Fransa Milli
Kitabxanasının rəhbəri Bakıya gəlib
Dünən Avropa Milli Kitabxanaları
Konfransının prezidenti,
Fransa Milli Kitabxanasının rəhbəri
Bruno Rasine Mədəniyyət
və Turizm Nazirliyində olub. Nazirliyin
mətbuat xidmətindən
verilən məlumata görə, mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev Avropa Milli Kitabxanaları Konfransının Mirzə
Fətəli Axundzadə
adına Azərbaycan Milli Kitabxanasına göstərdiyi
diqqəti yüksək
qiymətləndirib. Azərbaycan və
Fransa Milli kitabxanaları arasında qarşılıqlı əməkdaşlığa
dair razılaşmanı
xatırladan nazir, bu işdə göstərilən dəstəyə
görə Bruno Rasineyə
təşəkkürünü bildirib. Ə.Qarayev diqqəti milli kitabxanalar arasında əməkdaşlıqla yanaşı,
Azərbaycanın Fransa
ilə mədəni əlaqələrinə də
cəlb edib: “Fransada ölkəmizin mədəniyyət, incəsənət
xadimlərinin iştirakı
müxtəlif mərasimlər,
sərgilər, konsertlər
və digər tədbirlər keçirilir.
Bu tədbirlər təkcə UNESCO-nun xətti
ilə təşkil olunmur, Azərbaycan mədəniyyətinin Fransada
təbliğində ölkəmizin
birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyətini də xüsusilə önə çəkmək
lazımdır”.
Azərbaycanda kitabxana sahəsində görülmüş işlərdən
danışan nazir diqqətə çatdırıb
ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı
ilə “Azərbaycan Respublikasında kitabxana – informasiya sahəsinin
2008-2013-cü illərdə inkişafı üzrə
Dövlət Proqramı”
təsdiq olunmuş və proqramda nəzərdə tutulan vəzifələr uğurla
yerinə yetirilib. Bu gün respublikamızın
paytaxtında, eləcə
də regionlarımızın
iri şəhərlərində
yüksək texnologiyalarla
təchiz edilmiş kitabxanalar fəaliyyət göstərir. Nazir Bakıda
keçirilən möhtəşəm
tədbirlərdə iştirakına
görə Bruno Rasineyə
təşəkkürünü bildirib.
Avropa Milli Kitabxanaları
Konfransının prezidenti
Bruno Rasine müvafiq konfransın növbəti
toplantısının Bakıda
keçirilməsinin əhəmiyyətindən
danışıb, kitabxanalar
arasında əlaqələrinin
bundan sonra da davam edəcəyini
deyib. Görüşdə əməkdaşlığın
perspektivlərinə dair
fikir mübadiləsi aparılıb.
S.ABDULLAYEVA
525-ci qəzet.- 2013.- 24 sentyabr.- S.7.