi nəşrlərlə oxucuların görüşünə gəlib.

Sərgi-yarmarkada bir sıra səfirliklər stendlərini təqdim edirlər. Türkiyə, Rusiya, ABŞ, İran səfirliklərinin stendləri xüsusilə diqqəti cəlb edir.

Sərginin proqramına maraqlı silsilə tədbirlər daxildir. Sərgi-yarmarka  çərçivəsində kitab təqdimatları, dünya Azərbaycan yazarları ilə görüşlər, Rafael HüseynovunSöztək gözəl Məhsətiadlı kitabının, Xalq şairi Zəlimxan Yaqubun 13 cildliyinin təqdimatı, “Uşaqlar, kitab oxuyunadlı müzakirə, uşaq ədəbiyyatı yaradıcıları ilə görüş Rusiya nəşriyyatlarının tədbirləri nəzərdə tutulur. Tədbirin sonuncuMüəllif günüadlandırılan üçüncü günündə Mədəniyyət Turizm Nazirliyinin təsis etdiyi iki ildən bir təqdim edilənQızıl Kəlməmükafatının laureatları ilə, rus şairi Yevgeni Reyn ilə görüş, GUAM ölkələri nümayəndələrinin iştirakı iləMədəniyyətlərarası dialoqda çağdaş ədəbiyyatın rolumövzusunda müzakirəsi planlaşdırılıb. Sərginin sonundaƏn yaxşı kitabƏn yaxşı nəşriyyatnominasiyasında mükafatlar veriləcək, eləcə iştirakçı nəşriyyatlar təltif ediləcək.

 

S.MÜRVƏTQIZI

525-ci qəzet.- 2013.- 24 sentyabr.- S.7.